Icma.az
close
up
RU
ÜST: İqlim fəaliyyətsizliyi hər il milyonlarla insanın ölümünə səbəb olur

ÜST: İqlim fəaliyyətsizliyi hər il milyonlarla insanın ölümünə səbəb olur

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

Sürətlə dəyişən iqlimə şəraitinə uyğunlaşmağın vacibliyini vurğulayan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə günü bildirib ki, iqlim fəaliyyətsizliyi hər il milyonlarla insanın ölümünə səbəb olur.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, bu qənaət çərşənbə günü “Lancet” jurnalının sağlamlıq və iqlim dəyişikliyi üzrə son “Countdown” hesabatında yer alır.

Bu hesabatda qazıntı yanacaqlarından həddindən artıq asılılığın və qlobal istiləşmənin artması fonunda təbii fəlakətlərin artmasının varlı və ya yoxsul olmasından asılı olmayaraq, bütün ölkələrdə insan sağlamlığına dağıdıcı təsir göstərdiyi qeyd olunur. Məsələn, istiliklə əlaqəli ölüm nisbəti 1990-cı illərdən bəri 23 faiz artaraq ildə orta hesabla 546 minə çatıb. Quraqlıq və isti hava dalğaları 2023-cü ildə orta və ya ağır qida çatışmazlığı ilə üz-üzə qalanların sayına 124 milyon insan əlavə edib, həmçinin yüksək anomal temperatura məruz qalma kənd təsərrüfatında 1,09 trilyon ABŞ dollarına bərabər məhsul itkisinə səbəb olub.

Hesabat müəllifləri qeyd ediblər: “İnsan tələfatı və iqtisadi xərclərə baxmayaraq, hökumətlər 2023-cü ildə xalis qazıntı yanacağı subsidiyalarına 956 milyard dollar xərcləyib ki, bu da iqlimə həssas ölkələri dəstəkləmək üçün verilən illik məbləğin üçqatından çoxdur. Həmçinin, on beş ölkə bu məqsədlərə bütün milli səhiyyə büdcələrindən daha çox subsidiya ayırıb.

“İqlim fəlakətinin qarşısını almaq üçün artıq əlimizdə konkret həllər var”, - deyə London Universitet Kollecinin “Lancet Countdown” proqramının icraçı direktoru Marina Romanello bildirib. O əlavə edib: “Dünyanın hər yerində icmalar və yerli hökumətlər irəliləyişin mümkün olduğunu sübut edirlər. Təmiz enerji artımından şəhər uyğunlaşmasına qədər tədbirlər görülür və real sağlamlıq faydaları əldə olunur, lakin biz bu tempi qorumalıyıq”.

M.Romanello qazıntı yanacaqlarından təmiz bərpaolunan və səmərəli enerji istifadəsinə keçidi iqlim dəyişikliyini yavaşlatmaq və ölümləri azaltmaq üçün ən güclü vasitə kimi xarakterizə edib. O, daha sağlam, iqlimə uyğun qidalara və dayanıqlı kənd təsərrüfatı sistemlərinə keçidin çirklənməni, istixana qazları emissiyalarını və meşələrin qırılmasını kütləvi şəkildə azaldacağını, bu vasitə ilə potensial olaraq ildə on milyondan çox insanın həyatını xilas edəcəyini təxmin edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri