Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Yol nəqliyyat hadisələrin sayı

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

Ukraynalı deputat Trampın sülh planını açıqladı

Avstriyalı rəssamın tablosu rekord qiymətə satıldı

Ustad tarzənin könül nəğmələri

Ustad tarzənin könül nəğmələri

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Zamiq Əliyev –75

Onun barmaqlarından daim Müşfiqin “Oxu tar” harayı qanadlanır

Görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi “Muğam” kompoziyasında tarzən, kamançalan və xanəndədən ibarət trio təsvir olunub. Onların hər üçü ifa etdikləri ecazkar musiqidən cuşə gələrək təsirləniblər. Bu yaxınlarda 75 yaşı tamam olmuş Xalq artisti, görkəmli tarzən Zamiq Əliyev barədə redaksiyadan yazı hazırlamaq tapşırığı alanda, ani olaraq həmin tablo gözlərim önündə canlandı.

Rəsmdəki ifa zamanı az qala özünü unudan tarzəndən fərqli olaraq uzun illər ifalarını dinlədiyim qəhrəmanım həyatda olduğu kimi, səhnədə də sanballı, təmkinli, hətta ən gözəl musiqiləri ifa edərkən belə hiss və həyəcanlarını büruzə verməyən insandır.

Sözümü çox uzatmadan xalqımızın sevimlisi, istedadlı tarzənin uğur hekayətinə başlayıram. Müasir oxucu uzunçuluğu sevmədiyi üçün (elə Zamiq Əliyev də qısa və lakonik təhkiyənin tərəfdarıdır – müəllif) bu avtobioqrafik yazıda, ilk növbədə ən mühüm məqamları dilə gətirəcəyəm.

1970-ci ildə o, Mirzağa Əliyev adına Azərbaycan İncəsənət İnstitutunun 2-ci kurs tələbəsi idi. Cəmi 20 yaşı vardı. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına işə qəbul etmişdilər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Ağası Məşədibəyovun ansamblında tar çalacaqdı. Çox sevinirdi.

Evdə bu xəbərə birdən-birə inanmadılar. Bakının “Sovetski” məhəlləsində böyümüşdü. Atası adi sürücü idi, böyük bir ailə halal zəhmət ilə dolanırdı. Çox mehriban idilər. O gündən ailə üzvlərinin leksikonuna tarzən, filarmoniya, ansambl sözləri də daxil oldu. Və Zamiqdən yeni uğurlar gözləməyə başladılar.

Azərbaycanda tar ifaçılığı sənəti hər zaman güclü olub. 1970-ci illərdə isə səhnədə Hacı Məmmədov, Mənsurov, Sərvər İbrahimov və b. korifey sənətkarlar vardı. Onların cərgəsinə qoşulmaq, əlbəttə, çox çətin idi. Gənc Zamiq böyük ustadlardan öyrənə-öyrənə öz ifaçılıq yolunu, üslubunu tapmalı idi. Bu gün fəxrlə demək olar ki, Zamiq Əliyev bunu bacardı və adı ən yaxşı tarzənlərin sırasında çəkilməyə başladı.

O illərin adlı-sanlı muğam ifaçıları gənc tarzəndən səhnədə onları müşayiət etməsini rica edirdilər. “Bakılı balası” qəlbinin arzu və istəklərini, ürəyinin hərarətini tarının məlahətli səsinə calayırdı. Zamiqin kübar səhnə etikası da diqqəti cəlb edirdi.

O, tarla “əsl mücadilə”yə girmişdi. Gecə-gündüz bilmədən bu qədim çalğı alətinin sehirli pərdələri üzərində gəzişərək yeni xallar, səslər arayırdı. Tezliklə aparıcı ansamblardan cəlbedici təkliflər almağa başladı. 1974-cü ildə “Dan ulduzu” ansamblının rəhbəri, Əməkdar incəsənət xadimi Gülarə Əliyeva onu ikinci tarzən kimi rəhbərlik etdiyi kollektivə dəvət etdi. Burada düz 5 il dünyanın ən nüfuzlu konsert salonlarında Azərbaycan bəstəkarlarının bir-birindən gözəl lirik mahnılarını kollektivlə birlikdə böyük şövqlə ifa etdi.

1979-cu ildə tarzənə növbəti dəvət gəldi. Bu dəfə dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Zeynəb Xanlarova onu öz ansamblında görmək istəyirdi. Zamiq Əliyev 23 il fasiləsiz olaraq burada əvvəlcə tarzən, konsertmeyester, nəhayət, bədii rəhbər kimi çalışdı. O, ansambla Yer kürəsini qitə-qitə, şəhər-şəhər gəzdi. O günlər həyatının ən gözəl çağları idi. Ansamblda o dövrün “ən bərk gedən” instrumentalçıları toplaşmışdı. Korifeylər bir yerdə böyük musiqi möcüzələri yaradırdı.

İllər hiss olunmadan ötüb keçirdi. İndi Zamiq Əliyevin filarmoniyanın səhnəsində ilk dəfə tar çaldığı vaxtdan düz 55 il keçir. Tarzən ona xalq sevgisi gətirən tarı heç vaxt kökdən salmadı. Hər dəfə sinəsinə şəstlə, sevgi ilə qaldırdı. Onun ifaçı kimi özəlliyi onda idi ki, onun tarında sarı sim kimi, ağ simlər ağ simlər kimi, kök simlər məhz kök simlər kimi səslənirdi. Onun çalqısı səliqəli çalğı idi.

Allah ona həm də bir virtuoz musiqiçi kimi səhnəni, bütövlükdə, duymaq, hiss etmək qabiliyyəti verib. Hətta 300-500 nəfərlik salonda tamaşaçıların hər birinin ovqatını hiss edir! Deyilənlərə görə, böyük sənətkarlarda bəsirət gözü olur. Deyirlər ki, Habil Əliyev də gözlərini yumanda səhnədə ən zəif pıçıltını belə hiss edirdi. Zamiq Əliyev də məhz belələrindəndir!

1992-ci ildə Zamiq Əliyev sənət dostları Xalq artisti Ağaxan Abdullayev və Əməkdar artist rəhmətlik Ədalət Vəzirovla (kamança) 3 aya yaxın Təbrizdə, Əhərdə, Ərdəbildə möhtəşəm konsertlər verib. Etiraf etməyə dəyər ki, İranda, həqiqətən, muğamın biliciləri və sevənləri çoxdur. Orada sənəti olmayanları səhnəyə yaxın belə buraxmırlar. Təbriz qəzetləri yazmışdı ki, “quzeyli üç sənətkarın ustad dərsləri yaddaşlardan uzun müddət silinməyəcək!”.

1990-cı illər onun musiqi yaradıcılığının ən qaynar dönəmi idi, uğur uğur ardınca gəlirdi. Zamiq Əliyevin yetirməsi gənc müğənni Simarə xanım üçün bəstələdiyi “Yar, bu gecə” mahnısı o dövrdə populyarlıq qazanmışdı. Tarzən bundan ruhlanıb bir-birinin ardınca çox sayda zərif mahnılar bəstələdi. Onların bir çoxu bu gün də tanınmış müğənnilər tərəfindən həvəslə ifa olunur.

1997-ci ildə isə Səmərqənddə keçirilən “Şərq ulduzları” festivalında yaxın-uzaq müsəlman ölkələrindən ən ünlü sənətkarlar toplaşmışdı. Azərbaycan muğamını Özbəkistanın bu qədim mədəniyyət mərkəzində Zamiq Əliyev və Ədalət Vəzirov və Simarə İmanova təmsil edirdilər. Orada elə parlaq çıxış etmişdilər ki, münsiflərin birinci yer üçün seçim etmələrinə ehtiyac qalmamışdı. Festivalın ən yüksək “Qran-pri” mükafatı alqış sədaları altında azərbaycanlı sənətçilərə təqdim edilmiişdi.

Ulu öndər Heydər Əliyev tarzən Zamiq Əliyevin ifaçılıq sənətinə böyük dəyər verirdi. Dahi siyasətçi bir çox rəsmi və dövlət səfərlərində Zamiq Əliyevin rəhbəri olduğu muğam üçlüyünü də özü ilə aparmışdı. Bu unudulmaz səfərlər bir tarzən və vətəndaş olaraq onun qəlbində görkəmli dövlət xadiminə sonsuz inam və məhəbbət hissi doğurmuşdu. O, bütün bu hiss və duyğularını 2008-ci ildə qələmə alaraq nəşr etdirdiyi “Heydər Əliyev 85. Səhnəarxası görüşlər” kitabında dolğun şəkildə əks etdirməyə çalışıb.

Zamiq Əliyev özünü televiziya aparıcılığı sahəsində də sınamışdır. “Lider” televiziyasında 2005-2011-ci illərdə “Qızıl səslər”, “İncilər”, 2019-cu ildən 2020-ci ilədək “İnstrumental aləm” adlı müəllif proqramının müəllifi və aparıcısı olmuşdur. Kifayət qədər populyarlıq qazanan bu verilişlərdə hər dəfə Azərbaycan tarının yaranması və təkamülü tarixindən ürəkdolusu söhbət açmış, muğamlarımızın özəlliklərini incələmiş, gənc ifaçılara öz dəyərli tövsiyələrini vermişdir.

O, tələbələrlə işləməyi sevən sənətkarlardandır. 2000-ci ildən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində “Xalq çalğı alətləri” kafedrasında baş müəllim, dosent, müəyyən müddət kafedra müdiri vəzifələrində çalışmışdır. 2013-cü ildən həmin kafedranın professorudur. Tələbələrinin hər birini çox sevir. Onları daim inandırmağa çalışır ki, hər bir uğurun kökündə istedadla yanaşı gərgin əmək, həvəs və zəhmət dayanır.

Azərbaycan dövləti istedadlı tarzən Zamiq Əliyevin milli incəsənətimizin inkişafındakı xidmətlərini yüksək dəyərləndirmişdir. O, 1998-ci ildə ildə Əməkdar artist, 2007-ci ildə Xalq artisi fəxri adlarına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsüdür. Sənətkar söylədi ki, əməyinə verilən bu yüksək qiymətə görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya sonsuz dərəcədə minnətdardır.

2022-ci ildə Azərbaycan Televiziyası tərəfindən çəkilmiş “Musiqili ömrün fəsilləri” filmi ustad tarzənin həyat və yaradıcılığına həsr olunmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi Firəngiz Əlizadə, bəstəkar Eldar Mənsurov, Xalq artistləri Habil Əliyev, Əlibaba Məmmədov, Mənsum İbrahimov və digərlərinin onun barədə fikirləri filmdə geniş yer almışdır. Tarzən üçün sənət dostlarının rəy və düşüncələri çox əziz və dəyərlidir.

...Sevimli, “təbii rəvan şairimiz” Müşfiq “Oxu tar” şeiri ilə hələ ağır repressiyaların tüğyan etdiyi dövrdə tara əbədi heykəl ucaltmışdır. Bu məqamda Müşfiqdən bir neçə misra səsləndirməmək günah olardı:

Oxu, tar, oxu tar!…
Səsindən ən lətif şeirlər dinləyim,
Oxu tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu tar!
Səni kim unudar?

Əziz oxucu, Azərbaycan musiqisini tarsız, muğamsız təsəvvür etmək qeyri-mümkündür. Nə yaxşı ki, tarımız, muğamımız var, nə yaxşı ki, tarın, muğamın hörmət və izzətini yüksəklərə ucaldan ustad sənətkarlarımız var. Onlar hər zaman olub və olacaq! Zamiq Əliyev də öz parlaq istedadı ilə milli tar ifaçılığında özünə layiqli yer qazanan xoşbəxt tarzənlərdəndir.

Bir müddət əvvəl Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Zamiq Əliyevin anadan olmasının 75, yaradıcılığının 55 illiyinə həsr olunmuş gözəl bir ədəbi-bədii musiqi məclisi təşkil olunmuşdu. Yadımdadır, həmin gecə çıxışçıların çoxu yubilyar barədə düşüncələrini bu sözlərlə bitirdi: Əziz Zamiq müəllim, tar sinənizdən heç vaxt düşməsin. Yubilyarın yaxın dostu olaraq “XQ”-nin redaksiyası da bu səmimi arzuya ürəkdən qoşulur!

Məsaim ABDULLAYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see223

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see219

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see213

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see196

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see187

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see163

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see153

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see151

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see151

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see142

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see139

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see136

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see136

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see133

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see133

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see132

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

20 Noyabr 2025 16:03see129

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

20 Noyabr 2025 16:13see128

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see126

Avstriyalı rəssamın tablosu rekord qiymətə satıldı

20 Noyabr 2025 16:08see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri