Icma.az
close
up
RU
Üzeyir Hacıbəyli irsinə elmi baxış: Ədəbiyyat İnstitutunda sessiya

Üzeyir Hacıbəyli irsinə elmi baxış: Ədəbiyyat İnstitutunda sessiya

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aprelin 30-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Şərqdə ilk operanın yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş elmi sessiya keçirilib.

525.az-a İnstitutdan bildirilib ki, əvvəlcə dahi bəstəkarın zəngin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Üzeyir Hacıbəylinin Azərbaycanın mədəniyyət və musiqi tarixində oynadığı roldan bəhs edib. Bildirib ki, Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq musiqisinin, muğam və aşıq sənətinin incə xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu yaradıb. Dahi bəstəkar publisist, felyetonçu və librettoçu-dramaturq, həm də Şərqdə ilk musiqili teatrın və ilk konservatoriyanın yaradıcısı kimi Azərbaycan tarixində və mədəniyyətində dərin iz qoyub. Üzeyir Hacıbəylinin, eyni zamanda, böyük ədəbiyyatşünas olduğunu söyləyən AMEA rəhbəri onun publisist yaradıcılığının “Molla Nəsrəddin” ədəbi məktəbinə və onun yaradıcılarına yaxın olduğunu bildirib. O, ədibin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının Azərbaycan musiqi sənətinin inkişafındakı rolunu qeyd edərək, əsərin digər Şərq xalqları üçün də mühüm mənbə olduğunu vurğulayıb.

AMEA rəhbəri qeyd edib ki, Üzeyir Hacıbəyli Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən biri olub, Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib. AMEA-nın indiki Memarlıq və İncəsənət İnstitutu bilavasitə onun təşəbbüsü ilə yaradılıb və instituta rəhbərlik böyük bəstəkarın özünə həvalə edilib.

Sonra institutun şöbə müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Üzeyir Hacıbəylinin Azərbaycan Xalq Cümhuriyyəti dövrü fəaliyyəti” adlı məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, Üzeyir Hacıbəyli 64 imza ilə 16-ya qədər mətbuat orqanında, o cümlədən “İrşad”, “Həqiqət”, “Tərəqqi”, “Kaspi”, “Yeni iqbal”, “Molla Nəsrəddin”, “Həyat”, “Azərbaycan” kimi qəzet və jurnalların səhifələrində məqalə və felyetonlarla çıxış edib, xalqın maariflənməsi uğrunda var gücü ilə çalışıb. Təhsilin əhəmiyyəti, savadsızlığın aradan qaldırılması üçün ana dilli dünyəvi məktəblər şəbəkəsinin yaradılması, onların pedaqoji və metodiki prinsiplərlə işləməsi, dərsliklərin məzmunu və yeni dərsliklərin tərtibi, mövcud mollaxana və mədrəsələrdəki qüsurlar, qızların təhsili, müəllim kadrları və tərbiyə məsələləri onun yazılarının ana xəttini təşkil edib.

“Arxiv materiallarını nəzərdən keçirdikdə Üzeyir Hacıbəyli haqqında ən az materialların məhz Cümhuriyyət dövrünə aid olduğunu görərik”, – deyən professor Asif Rüstəmli dahi bəstəkarın ən intensiv yaradıcılıqla Cümhuriyyət dövründə məşğul olduğunu bildirib. Məruzəçi vurğulayıb ki, 1919-cu ilin mart ayında “Azərbaycan” qəzeti mart soyqırımının 1-ci ildönümü ilə bağlı silsilə məqalələr dərc edərək, erməni-daşnak silahlı dəstələrinin törətdikləri vəhşilikləri ifşa edib və həmin günü Ümummilli Matəm Günü kimi qeyd edib. Qəzetin həmin nömrəsində Üzeyir Hacıbəylinin də irihəcmli və kəskin ruhda yazdığı məqaləsi dərc olunub. Bəyanat xarakterli, məntiqi dəlillərlə əsaslandırılmış məqalə istər həmin dövr üçün, istərsə də müasir zaman üçün olduqca dəyərli mənbədir.

Filologiya elmləri doktoru, dosent Abid Tahirli “Qardaşların sarsılmayan əqidə və əməl birliyi (Üzeyir və Ceyhun Hacıbəylilərin yazışmaları əsasında)” məruzəsində qeyd edib ki, Hacıbəyli qardaşlarının fəaliyyəti, yaradıcılığı daim erməni millətçilərinin məkrli müqaviməti ilə üzləşib. Ceyhun Hacıbəyli hələ XX əsrin onuncu illərində “Kaspi” qəzetindəki yazıları ilə erməni qəzetlərinin və ermənipərəst rus mətbuatının azərbaycanlılara qarşı qərəzli, düşmən münasibətini ifşa edir, onları çirkin və yalan məlumatlardan əl çəkməyə çağırırdı. Bu mənada publisistin “Sərhəddə” adlı məqaləsi çox ibrətamizdir. C.Hacıbəyli tutarlı faktlara istinad edərək opponentlərinin yalanını, fitnəkarlığını, mənfur niyyətlərini ifşa edir.

Tədbirdə filologiya elmləri doktoru, dosent Şahbaz Musayev “Üzeyir Hacıbəylinin publisistikası”adlı məruzə ilə çıxış edib. Digər alimlər də onun yaradıcılığı haqqında dünya ədəbiyyatşünaslığında dəyərli əsərlərin olduğunu diqqətə çatdırıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Aprel 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri