Icma.az
close
up
RU
Ustada sonsuz ehtiramın ifadəsi Rəşad Məcid yazır

Ustada sonsuz ehtiramın ifadəsi Rəşad Məcid yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın dəstəyi ilə hazırlanan, ATV kanalında yayımlanan, mədəniyyətimizin, teatrımızın təbliğinə hədəflənmiş "Teatr" telelayihəsini müəllif - Xalq artisti Fəxrəddin Manafovun dünyanın və Azərbaycanın qabaqcıl teatr ənənələrindən, incəsənət xadimlərinin həyat və yaradıcılığından bəhs edən ustad dərsləri də adlandırmaq olar. Ardıcıl izləyə bilməsəm də, imkan tapdıqca baxdığım bu proqram hər dəfə məni öz aurasının cazibəsinə salır.

"Yeri dolmayan bir boşluq qoyub getmiş" mərhum teatr rejissoru Vaqif İbrahimoğluya həsr etdiyi budəfəki verilişdə Fəxrəddin Manafov "qəribəliyinə darıxdığı qəribə ustadından" böyük ehtiram və sonsuz minnətdarlıq duyğusuyla söz açır. "Sənət dünyasının öncəgörəni" adlandırdığı, "onunla tanışlığını elə özüylə tanışlıq" kimi dəyərləndirdiyi ustadının xarakterini, həyat və yaradıcılıq tarixçəsini düz 1 saat 7 dəqiqə mövzunun ruhuna uyğun xüsusi həyəcanla, sirli-sehrli nağıl kimi danışır; onu çox oxumuş, zəkalı, intellektual insan kimi xatırlayır, hüdudsuz, iti yumorunu yada salır, hələ gənclik illərindən tanıdığı Vaqif İbrahimoğlunun cazibəsindən çıxmağın mümkünsüzlüyünü deyir. Yeniliyin həmişə qısqanclıqla qarşılandığını, bu səbəbdən İbrahimoğluya ağız büzənlərin olduğunu da vurğulayıb həmin dövrdə ona birinci, hər kəsdən əvvəl yazıçı Anarın güvəndiyini, dəstək verdiyini əminliklə dilə gətirir.

Proqram boyu başqa teatrlardan "insan ruhunu tərpətməsiylə" fərqlənən "Yuğ" teatrının yaradıcısı, heç kimə bənzəmək istəməyən Vaqif İbrahimoğlu barədə sənət dostlarından, görkəmli sənət adamlarından zərgər dəqiqliyi ilə seçilmiş, yerində işlədilən sitatlar onun xarakterini sərrast ifadə edir, mərhum rejissorun yaradıcılığına müxtəlif rakurslardan işıq salan fərqli yanaşmalar sənətkar ömrünün həyat xalısına əlavə ilmələr vurur.

Tamaşaçını zəngin fikirlərin, düşündürücü mülahizələrin tilsiminə salan kadrlar qəfildən dəyişir və maddi sıxıntıların, sosial problemlərin sənətkarı, yaradıcı sənət adamını bir gün hansı çətinliklərlə üz-üzə qoya biləcəyi kimi ağrılı mövzuya keçid alınır. Və efirdən müəllifin tükürpədən səsini eşidirik: "Kasıbçılığın üzü qara olsun!" Vaqif İbrahimoğlunun xəstəliyi kontekstində işlədilən bu ifadə, xüsusən ustad rejissordan gətirilən, kasıbçılığın sənət adamlarının həyatında doğurduğu məhrumiyyətləri bir-bir sadalayan sitatın hər kəlməsi qısa partlayış, şimşək işığı kimi beyni aydınladır, izləyicini diksindirib dərin düşüncəyə qərq edir. Gəlinən qənaətlərin sərrastlığı heyrət doğurur: "Kasıbçılığın qara üzü öncə sənətçinin psixologiyasına kölgəsini salıb, bir görün nə kimi önəmli xassələrini zədələməyə başlayır: qürurunu, sabitliyini, özgürlüyünü, bağımsızlığını, təxəyyülünü, alicənablığını..."

Bəs ziyalı kimdir, ziyalı necə olmalıdır? İbrahimoğlunun düşüncə prizmasından bu sualın da dəqiq və dürüst izahı verilir.

Ssenarinin ekran həllinin mükəmməlliyini, müəllifin emosiya və jestlərini, üz ifadələrini, əllərinin hərəkətini, səsləndirdiyi fikirlərin mahiyyətinə uyğun dəyişən səs tembrini vizual görüb hiss etməyin üstünlüklərini xüsusi vurğulamaqla bərabər, bir qənaətimi də bölüşməyi lazım bilirəm. Düşünürəm ki, veriliş boyu səslənən ağır, ləngərli cümlələri tam mənimsəmək, deyilənlərin dərin qatına varmaq üçün bütöv mətnin yazılı variantını oxumaq da yaxşı olardı. Bu yerdə Fəxrəddin Manafovun yazıçı-publisist istedadı barədə düşünməyə başlayıram və qərara gəlirəm ki, Fəxrəddin müəllimdən verilişin mətnini çap üçün "525-ci qəzet"ə verməsini xahiş edim. Fikrimcə, bu həm də gənc jurnalistlərə yaxşı bir məxəz, bir dərs ola bilər.

Sonda bir məsələni də deyim. Mən teleproqramı yutub-dan izlədim və belə səviyyəli bir proqramın baxış sayının gözlədiyimdən xeyli az olduğunu görəndə bərk təəssüfləndim. Hələ ötən il bu layihəyə diqqət çəkmək məqsədilə "525-ci qəzet"də istedadlı gənc jurnalist Aytac Sahədin bir yazısını (Yazını bu linkdən oxuya bilərsiniz: https://525.az/news/292424-danisir-fexreddin-manafov--aytac-sahed-yazir) vermişdik. Yazıda bu layihənin digər verilişlərinə izlənmə sayının azlığı məsələsinə də toxunulur, tamaşaçıların biganəliyindən məyusluq ifadə edilirdi.

Təəssüf ki, mənzərə bu gün də eynidir. Baxış sayı kəlləçarxa vuran bayağı və primitiv şou-proqramların izləyici auditoriyası sarıdan dərin məzmunlu, düşündürücü ekran işlərini nədən kölgədə qoysun axı? Niyə biz peşəkarların və istedadlı adamların hazırladıqları səviyyəli verilişlərimizi lazımınca təbliğ edə bilmirik? Belə sanballı telelayihələrin sayını artırmaqla tamaşaçı zövqünə müsbət mənada təsir göstərmək mümkündürmü?

Bilirəm, suallar ritorikdir. Amma sısqa da olsa, ümid həmişə yaşayır.

Vaqif İbrahimoğluya həsr olunmuş verilişi bu linkdə izləyə bilərsiniz 
https://www.youtube.com/watch?v=ESduiZCOWSk
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Fevral 2026 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri