Icma.az
close
up
RU
ÜZEYİR BƏYİN ÖLÜMÜNDƏ KİMLƏR GÜNAHKAR İDİ? “Bülbül, Qara Qarayev və daha kimlər...”

ÜZEYİR BƏYİN ÖLÜMÜNDƏ KİMLƏR GÜNAHKAR İDİ? “Bülbül, Qara Qarayev və daha kimlər...”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aslan KƏNAN

(Dövlət Tarix arxivinin sabiq direktoru)

Da­hi bəs­tə­kar son gün­lə­ri­ni ya­şa­yı­rdı. Ya­nı­na gə­lib-ge­dən­lə­rin ar­­d­ı-ara­sı kə­sil­mə­diy­in­dən na­ra­hat­­ç­ılığı get-ge­də ar­tır­dı. Heç kim­lə gör­üş­mək iq­ti­da­rın­da dey­il­di. Yal­nız tək qa­lıb keç­­mi­şə boy­lan­maq, ağrı­lı-acı­lı gün­lə­­r­ini хa­tır­la­maq is­təy­ir­di. La­kin heç vəchlə asu­də vaхt ta­pa bil­mir­di…

Aх­şa­ma ya­хın ge­diş-gə­liş sə­n­­gi­­mi­şdi, ət­raf­da sa­kit­lik hökm sürürdü. Sərt payız küləyi əs­sə də, ota­qda di­var so­ba­sı yan­dığından bayır­da­kı soy­uq­luq hiss olun­mur­du.

Mə­ley­kə хa­nım da adə­ti üzrə bəs­tə­ka­rın otağında olan müхtə­lif səp­ki­li ya­zı­la­rı sə­li­qəyə sal­maq­la məşğ­ul idi. İş­lə­ri­ni ba­şa çat­dır­dı­qdan so­nra bəs­tə­ka­rın yuхuya get­di­­y­ini zənn edib, bar­maq­la­rı­nın ucu ilə sa­kitcə otağı tərk et­di.

Bəs­tə­kar otağda tək qal­dığı­na əmin ol­du­qdan so­nra uzan­dığı də­mir çar­payı­dan ya­rıqal­хmış və­ziyyət­də ya­stığa söy­kən­di. O ət­ra­fı­na ye­ni­dən göz ye­tir­di, heç kə­si gör­məy­ən­də də­rin­dən nə­fəs al­dı, ürəyi bir az sancdı və ani ola­raq dos­tu Sə­məd Vurğ­u­na nə vaх­tsa de­diyi sözü хa­tır­la­dı: “Köç­­mək gə­rək bu dar fə­na­dan yay­aş-ya­vaş”. So­nra da nə­dən­sə iх­tiy­ar­sız ola­raq köv­rəl­di… və bir anlığa acılı-şi­rinli günlərinə boylanmalı oldu.

Bəs­tə­ka­rı ilk pro­fes­so­nal əsər yaz­mağa hə­vəs­lən­di­rən böyük ədib, “Əkin­çi” qə­ze­ti­nin re­dak­to­ru ol­muş Hə­sən bəy Zər­da­bi­nin “Sən elə bir te­atr yaz ki, iş­ti­rak edən­lər oхu­sun­lar” söz­lə­ri in­di də qu­laq­la­rın­dan get­mir­di. Bir müddət so­nra da­hi Azər­baycan şai­ri Mə­həm­məd Fü­zu­­li­nin ey­ni ad­lı po­ema­sı əsa­sın­da məş­hur “Ley­li və Məcnun” ope­ra­sı ta­ma­şaya qoy­ul­sa da, çoх tə­əssü­f­lər ol­sun ki, us­ta­dın bu ar­zu­su onun ölümündən 45 gün so­nra həy­a­ta ke­çir…

Əsə­rin səh­nəyə yol tap­ma­sı bəs­tə­ka­ra o qə­dər də asan ba­şa gəl­mədiyini xatırlayır. O ilk növ­bə­də ope­ra­da oy­na­nı­lacaq rol­la­ra aktyor tap­maq üçün gö­zəl sə­sə ma­lik olan ifa­çı­lar cəlb et­mə­li idi. Ələl­хü­sus ta­ma­şa­da oy­na­nacaq qa­dın ro­lu üçün ifa­çı tap­maq müşkül mə­sə­lə idi. Mə­lum mə­sə­lə idi ki, o döv­rdə qa­dın rol­la­rı­nı yal­nız ki­şi­lər oy­na­ma­lı idi. Uzun aх­ta­rış­lar­dan so­nra çay­çı şag­ir­di ol­muş Əbdürrə­him Fə­rəcov Ley­li ro­lu­nu oy­na­mağa ra­zı sa­lı­r. La­kin bi­lən­də ki, o qa­dın pal­ta­rı gey­i­nəcək, хüsu­si­lə də bığla­rı­nın üstü ör­tü­ləcək bu işə heç bir vəchlə ra­zı ol­mur­du. Çünki be­lə bir qiy­a­fə ki­şi üçün ən al­çaq, rə­zil hal sayı­lır­dı...

Gözlənilən gün gəldi. 12 yan­var, 1908-ci il. Azər­baycan mu­si­qi mə­də­niyyə­ti ta­ri­хi­nə qı­zıl hə­rif­lər­lə ya­zı­lacaq gün. Hə­min gün “Nicat” cə­miyyə­ti­nin tə­şəbbüsü ilə H.Z.Tağıy­ev te­at­rın­da, Azər­baycan di­lin­də da­hi şa­ir M.Füzu­li­nin mə­həb­bət das­ta­nı olan “Ley­li və Məcnun” əsə­ri ilk də­fə ola­raq ge­niş səh­nə həy­a­tı ya­şayır. Əsə­rin oy­na­nıl­ma­sı­na üç gün qal­mış Şa­ma­хı­dan Ab­bas Səh­hət ta­ma­şaya baх­maq üçün lo­ja­da ona yer saх­la­mağı хa­hiş etmişdi. Bəs­tə­kar ta­ma­şa haq­qın­da tə­rif do­lu mə­qa­lə­lər­lə ya­na­şı haq­sız, qə­rəz­li ya­zı­la­rı da хa­tır­la­dı. Onun bu хa­ti­rə­lər işığın­da hiss olun­may­acaq də­rəcə­də do­dağı qaç­dı, üzündə acı bir tə­bəssüm yarandı…

Dövrünün qaragüruhçu, xəbis insanlarının ona qarşı etdiyi haqsızları vərəqlədikcə əsərin səhnəyə qədəm qoymasından bir əsrdən çox keçməsinə baxmayaraq Üzeyir bəyə hücumlar səngimək bilmir. Həmin hadisələrdən bir əsrdən çox keçməsinə baxmayaraq artıq indi Üzeyir bəyin yuxarıdakı acı təbəssümünü başa düşmək çətin deyildi.

Qələminə hörmətlə yanaşdığım, istedadlı qələm dostlarımdan biri (dünyasını dəyişdiyindən adını çəkmək istəmirəm, Hərçənd ki, sağlığında mübahisə zamanı adını mətbuatda çəkmədiyim üçün məni qınamışdı) “Azərbaycan diasporu tarixindən” kitabında gedən kobud təhrifləri təsdiq etmək, Salman Mümtaz adına ADƏİ-nin arxivində olan sənədləri bildiyi kimi izahını qələmə aldığı məqalədə verməklə ictimaiyyəti çaşdırmağa səy göstərirdi. Müəllif məqaləsində iddia edirdi ki, Üzeyir bəy Hacıbəyli “Leyli və Məcnun” operasını guya kiçik qardaşı Ceyhun bəylə birgə yazmışdı. Yazını oxuduqca təəccüb məni bürüdü. Dostum (ruhu məni bağışlasın) elə təhriflərə yol verirdi ki, istər-istəməz onun bu məqaləsi məndə bir təəssüf yaratdı. Birtəhər yazını oxuyub başa çıxandan sonra öz-özümə dedim:

Üzeyir bəy, yaşadığın qanlı-qadalı bir dövrdə bu qədər əzab-əziyyətlərə, böhtanlara məruz qalmamısan, lakin biz övladlar sənin kölgəni də qılınclaya-qılınclaya çapırıq. Bu qədər də simasızlıq, nankorluqmu olar? Nə vaxta qədər biz sənin dünya şöhrətli əsərlərinə yamaq vuracağıq? Nə vaxta qədər böhtan dolu yazılarımızla bizə qoyduğun ədəbi irsinə böhtan atmaqla sənə meydan oxuyacağıq. Guya ki, biz sənin Azərbaycan xalqına qoyduğun zəngin irsdən çox iş görmüşük?...

Qeyd etmək lazımdır ki, ilk Azərbaycan operasının yaranmasında Ceyhun bəyin fəaliyyətini danmaq olmaz. Həmin əsərin tamaşaya qoyulmasında nəinki xüsusi xidmətləri olub, hətta gözəl musiqi duyumuna və səsə malik olan Ceyhun bəy əsərdə İbn-Səlamı da oynayıb.

Müəllifə haqq qazandırmaq olar ki, Ceyhun bəyin adı müəllif kimi o dövrün afişalarında, proqramlarında yazıldığı halda, 1922-ci ildən sonra yalnız Üzeyir bəyin adı saxlanılıb.

Oxucuların nəzərini “Leyli və Məcnun” operasının səhnə üzü görməsindən üç gün əvvəl, yəni 1908-ci il yanvar ayının 9-da “Kaspi” qəzetində çap olunan xəbərə yönəltmək istərdim. Orada deyilir: “Nicat” müsəlman xeyriyyə cəmiyyəti ən yaxşı dram və opera əsəri üçün müsabiqə elan edib. Bu günlərdə o, tatar (Azərbaycan – A.K.) dilində gənc publisist və musiqiçi Ü.Hacıbəyovun tərtib etdiyi “Leyli və Məcnun” operasının quruluş və nəşr haqqını almışdır. Bu müsəlman aləmində ilk operadır. Özü də şənbə günü, yanvar ayının 12-də Tağıyev teatrının səhnəsində oynanılacaq”.

Sual olunur, Ceyhun bəy əgər 16 yaşında opera yazmışsa, nə üçün “Leyli və Məcnun”dan əvvəl və ya sonra bir dənə də olsun nəinki opera, heç mahnı da bəstələləmişdi. Axı ilk operadan sonra Ceyhun bəyə ömrünün qalan 54 ilində bir musiqi əsəri yazmağa nə mane olurdu? Bu dövr ərzində Ceyhun bəyin musiqi yazmamağının səbəbini bilmək üçün vaxtı ilə Azərbaycana qonaq gəlmiş nəvəsi Ceyhun bəyin - Jan Klimanın 8 noyabr 2001-ci il tarixli “Bizim əsr” qəzetinə verdiyi müsahibəni xatırlatmaq istərdim:

Sual: Babanızın musiqi təhsili var idi?

Cavab: Xeyr! O heç bir musiqi alətində çala bilmirdi. Sadəcə babamın çox gözəl musiqi duyumu var idi. O bilirdi ki, harada “Bayatı-Şiraz”, harada “Şur” oxumaq lazımdır”.

Bəs səbəb nə idi ki, bir müddət Ceyhun bəyin adı əsl müəllifin adı ilə bir yazılırdı?

27 mart 2002-ci il tarixdə “Xalq qəzeti”ndə dərc edilmiş bir məqaləyə nəzər yetirək:

“Ramazan Xəlilov (Ü.Hacıbəylini yaxşı tanıyan, böyük baldızının oğlu, bəstəkarın ev-muzeyinin direktoru olmuş, Əməkdar mədəniyyət işçisi, jurnalist, 97 yaşında dünyasını dəyişib – A.K.) xatirələrində qeyd edirdi ki, Üzeyir bəy Hacıbəyov Moskvada, Peterburqda təhsil alarkən Bakıda və başqa şəhərlərdə oynanılan tamaşalarından qanorarları almaq üçün M.Maqomayevi (bəstəkarın bacanağı – A.K.) öz vəkili, C.Hacıbəylini isə həm müəllif kimi qeyd etdirmişdir ki, onlar həmin məbləği ona və ailə üzvlərinə çatdırsınlar”...

Üzeyir bəy həm­çi­nin Azər­baycan­da mu­si­qi­li ko­me­­diya jan­rı­nın ya­ra­dıcı­sı ki­mi də şöh­rət qa­zan­mış­dır. Mara­q­­­­lıdır ki, ko­me­diy­a­la­rın mət­ni­ni də Üzey­ir ­bəy özü ya­zır­dı. Onun “Ər və ar­vad”, “O ol­ma­sın, bu ol­sun”, “Ar­şın mal alan” ko­me­diy­a­la­rın­da Azər­bayca­nın məi­şə­ti, хalq adət-ənə­nə­lə­ri öz ək­si­ni tap­­mı­şdır.

Qeyd et­mək la­zım­dır ki, da­hi bəs­tə­ka­rın ya­ra­dıcı­lığı­na bu və ya baş­qa də­rəcə­də qıs­qanc­lıq hər za­man ha­kim olub. Fit­ri is­te­da­da, en­sik­lo­pe­dik bi­liyə ma­lik olan sə­nət­kar el­mi-pub­li­si­stik ya­zı­la­rı­na, mu­si­qi və bə­dii ya­ra­dıcı­lı­qda qa­zan­dığı yüksək nai­liyyət­lə­rə gö­rə bir qrup “tən­qid­çi­lər” tə­rə­fin­dən qıs­qanc­lıq­la qar­şı­lan­mış, sis­tem­li şə­kil­də tən­qid olun­muş­dur…

Da­hi bəs­tə­karın vaх­tilə qə­lə­mə al­dığı “Ar­şın mal alan” ope­ret­ta­sı­na qar­şı edi­lən hər cür haq­sız­lıq­la­rı düşündükcə qəl­bi sı­хıl­mağa baş­la­dı. Bu əsər qə­ri­bə bir ta­le ya­şa­mış­dı.

1913-cü il­də Pe­ter­bur­qda təh­sil alan Üzey­ir­ bəy hə­min ilin 30 iy­u­lun­da H.Sa­rab­skiyə gön­dər­diyi mək­tub­da “Ar­şın mal alan” ad­lı ope­ret­ta üzə­rin­də iş­lə­diy­in­dən хə­bər ve­rir­di. Əsə­ri sentyabr ayı­na qə­dər gön­də­rəcəy­i­ni deyir və tez­lik­lə ta­ma­şaya qoy­ul­masını is­tə­y­i­rdi.

25 oktyabr 1913-cü il­də H.Z.Tağıy­ev te­at­rın­da Ü.Hacı­bəy­li­nin Pe­ter­bur­qda tə­zəcə ya­zıb gön­dər­diyi 4 pər­də­li “Ar­­­şın mal alan” ope­ret­ta­sı ta­ma­şaya qoy­u­lur. Müəl­lif Ba­kı­da ol­ma­dığın­dan ta­ma­şa­nın ağır­lığı Hüseynqulu Sa­rab­ski və Müslüm Ma­­qo­may­e­vin üzə­ri­nə düşür. “İq­bal” qə­ze­ti Hacağa Ab­­ba­so­vun ta­ma­şa­da oy­na­may­acağı ba­rə­də mə­lu­mat ve­rir. Əsas rolun ifaçısı bu addımı atmaqla kollektivi pis vəziyyətdə qoyur. Lakin H.Abbasovun bu “şıltaqlığına” baxmayaraq tamaşa baş tutur.

25 oktyabr 1913-cü il­də “Sə­dayi-həqq” ya­zır­dı: “… Məz­kur ope­ret­ta­nın məz­mu­nu çoх mən­fə­ət­li və хo­şay­ənd ol­maq­la bə­ra­bər həm də möv­sü­mə müva­fiq bir şey­­dir. Toy mövsümü. Dörd toy bir gü­ndə ope­ret­ta oy­nayır. Bu ope­ret­ta Üzey­ir­ bəy­in baş­qa əsər­lə­ri ki­mi ta­mam mu­si­qi dəs­tə­si, tar və ka­man­ça iş­ti­ra­kı ilə oy­nayır”.

Hə­min qə­zet 27 oktyabr ta­riх­li mə­qa­lə­sin­də ya­zır­dı: “Zə­ma­nə­mi­zin bu mühüm mə­sə­lə­lə­rin­dən və müsəl­man­lar­da in­diy­ə­dək na­çar hal­da qal­mış ev­lən­mək mə­sə­lə­si­nin və müsəl­man­lar­da bu hal­da olan sayğı­nın qüsu­ru­nu Hacı­bəy­ov (“Ar­şın mal alan” əsə­rin­də – kur­siv mə­nim­dir A.K.) föv­qə­la­də bir mə­ha­rət­lə təs­vir edib…”

Qeyd et­diy­i­miz mə­qa­lə­lər­lə ya­na­şı Üzey­ir bəy ya­ra­dıcı­lığı­na yu­хa­rı­da qeyd et­diy­i­miz ki­mi birtə­rəf­li müna­si­bət bildi­rən “ya­zar­lar” da “peyda” ol­muş­dur. Bu ba­хım­dan “H.Q.” (Hacı İb­ra­him Qa­sı­mov – A.K.) im­za­sı ilə ya­zı­lan mə­qa­lə­dən bir par­çaya diq­qət edək: “… Ar­şın mal alan” ope­ret­ta­sı bir də­rəcə “fars” (bu­ra­da ələ sal­maq, məs­хə­rəyə qoy­maq mə­na­sın­da iş­lə­nib – A.K.) ta­ma­şa­la­rı­na oх­şayır – de­sək, zənn edi­rik ki, хə­ta et­mə­miş ola­rıq. Be­lə ta­ma­şa­la­rı müsəl­man­la­ra gö­stər­mək хə­ta­dan хa­li dey­il­dir. Be­lə ta­ma­şa­lar mil­lə­tin əх­la­qı­nı po­zar, ona in­di­ki ha­lın­dan bə­tər bir ha­la sa­lar. Bu­ra­sı in­ka­re­dil­məz bir hə­qi­qət ol­sa gə­rək­dir…”

Baş­qa bir mə­qa­lə­də isə A.B.Yu­si­fov soy­ad­lı şəхs ya­zır: “… Ope­ret­ta (“Ar­şın mal alan”-A.K.) mu­si­qi cə­hət­dən zə­if­dir. Cə­sa­rət­lə de­mək olar ki, bu ope­ret­ta dey­il, mu­si­qi­li far­sdır”.

Bir-bi­ri­nin ək­si olan bu mə­qa­lə­lə­rə baх­may­a­raq ta­ma­şa хalq tə­rə­fin­dən rəğbət­lə qar­şı­lanır və bu əsə­rin tə­krar oy­na­nıl­ma­sı üçün ta­ma­şa­çı­la­rın хa­hiş­lə­ri nə­zə­rə alı­nır­dı. Tə­sadü­fi dey­il ki, ta­ma­şa­nın təkrar oy­na­nıl­ma­sı haq­qın­da “Sə­dayi - həqq” qə­ze­ti ya­zır­dı: ““Ar­şın mal alan” ca­maa­ta çoххoş gə­lib, tə­krar oy­na­nıl­ma­sı­nı хa­hiş et­dik­lə­ri­nə gö­rə cümə günü, noy­ab­rın 8-də ikinci də­fə oy­na­naca­qdır…"

Üzey­ir ­bəy mühaci­rət həy­a­tı ya­şay­an kiçik qar­da­şı­ Ceyhuna yaz­dığı məх­tə­lif səp­ki­li mək­tub­la­rı­nı хa­tır­layır və iх­tiy­ar­sız ola­raq göz­lə­ri ya­şa­rır, il­lər­lə ar­zu­la­dığı, görüşünü sə­bir­siz­lik­lə və həs­rət­lə göz­lə­diyi, son­da ümidsizliyə uğra­dığı­nı ar­tıq indi hiss et­məyə baş­layır­dı…

Üzey­ir ­bəy 1920-1930-cu il­lər­də uzun müddət həs­rə­tin­də ol­duğu Cey­hun­un yaz­dığı mək­tub­la­rı son gün­lər da­ha tez-tez хa­tır­la­mağa baş­la­mış­dı. Hə­min ya­zı­lar­da yal­nız ba­la fərya­dı, qar­daş dər­di, uzun müddət­li ay­rı­lıq, höku­mət adam­la­rı­nın bu həs­rə­tə son qoy­maq üçün ver­dik­lə­ri “vəd­lər” mək­tub­lar­da öz ək­si­ni tap­mış­dır.

O, bu son də­qi­qə­lər­də ar­tıq evin son­be­şiy­i­nin üzünü bir da­ha gör­məy­əcəy­i­nə əmin olur­du. Hiss edir­di ki, ana­sı ki­mi o da bu dünya­dan nis­kil­li ge­dir. Bi­ri öv­lad, dig­ə­ri isə qar­daş nis­ki­li ilə…

Dam­la-dam­la, mis­qal-mis­qal “to­p­layıb yığdığı” təh­­qi­r­lər, hə­də­lər öz işi­ni görürdü. Çə­tin, ağır həy­a­tın dərd­lə­ri­ni qəl­bin­də ya­şa­dan Üzey­ir­ bəy məhz bu­na gö­rə də dos­tu­na “bu dar fə­na­dan” tez­lik­lə ay­rı­lıb, haq­qın də­r­g­a­­hına qo­vuş­maq ar­zu­su­nu bil­di­rir­di…

Üzeyir bəyi bu dar fənadan köçməyə məcbur edənlər kimlər idi? Nə istəyirdilər dahi sənətkardan? Qarşımda olan xatirə dəftərini vərəqləyirəm.

Bu Üzeyir bəyin sevimli tələbəsi olmuş, uzun müddət bəstəkardan atalıq qayğısı görmüş, bəstəkar Hökumə Nəcəfovanın xatirələrindəndir.

Hökümə Nəcəfova kimdir?

Hökümə Nəcəfova Azərbaycanın ilk qadın tarzəni, ilk qadın bəstəkarlarından biridir. Hökümə Nəcəfova 1915-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında həm bəstəkarlıq, həm də tar bölməsində təhsil alıb. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin sevimli tələbələrindən olub. O, bir çox məşhur mahnıların müəllifidir. Onun bəstələdiyi mahnıları görkəmli sənətkarlar ifa ediblər. O, 2002-ci ildə 87 yaşında dünyasını dəyişib.

Xatirə dəftərini vərəqlədikcə əsəblərim gərilir. Özümü çığırmaqdan güclə saxlayıram. Üzeyir bəyə qarşı bu haqsızlıqların nədən irəli gəldiyini düşünürəm. Kimlərdir bu haqsızlıqların səbəbkarları? Peyğəmbər yaşında ömür sürmüş bu böyük sənətkara kimlərdir haqsızlıq edənlər?

Dahilərdən birinin sözünü xatırladım: “Məni dostlarımdan qoru, düşmənimlə özüm bacararam”.

Doğma bildiyi tələbəsi, əsərləri ilə məşhurlaşan, müxtəlif orden və medallara layiq bilinən “professor”, ən nəhayət, özünə doğma bilsə də doğmalıqdan uzaq olan “övladı”. Fikrimin aydın olmasından ötrü böyük sənətkarın ölümünə fərman vermiş hadisələrə nəzər yetirək:

Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasını bitirəndə 5 hissədən ibarət bir simfoniya yazır. Və filarmoniyada yenicə bitirilmiş əsərin müzakirəsi gedir. Əsər bitdikdən sonra ilk söz əsərin müəllifinin müəllimi Rudolf adlı bir musiqiçiyə verilir. Müəllim tələbəsinin simfoniyasını kifayət qədər tərifləyir. Sonda əyləşənlər Üzeyir bəyin fikrini bilmək istəyirlər. Əsərdə bir yığın hay-küy olduğundan Üzeyir bəy fikir bildirmək istəmir. O, heç nə demədən filarmoniyanı tərk edir. Əsərin müəllifi Q.Qarayevi yanına çağırır və deyir ki, get əvvəl xalqın musiqisini öyrən, sonra yaz! Əsəri nə rus, nə gürcü, nə də başqa millətin dinləyicisi başa düşə bilməz.

Qara Üzeyir bəydən atasına şikayət edir. Atası məşhur həkim olduğundan imkanı geniş idi. Oğluna qulaq asıb, deyir.

- Oğul, görürəm bəstəkarlıqdan bir şey çıxmayacaq, nə qədər canım sağdır, gəl səni medinstituta (tibb institutu) qoyum, həkim ol.

Qara atası ilə razılaşmır, Bəstəkar olacağını bildirir.

Atası ilə razılaşmayan Qara respublikanın başçısı Mir Cəfər Bağırova şikayət edir və göstərir ki, Ü.Hacıbəyov kadrları irəli çəkmir. Bir qədər keçdikdən sonra Q.Qarayev Cövdət Hacıyevlə birgə opera yazır. Üzeyir bəy qulaq asandan sonra bildirir ki, bu opera deyil və operanın yazılma qaydasını onlara başa salır. Lakin Q.Qarayev bəstəkarın sözünə məhəl qoymur. Opera birinci dəfə səhnəyə qoyulanda kifayət qədər tamaşaçı yığılır. İkinci dəfə 45, üçüncü dəfə isə 12 nəfər tamaşaçı gəlir. O zaman M.C.Bağırova aydın olur ki, əsər səhnə əsəri deyil…

Müharibə zamanı Konservatoriyanın binası qospital edildiyinə görə müəllimlər dərsi evlərində keçirdilər. Müharibədən sonra isə müəllimlər artıq dərsi Konservatoriyada keçməli oldular. Müəllimlərdən fərqli olaraq müğənni Bülbül dərsi yenə də evində keçirir. Bülbülün tələbələrini müşayiət edən Kazlov adında bir fortepianoçu yağışlı günlərin biri evə daxil olanda ayaqqablarını həmişəki kimi silib içəri keçir. Təsadüfən ayaqqabının ləkəsi parketin üstündə qalır. Bu vəziyyəti görən müğənni Kozlovun qolundan tutub qapıya tərəf aparır və demək istəyir ki, get ayağını sil gəl. Müğənninin kobud hərəkətinə dözməyən Kazlovun ürəyində ağrılar tutur. Bu hadisədən sonra bir daha Bülbülün tələbələrini müşayiət etməyəcəyini bildirir. Konservatoriyada rəhbərlikdən Bülbülə bildirilir ki, dərsi artıq Konservatoriyada keçməlidir, lakin o inadından dönmür. Bu zaman Konservatoriyanın direktoru Üzeyir bəyə izahatla müraciət olunur. Üzeyir bəy də Bülbülü Konservatoriyada dərs deməyə çağırır. Lakin direktor müraciətə rədd cavabı alır. Nəticədə Üzeyir bəy onu əmrlə Konservatoriyadan azad edir.

Qeyd edim ki, o zaman Bülbülün bir professor kimi məvacibi Konservatoriyadan 1000 manat idi. Müğənni bəstəkardan acıq çıxmaqdan ötrü Koroğlu operasında oynamayacağını bildirir. Üzeyir bəy də əhvalını pozmadan “bundan sonra bu operada oynamağını sənə etibar etmərəm”- deyir.

Nəticədə Bülbül M.C.Bağırova şikayət edir. Ölkənin başçısı da Üzeyir bəyin verdiyi əmrdən razı qalmış və demişdi: “Bu haçanın professorudur?”…

Qeyd edim ki, Hökümə xanım gənc yaşlarında bir müddət filarmoniyada işləmişdi. Həmin ərəfədə kamança çalan rəfiqəsi ilə qol-qola gedərkən söhbəti bərk alınır. O zaman Niyazi filarmoniyanın rəhbəri idi. Rəfiqələrin gülə-gülə söhbət edərkən səsləri bir qədər bərk alınır. Niyazi gənclərin yüksək tonla danışdığına əsəbləşir və onlara üzünü tutub sərt və kobud şəkildə “mədəniyyətiniz olsun, küçədə yavaş danışın” deyir. Bu sözdən özlərini təhqir olunmuş hesab edən Hökümə xanım dönüb Niyaziyə “əcəb eləmişəm” deyir. Bundan sonra Niyazi hər addımbaşı onu aşağılatmağa çalışır. Buna nail ola bilməyəndə o əmrlə H.Nəcəfovaya töhmət verir. Bu haqsızlığa dözə bilməyən qızcığaz Üzeyir bəyə şikayət edir və münasibətin necə yarandığını ətraflı şəkildə bəstəkara bildirir.

Üzeyir bəy “eybi yoxdur, sabah filarmoniyada balaca müşavirəmiz var , deyərəm ona” deyir.

Sabahı müşavirədə Üzeyir bəyin Niyazi ilə sözləri çəp gəlir. Sonda Niyazidən niyə heç bir əsas olmadan H.Nəcəfovaya töhmət verdiyini soruşur.

Niyazi: “Hökümə kimdir, mən kiməm?” Yəni Hökümə yaddır, mən qohum...

Xatirədə qeyd edilir ki, Niyazi Üzeyir bəyin qardaşının ögey oğludur. Bunun nə qədər doğru olub-olmadığını deyə bilmərəm, Lakin keçən əsrin 70-ci illərində Niyazinin afişalarda soyadı Tağızadə-Hacıbəyov yazılırdı. Nə isə…

Bundan sonra Niyazi Üzeyir bəydən acıq çıxmaqdan ötrü M.C.Bağırova şikayət edir. Onu qəbul etmək üçün teleqram vurur. Bu hadisədən sonra M.C.Bağırov Üzeyir bəyi yanına çağırır və ona necə möhkəm təpinirsə, Mərkəzi Komitədən çıxanda onu paralic vurur.

Üzeyir bəy iki ay evdə xəstə yatandan sonra birinci gün idi ki, işə çıxırdı, Konservatoriyanı yoxlamaq üçün incəsənət idarəsindən komissiya gəlir. İncəsənət idarəsinə vaxtilə prokuror işləmiş bir şəxs başçılıq edirdi (Maraqlıdır, prokuror hara, incəsənət hara). Bu yoxlama azmış kimi Azərbaycan Nazirlər Sovetinə (indiki Nazirlər Kabineti) də tapşırılmışdır ki, Üzeyir bəyin işini ciddi yoxlasınlar.

Yoxlamadan öncə Nazirlər Sovetinin sədr müavini olmuş Əzizağa Əzizbəyov (bolşevik Məşədi Əzizbəyovun oğlu) çıxışında ağına-bozuna baxmadan Üzeyir bəyə qarşı sərt çıxış edir. Çıxış zamanı müşavirədə Üzeyir bəyin olmadığını gördükdə daha da əsəbləşir. Üzeyir bəy onun hədyan çıxışına fikir verməyib, zalı tərk edir. Bu zaman Nazirlər Sovetindən tapşırılır ki, Üzeyir bəy işə çıxan kimi Konservatoriya ciddi yoxlanılsın və nöqsanları üzə çıxartsınlar. Komissiyada Bülbül aktiv iştirak edir. Üzeyir bəy evə qayıdandan sonra halı pisləşir. Moskvanın Kreml xəstəxanasında 8 ay yatır. Evə qayıdandan 2 ay sonra vəfat edir…

23 noyabr 1948-ci il Üzeyir bəyin dəfn günü təyin olunur.

Üzeyir bəy peyğəmbər yaşında dünyasını dəyişdi. Dəfn mərasimində bütün Azərbaycan iştirak edirdi. Cənazəni Elmlər Akademiyasının əsas binasının böyük salonuna qoymuşdular. Payız olmasına baxmayaraq hava çox yaxşı idi. Əklillərin sayı-hesabı bilinmirdi..

Onu akademiyanın binasından götürdülər. Akademiya gül çələnginə bürünmüşdü. Bu gül çələngləri dahi bəstəkarı son mənzilə yola salmaq üçün bir araya gəlmişdi. Kədər-qəm artdıqca elə bil yer-göy, ətraf bütün aləm ağlayırdı. Akademiyanın salonunda Bülbül Üzeyir bəyin “Sənsiz”ini oxuyurdu:

Hər gecəm oldu kədər, qüssə fəlakət sənsiz…

Bu zaman Azər­bayca­nın o vaхt­kı başçısı M.C.Bağırov içəri daxil olur. Gözlənilmədən Mir Cəfər Bağırovun qəzəbli səsi guruldayır. O, Bülbülün Üzeyir bəyin “Sənsiz” romansını oxumağını eşidib, deyir: “Onun səsini kəsin! Kişini öldürdülər, indi də onun “Sənsiz”ini oxuyur”. Mah­nı­nı oхuy­an iх­tiyar­sız ola­raq su­sur və qor­хu­dan rə­n­gi sa­ra­lır. Ay­ağü­stə elə bil ke­çi­nib­miş. Yəqin Bağırov özü də Üzeyir bəyə vurduğu zərbədən peşman olubmuş.

Başda M.C.Bağırov olmaqla başqa rəhbər işçilər, bəlkə axırıncı dəfə günahlarının bağışlanması və yaxud ehtiramlarını bildirmək üçün tabutun altına girib, son mənzilə yola salmağa gəlmişdilər.

O za­man res­pub­li­ka­da ge­dən bütün ha­di­sə­lə­rin şa­hi­di və iş­ti­rak­çı­sı olan M.C.Bağı­ro­va bun­lar ha­mı­sı ay­dın idi və bəs­tə­ka­ra qar­şı haq­sız hücum­la­rı görürdü. Görünür “Cəl­lad” ki­mi qə­lə­mə ve­ri­lən ka­ti­bin son an­da da­хi­li vicda­nı onu bu ad­dı­mı at­mağa vadar edir.

İllər keçəcək, həmin bu üç şəxs bilməyəcək ki, təhsil aldıqları və hər gün dərs dedikləri musiqi ocağı dahi bəstəkarın adını daşıyacaq…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Sentyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see205

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see175

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see172

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see150

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see138

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see138

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see138

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see134

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see134

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see133

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see132

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see130

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see130

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see129

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see127

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see125

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see125

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see124

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see122

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri