Icma.az
close
up
RU
Üzdə bu dəyişikliklər hansı xəstəliklərdən xəbər verir?

Üzdə bu dəyişikliklər hansı xəstəliklərdən xəbər verir?

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Üzdə dəyişikliklər müxtəlif xəstəliklərin əlamətləri ola bilər. AZƏRTAC tibb saytlarına istinadla həmin əlamətlərin siyahısını təqdim edir.

Solğun dəri anemiya, yaxud qanda dəmir çatışmazlığının göstəricisi ola bilər. Bunun üçün həftədə azı iki dəfə qırmızı ət, paxlalı bitkilər, habelə yaşıl yarpaqlı tərəvəz yemək məsləhət görülür.

Sızanaqlar çox vaxt yeniyetmə yaşlarında hormonal proseslərin, yaxud rasionda şəkərin miqdarının çox olmasının nəticəsidir. Həmçinin sızanaqlar xroniki qəbizlik, qadınlarda hormonal pozulmalara da işarə edə bilər.

Dodaq qıraqlarının aşağı enməsi yaşla əlaqəli ola bilər. Lakin bu hal yalnız bir tərəfdə müşahidə olunursa bu üz sinirinin nevralgiyasının və ya insultun simptomu ola bilər. 

Gözlərin yaşarması göz xəstəlikləri və iltihabdan əlavə sinir və hormonal pozulmalarına da işarə edə bilər.

Saralmış gözlər sarılığın əlamətidir. Əgər göz ətrafındakı dəri, yaxud gözün ağ təbəqəsi saralıbsa, qaraciyəri müayinə etmək üçün təcili həkimə müraciət etmək lazımdır.

Göz altı torbalar çox vaxt böyrəklərdə problemlərin olduğunu göstərir. Onlar dəri altında həddindən çox mayenin toplanması, yəni böyrəklərin yaxşı işləməməsi nəticəsində əmələ gəlir. Daha ciddi hallarda ürək çatışmazlığına dəlalət edir.

Dərin qırışlar qocalmanın təbii nəticəsidir. Lakin siqaretçəkmə qırışları daha da dərinləşdirir, kollagen və elastini dağıdır. Gündə hətta bir siqaret çəkmək belə, qırışların əmələ gəlməsi prosesini sürətləndirir. Qaraciyər xəstəlikləri də qırışların erkən əmələ gəlməsinə və dərinləşməsinə səbəb ola bilər.

Dərinin qızarması. Planetimizin əhalisinin təqribən 10 faizi rozaseadan əziyyət çəkir. Rozasea nəticəsində üzün dərisi çuğundur kimi qızarır. Acı yeməklərə, kofeinli və alkoqollu içkilərə meyilli olanda, habelə gün altında çox gəzəndə onun əlamətləri daha da güclənir.
Dodaqların quruması susuzlaşmanın, allergiyanın, şəkərli diabetin əlaməti ola bilər.

Üzdə arzuolunmaz tüklərin inkişaf etməsi adətən hormonal nasazlıqla bağlıdır. Qadınlarda yumurtalıqların polikistozu çox vaxt onların üzlərinin tüklənməsinə səbəb olur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri