Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi praktiki konfransı keçirilib

Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi praktiki konfransı keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Bakı Musiqi Akademiyasında (BMA) Üzeyir Hacıbəylinin 140-illik yubileyinə həsr olunmuş festival çərçivəsində “Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu” mövzusunda 4-cü beynəlxalq elmi- praktiki konfransı təşkil edilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, yüksək səviyyədə təşkil olunan konfrans BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva və Tarix-nəzəriyyə fakültəsinin dekanı, Əməkdar müəllim, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudovanın təşəbbüsü ilə keçirilib.

Konfransda Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Almaniya, Qazaxıstan, Tacikistan və Özbəkistandan bir çox tanınmış alimlər iştirak ediblər.

Konfransın qarışıq formatda keçirilməsi müxtəlif ölkələrdən 50-dən çox iştirakçını birləşdirməyə imkan yaradıb. Məruzələr dörd dildə - Azərbaycan, türk, rus və ingilis dillərində təqdim edilib.

Konfransın açılışında Dövlət himni səsləndirilib.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirovanın moderatorluğu ilə keçirilən konfransda müasir musiqi elminin bir çox problemlərini özündə əks etdirən məruzələr dinlənilib.

BMA-nın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli konfransın iştirakçılarını təbrik edərək, Ü.Hacıbəylinin Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı mühüm rolunu qeyd edib.

Tədris işləri üzrə prorektor, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva konfrans iştirakçılarına uğurlar arzulayıb.

Beynəlxalq konfrans çərçivəsində “Üzeyir Hacıbəyli 140: cəngi əhəngində bir ömür” adlı məqalələr toplusunun və BMA-nın SABAH qruplarının musiqişünas tələbələri tərəfindən Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş "SABAH: Dünən. Bu gün. Sabah" adlı publisistik informasiya jurnalının təqdimatı keçirilib.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Qazax Kurmanqazı adına Milli Konservatoriyası, Özbəkistan Dövlət Konservatoriyası, M.Tursunzadə adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu, M.Qlinka adına Novosibirsk Dövlət Konservatoriyası, S.Raxmaninov adına Rostov Dövlət Konservatoriyası və N.Jiqanov adına Kazan Dövlət Konservatoriyasının professor-müəllim heyəti, doktorantlar və magistrlar olduqca maraqlı, aktual mövzular ilə çıxış ediblər.

Sonda bütün iştirakçılar sertifikatla təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see154

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see133

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see131

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri