Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin Azərbaycan qəzetində çıxmış məqalələri (1918 1920 ci illər)

Üzeyir Hacıbəylinin Azərbaycan qəzetində çıxmış məqalələri (1918 1920 ci illər)

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zemfira SƏFƏROVA
Akademik, Əməkdar Elm Xadimi

Üzeyir bəy haqqında ilk yazımı 20 yaşımda olarkən yazmışdım. Bu, konservatoriyada oxuduğum illərdə kurs işim idi. Ondan sonra artıq 50 ildən çoxdur ki, mən Üzeyir bəy haqqında mütəmadi olaraq müxtəlif səpkilərdə yazılar - diplom işi, məqalələr, kitablar, monoqrafiyalar, dissertasiya, əsərlərinə elmi şərhlər və sairə yazmışam.

Bu yazıları yazdığım vaxt mənim Üzeyir bəy Hacıbəylinin 1918-1920-ci illərdə "Azərbaycan" adlı qəzetdəki coşqun ?dəbi, siyasi fəaliyyəti haqqında məlumatım az idi, arxivlər bağlı və bu yazılarla tanış olmaq da yasaq idi. Yalnız son illər bu yazıların bir qismi çap olunanda, mən Üzeyir bəy Hacıbəylinin yaradıcılığının çox önəmli, özü də əksər hallarda bu günümüzlə səsləşən yazılarını böyük maraqla oxudum. Elə bu məqalədə də həmin yazılardan bəzi parçaları qısa şərhlərlə verməyi qərara aldım. Lakin öncə Üzeyir bəyin adı və soyadı ilə əlaqədar bəzi fikirlərimi gənc oxucuların nəzər-diqqətinə çatdırmaq istərdim.

Məlumdur ki, Azərbaycanda əvvəllər "b?y" adı, misal üçün, "baron", "qraf", "knyaz" və sair kimi, bir titul olaraq, adlara yalnız müəyyən şəhadətnamə olduqdan sonra əlavə edilərdi. Özü də bu şəhadətnamə nüfuzlu dairələrdə hörmətli şəxslər tərəfindən imzalanıb təsdiqlənərdi. Daha indiki kimi, kim kimin adına istəsə, "b?y" əlavə edib çağıra bilməzdi. Təbii ki, çəkməçiyə, alverçiyə, qəssaba heç vaxt "b?y" deməzdilər.

Maraqlıdır ki, görkəmli tədqiqatçı Qulam Məmmədli "Üzeyir Hacıbəyov 1885-1948. Həyat və yaradıcılığının salnaməsi" əsərində Üzeyir bəyə aid belə şəhadətnaməni nümunə gətirir: "Bir neçə nəfərdən ibarət Qarabağ bəyləri tərəfindən imzalanmış şəhadətnamədə Üzeyir bəyin bəy nəslindən olduğu təsdiq edilir. Şəhadətnaməni imzalayanlardan birincisi Xurşudbanu bəyin səbiyyəsi mərhum general-mayor Mehdiquluxandır" (Bakı, Yazıçı, 1984, s.8).

Şübhəsiz ki, bu şəhadətnaməsiz də Üzeyir bəy Hacıbəyli əsl bəy idi və bu ada layiq ömür sürmüşdür. Lakin belə bir maraqlı sənədin olması da, əlbəttə ki, Üzeyir bəyin həyatı haqqında məlumatlarımızı daha da zənginləşdirir.

Qeyd edək ki, 1918-1920-ci illərin yazılarının bir qismi "Hacıbəyli" imzası ilə çap olunduğuna baxmayaraq, sonralar həmin yazılar "bəyli"siz - "Hacıbəyov" imzası ilə verilərdi. Mənim yadıma gəlir ki, "Üzeyir Hacıbəyov" ensiklopediyasının bəzi müəllifləri və redaksiya üzvləri ilk iclaslarda ensiklopediyanı da elə "Üzeyir Hacıbəyli ensklopediyası" kimi vermək istəyirdilər. Bu o vaxt müəyyən diskussiyaya səbəb oldu, axırda isə ensiklopediya "Üzeyir Hacıbəyov" kimi çapdan çıxdı.

Üzeyir bəy özünün "Hacıbəyli" soy adından başqa "Filənk?s", "Bəhmənkəs", "Bisavad", "Lal uşaq", "Tərəqqi", "Həyat", "Molla Nəsrəddin" kimi qəzet v? jurnallarda "Ordan-burdan", "O yan bu-yan", "D?r?dən- təpədən" sərlövhələri altında felyetonlar, məqalələr çap etdirirdi. Bu yazılar sırasında "Küyçülük" adı ilə çap olunan məqalə diqqətimi xüsusilə çəkdi. Bu yazıda Üzeyir bəy elə bu gün üçün də vacib olan bəzi məsələlərə toxunur, millətə xas olan bəzi cəhətlərdən danışır. O yazır ki, "t?k bir dava söhbətlərində küyçül deyilik ki, hər bir barədə küyçüyük. Bir adamı pisləyəndə elə pisləyirik ki, eşidənlər o adamdan nifrət edirlər... Həmçinin birisini tərifləyəndə, onu götürüb ərşi-fələkə qalxızırıq... Belə-belə şeylərin və hər bir kələ-kötürlərin səbəbi odur ki, tənqidçimiz yoxdur. Hər kəs bildiyini eləyir, bildiyini işlədir, bildiyini yazır, bildiyini deyir, bildiyini əmələ gətirir. Bir adam da olmur ki, bu işlərin yaxşı tərəfini yaxşı ayağına, pis tərəfini pis ayağına verib, yaxşını yamandan ayırsın. Bil?ks, "tənqidçilərimiz" var, yəni yalançı tənqidçilər ki, yaxşıya pis və pisə də yaxşı deməyə insafı yol verir. Bu yalançı tənqidçilər iki cürədirlər: birisi anlaya-anlaya pisi yaxşı və yaxşını pisləyir, çünki qərəzi-şəxsisi var və o qərəzi-şəxsini hər bir şeydən əvvəl tutur. Birisi də anlamadığına görə, pisə yaxşı və yaxşıya da pis deyir, çünki başa düşmür və ağlı da kəsmir". Müəllif bundan belə nəticə çıxardır ki, "hər ikisinin cəmiyyətə zərəri vardır".

Üzeyir bəyin hələ 1915-ci ildə üzdəniraq bu cür tənqidçilər haqqında söylədiyi fikirləri bu günlə, təəssüf ki, necə də səsləşir.

Üzeyir b?y elə həmin bu məqalədə bildirir ki, "dünyada iki şey var: haqq və nahaq. Kişilik ondadır ki, tutduğun işin nahaq olduğunu sənə bildirəndə boynuna almaq və bir də özgəsinin tutduğu işin də haqq olduğunu israr etmək. Hərgah hər bir işlərimizdə belə mərdanə olsaq, "böyük hünər sahibi olarıq". Necə də gözəl arzudur! Üzeyir bəyin özü belə "böyük hünər sahibi" idi.

İndi Üzeyir bəyin 1918-1920-ci illərdə "Azərbaycan" qəzetində dərc olunan və bu günümüzlə səsləşən məqalələrinə müraciət edək. Bu məqalələrdən bir qismi Ermənistan ilə Azərbaycan münasibətinə, Qarabağ məsələsinə həsr edilmişdir. Onlardan "Andranikin məsələsi", "Qarabağ haqqında","Başlanır", "Kirimiyorlar", "Naxçıvan və Qarabağ", "Ermənistan və Azərbaycan münasibəti" və başqalarıdır. Məqalələrin bəzilərindən ayrı-ayrı parçalar gətirərək, Üzeyir bəyin hələ o illərdə bu məsələyə böyük uzaqgörənliklə yanaşdığına təəccüb etməyə bilmirsən. "Başlanır" məqaləsi elə bil 1919-cu ildə yox, 1988-89-cu illərdə yazılmışdır. Bu məqalədə Üzeyir bəy qəzəbini bildirərkən belə yazır: "Daşnaklar Qarabağ ermənilərini bizə qarşı üsyana dəvət edirlər. Bu üsyanın açıq-açığına qəzetə vasitəsilə elan daşnakların bih?yalığını sübut edən aşkar dəlillərdən birisidir. Paytaxtımızda bizimlə diz-dizə oturan daşnakların bihəyalığı bu dərəcə olduğu halda özgə yerlərdə və öz yerlərində oturanlarınki nə dərəcədə olacağını təsəvvürə gətirmək olar..."

Məqaləsinin başqa yerində müəllif təəccüblənərək yazır: "Bizim öz yerlərimizə sahib olmaq əməlimizi daşnaklar imperializm məqsədi deyə adlandırırlar. Çünki Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın yerləri ermənilərin yeri imiş! Və o qədər mübahisəli imiş ki, onun həllini Paris konfransında gizlətmək lazım gəlirmiş" - deyə istehza ilə qeyd edir.

"Ermənistan və Azərbaycan münasibəti" məqaləsində isə Üzeyir b?y "Zəngəzur məsələsini" ermənilər tərəfindən meydana çıxarılmış "Qarabağ məsələsinin mabadi" hesab edərək yazır: Zəngəzur Qarabağın bir hissəsi və Qarabağı təşkil edən dörd uyezddən biridir...

Ermənistanın "Zəngəzur bizimdir" deyə haqsız iddialarda bulunması aşkardır ki, "ixtilafı hüdud məqsədlərini sülh və sazişlə həll edəlim deyil, Azərbaycanın tamamiyyəti - mülkiyyətinə qarşı sui-qəsd hiyləsidir.

Məqalənin digər yerində Üzeyir bəyqeyd edir ki, "ermənisi çox olan bir yeri Ermənistana təəllüq etdirmək doğru olsa, o surətdə Azərbaycanın hər bir yeri ki, orada ermənisi çoxdur, Ermənistana məxsusdur deyə hökm verilməlidir. O hesabdan deməli, Bakının yanındakı"Ermənikənd" dəxi Ermənistanınkı imiş".

Üzeyir bəy məqaləsini belə sözlərlə bitirir: "Azərbaycan öz torpağını qorumaq üçün qılınc çəkməli olacaqsa və arada qan töküləcəksə, hamısının məsuliyyəti Ermənistan üzərinə aid olacaqdır. Bunu bir Azərbaycan deyil, bəlkə hər kəs və hətta Qafqazla əlaqə peyda etmiş, Avropa hökumətlərinin nümayəndləri də iqrar edirlər".

Üzeyir bəyin "Azərbaycan" qəzetində dərc etdiyi məqalələrinin bir qismi də Rusiya siyasəti barəsindədir. "Rusiya əhvalı" məqaləsində o, yazır: "Bugünkü vəzifəmiz Rusiya işlərinə kənardan baxmaq və Rusiya daxilində vaqe olan hadisələrə qarşı bitərəf qalmaqla bərabər, oradan bizi təhdid edən təhlükələrdən özümüzü qorumaqdır. Yeni cümhuriyyətlərdən Azərbacyan olsun, Gürcüstan olsun, Ukrayna, Litva, İslandiya, Finlandiya, q?r?z özgə bir məqsəd təqib edən Ermənistandan başqa, bütün hamısının fikri ancaq budur: Rusiya işlərinə qarışmamaq və Rusiya təhlükəsindən qorunmaq, təhlükə bolşevik tərəfindənmi və ya Denikin tərəfindən vaqe olacaqmı bizdən ötrü təfavüt yoxdur, qorunmaq və hər bir vasitə ilə istiqlalımızı mühafizə etmək, vəssalam!"

"İçimizdəki Denikinlər" məqaləsində isə Üzeyir bəy Azərbaycanımızda "asudəlik ilə rahat-rahat yaşamaqda olan müxtəlif ünsürlərin içində elə qaraqəlblilərin olmasını, Denikini ürək döyünməsilə gözləməkdə və rus qaradovoyunun həsrətini çəkənləri" göstərmişdir. "Bunların bir çoxları xəzinəmizin pulu ilə dolanıb da, "aldığım pul rus dövlətinin puludur" - deyə özünü də, özgələrini də aldatmağa təsəlliyab olub, naşükürlüklə yedikləri çörəyimizi özlərinə halal bilirlər".

Üzeyir bəy belələrini nəzərə alaraq bildirir ki, "xaricdəki Denikin ilə aramızda bir müharibə başlanırsa, heç şübhə edilməsin ki, daxilimizdəki yemləyib bəstələdiyimiz denikinlər öz həsrətkeşlərinin yollarını asanlaşdırmaqdan ötrü içimizdə cürbəcür xəyanət və cinayətlərə mürəkkəb olub da bizə arxamızda xəncər yaraları vurmaq və zərbələr yetirmək təşəbbüslərindən çəkinməyəcəkdirlər".

Ana dilimizin böyük qayğıkeşi olan Üzeyir bəyin digər yazısında "Təəssürat" adlı məqaləsində parlamanın açılışında danışanlardan biri haqda bu cür yazıb təəssüflənirdi: "Xudavəndi-aləm hər yerdə istibdad varsa, evini yıxsın, necə ki, rus istibdadının evini yıxdı. Qoyurdularmı ki, vaxtında dilimizi öyrənək ki, yeri düşəndə danışarkən fikrimizi söyləməyə söz axtarmağa möhtac qalmayaq!"

Üzeyir bəyin başqa bir yazısında, müstəqil Azərbaycana heç bir dəxli olmayan "Türkmənçay müahidəsi dabravollarının", - "Xəzərdə Azərbaycanın ticarət və hərbi gəmiləri olmasın" - haqsız tələbinə qarşı çıxış edirdi. O, "Əsassız tələb" adlı məqaləsində öz etirazını belə bildirirdi: "Azərbaycan üçün dəniz məsələsi can məsələsidir. Bu məsələyə ?l vurmaq Azərbaycanın canına toxunmaqdır. Azərbaycan Bakı dənizində hərbi gəmilər saxlamaqda heç kəsi qorxutmaq və heç bir kəsin yerinə tə?rrüz etmək fikrində deyildir. Onun fikri özünü xarici imperialist və qəsblər tərəfindən müdafiəyə hazır bir halda durmaqdır. Azərbaycanın özgələr yerinə göz dikdiyini heç kəs xəyalına belə gətirməz. Halbuki özgələrinin Azərbaycan torpağı haqqındakı təcavüzkəranə fikri cümləcə məlumdur. Belə olduğu sırada özünü quruda mühafizə etmək Azərbaycana borc olduğu kimi, dəniz tərəfindən dəxi müdafiə və mühafizə yolunu əldə saxlamaqla var qüvvəsilə səy və qeyrət edəcəkdir".

Üzeyir bəy "Ordan-burdan" sərlövhəli yazılarının birində isə belə yazırdı: "İstiqlaliyyət... Müstəqil Azərbaycan!.. Cəmisi bir neçə aydır ki, bu asudəlikdə yaşayırıq... Hər kəs şaddır, yerimiz, yurdumuz, torpağımız özümüzün, hökumətimiz, cəmiyyətimiz, qoşunumuz özümüzün, dinimiz, ayin və adətimizə edilən şəmatətdən qurtulduq. Dilimizə, millət və milliyyətimizə vurulan həqarətdən qurtulduq. Qapımız da özümüzün, yiyəmiz də özümüzük. Öz-özümüzü yaxşı-yaman dolandırırıq. Kimsəyə ehiyacımız yoxdur...

Qoy desinlər ki, hələ nöqsanımız çoxdur, nə olar? Azadlıq, asudəlik: təkmilinə çalışaq". Lakin həmin yazıda Üzeyir bəyböyk uzaqgörənliklə belə bir fikir də irəli sürür. "Hərdən bir başıma qara-qara fikirlər gəlir: birdən bu azadəliyi, bu asudəliyi, yəni istiqlaliyyətimizi əlimizdən geri alarlar..."

1918-1920-ci illərdə "Azərbaycan" qəzetindəki fəaliyyəti vaxtı (bir müddət Üzeyir bəy həm qəzetin redaktoru olmuşdur) Üzeyir bəy gündə və ya günaşırı müxtəlif mövzulara aid çoxlu yazılar yazırdı. Biz məqaləmizin həcmini nəzərə alaraq, onun yazılarından yalnız bəzi parçalar sizə təqdim etdik. 1918-ci ildə, yəni "Azərbaycan" qəzetində işləməyə başladığı vaxt Üzeyir bəyin cəmi 33 yaşı var idi. Hələ həyatının 30 ili qabaqda idi. O bu illərdə musiqi tarixinə, nəzəriyyəsinə aid çoxlu məqalələr, 1945-ci ildə isə "Azərbaycan xalq musiqisinin əsasları" fundamental elmi əsərini yazacaqdı, çoxlu mahnılar, marşlar, dövlət himnimizi bəstələyəcəkdi. "Aşıq sayağı" triosunu, "Çahargah" və "Şur" fantaziyalarını, kantatalarını və nəhayət, şah əsəri olan "Koroğlu"sunu yazacaqdı.

Lakin Üzeyir bəyin 1918-1920-ci illərdə "Azərbaycan" qəzetində böyük "hünər sahibi olub" cəfakeşliklə işlədiyi dövr, həm onun yaradıcılığında, həm də musiqimizin özəl xüsusiyyətləri olan bir vaxt kimi həmişə qalacaqdır!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Aprel 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see145

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see144

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see135

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see133

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see132

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see130

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see127

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see120

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see118

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see117

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see114

Aysel Vaynşteynin xanımı ilə Foto

22 Aprel 2025 11:05see114

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see113

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see113

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see112

Orlando hava limanında təyyarə yanıb, 300 nəfər təxliyə edilib

22 Aprel 2025 07:59see112

Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ

22 Aprel 2025 10:10see112

Bu qidalar sizin üçün təhlükə ola bilər

22 Aprel 2025 09:55see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri