Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sənədinin təqdim edilmə müddəti artırılıb
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nazirlər Kabineti 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini razılaşdırma Qaydası"nda dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin qüvvədə olduğu halda fəaliyyətin razılaşdırılması haqqında qərar qəbul ediləcək və fəaliyyətin razılaşdırılması haqqında attestat tərtib edilərək iki iş günü müddətində müraciət etmiş quruma təqdim olunacaq.
Bundan başqa, uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin qüvvədə olmaması müəyyən edildikdə, fəaliyyətin razılaşdırılmasından imtina haqqında qərar qəbul ediləcək və qərarın surəti iki iş günü müddətində müraciət etmiş quruma göndəriləcək.
İndiyə qədər həmin müddətlər bir gün idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 06 Avqust 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















