Icma.az
close
up
RU
ÜST nin Departament direktoru Səhiyyə Nazirliyində oldu

ÜST nin Departament direktoru Səhiyyə Nazirliyində oldu

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycan Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Yoluxucu Xəstəliklər, Ətraf Mühit və Sağlamlıq Departamentinin direktoru Robb Batler ilə görüş keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, Nazirlikdən bildirilib ki, görüş zamanı ÜST-nin Avropa üzrə Regional Ofisi ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası"nın genişləndirilməsi, Azərbaycanın ÜST-nin Avropa Sağlam Şəhərlər Şəbəkəsinə qoşulma perspektivlərini və digər məsələləri müzakirə ediblər.

Səhiyyə naziri qeyd edib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir və ötən müddət ərzində bir sıra birgə layihələr uğurla həyata keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sistemində aparılan fundamental islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin müasir konsepsiyalara uyğun formalaşdırılması, qabaqcıl beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlığın bu transformasiyaların əsasını təşkil etdiyi vurğulanıb: “Səhiyyə sahəsində aparılan mühüm işlərdə Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu da əvəzsizdir. Məhz bu diqqət və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün olub”.

Azərbaycanın iqlim və sağlamlıq arasında əlaqənin təşviqinə sadiq olduğunu qeyd edən Teymur Musayev ictimai səhiyyə sahəsində qlobal səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb: “2024-cü ilin noyabr ayında Azərbaycanın paytaxtında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası” yaradılıb. Eyni zamanda, Azərbaycan ÜST-nin Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının yaradılmasını yüksək qiymətləndirir”.

Öz növbəsində Robb Batler Azərbaycanın səhiyyə sahəsi, o cümlədən yoluxucu xəstəliklərə qarşı mübarizədə qazandığı uğurları qeyd edərək, bu xüsusda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ciddi nailiyyətlərin əldə olunduğunu bildirib. Eyni zamanda, COP29 zamanı iqlimə yönəlmiş səhiyyə təşəbbüslərinə Azərbaycanın dəstəyi yüksək qiymətləndirilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri