Icma.az
close
up
RU
Üzeyir bəyin musiqisi milli kimliyimizin ayrılmaz parçasıdır

Üzeyir bəyin musiqisi milli kimliyimizin ayrılmaz parçasıdır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə təşkilatçılığı ilə Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, görkəmli bəstəkar və alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi və Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə kitabxananın direktoru Lətifə Məmmədova açaraq Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsindən danışıb.

Bildirib ki, dahi bəstəkarın əsərləri Azərbaycan musiqi mədəniyyətində yeni bir məktəbin əsasını qoyub: “Üzeyir Hacıbəyli təkcə bəstəkar yox, həm də pedaqoq, publisist, ictimai xadim idi. Onun musiqi sahəsində qoyduğu zəngin irs bu gün də gənc nəsillər üçün böyük məktəbdir. Üzeyir bəyin "Azərbaycan xalq musiqisinin əsasları" əsəri bu gün də nəzəri musiqi dərsliyi kimi istifadə olunur. O, həm də Bakı Musiqi Texnikumuna, Dövlət Konservatoriyasına rəhbərlik edərək yüzlərlə istedadlı gəncin yetişməsinə şərait yaradıb”.

Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyev deyib ki, Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmana əsasən 18 sentyabr tarixi ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin Sərəncamı ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirlər planının həyata keçirilməsi dövlətimizin milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

O, çıxışında Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyətindən, əqidəli publisist kimi həm də müstəqil dövlətçilik ideyalarının təbliğində mühüm xidmətlərindən söz açıb: “Üzeyir bəy Hacıbəylinin publisistik irsi milli istiqlala sədaqət, mübarizlik, cəsarət və tərəqqi inancları üzərində köklənib. İstənilən dövlət və millət üçün milli marş ən vacib məsələlərdən biridir. Azərbaycan Xalq Cümhuriyyətində bu məsuliyyəti Üzeyir bəy öz üzərinə götürmüşdü, Cümhuriyyətin əsas atributlarından sayılan Azərbaycan Himnini bəstələmişdi. Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı Üzeyir Hacıbəylinin Azərbaycan qədər də Türkiyədə sevildiyinin parlaq nümunəsidir”, - deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Tədbirdə çıxış edən Əməkdar artisti Rəhilə Bəndəliyeva Üzeyir Hacıbəylinin yaradıcılığının zirvəsi sayılan “Koroğlu” operasının Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğində mühüm rol oynadığını qeyd edib: “‘Koroğlu” operası musiqi tariximizin qürur səhifəsidir. Bu əsər dünya səhnələrində də böyük maraqla qarşılanıb”.

İstedadlı xanəndə, muğam müəllimi Maya Cəbrayılova dahi bəstəkarın musiqili komediyalarının əhəmiyyətindən danışaraq bildirib ki, Üzeyir bəyin "Arşın mal alan" əsəri 70-dən çox dilə tərcümə olunub, dünyanın yüzlərlə teatrında tamaşaya qoyulub. Bu, Azərbaycan mədəniyyətinin dünyaya tanınmasında ən parlaq nümunələrdən biridir.

Şair-tərcüməçi Zeynəb Cəmaləddin çıxışında Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyətindən danışaraq bildirib ki, Üzeyir Hacıbəylinin irsi bu gün də yaşayır və gənc nəsillərə ilham verir. Onun yazdığı mahnılar, romanslar, marşlar xalqımızın qəlbində daim yaşayacaq. Üzeyir bəyin musiqisi milli kimliyimizin ayrılmaz parçasıdır.

Tədbirdə vurğulanıb ki,

Sonda Üzeyir Hacıbəylinin yaradıcılıq yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri