Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin ev muzeyi 50

Üzeyir Hacıbəylinin ev muzeyi 50

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Üzeyir Hacıbəyov fitri istedadı ilə dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı layiqincə təmsil edən görkəmli şəxsiyyət olmuşdur. Buna görə də Üzeyir Hacıbəyovun yaşadığı hər bir gün, yaratdığı hər bir əsər, hər bir not vərəqi, Üzeyir bəyin ictimai-siyasi fəaliyyəti bizim üçün qiymətlidir, bizim üçün əhəmiyyətlidir. Çünki bunların hamısı Azərbaycan xalqının dirçəlməsinə, Azərbaycan xalqının mədəniyyətinin inkişafına, Azərbaycan xalqının özünü  tanıtmasına xidmət etmək deməkdir və bu xidmətlər əvəzsizdir. Ümumiyyətlə Üzeyir Hacıbəyovun yaradıcılığı  Azərbaycan xalqının milli sərvətidir”.  

Heydər Əliyev

Azərbaycan musiqi mədəniyyətinin banisi, görkəmli bəstəkar, dirijor, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin adı xalqımızın milli-mədəni tarixində əbədi yaşayır. Onun zəngin yaradıcılığı təkcə Azərbaycanın deyil, ümumən Şərq  musiqi mədəniyyətinin inkişafında mühüm mərhələ təşkil edir. Bu il böyük bəstəkarın xatirəsinə ehtiramın simvolu olan Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin 50 illiyi qeyd olunur.

Üzeyir bəyin 1915-1942-ci illər ərzində yaşadığı mənzilin muzeyə çevrilməsi Azərbaycan Kommunist Partiyasının o vaxtkı I katibi vəzifəsində çalışan Heydər Əliyevin təşəbbüsü nəticəsində 1975-ci il noyabrın 20-də bəstəkarın 90 illik yubileyi günləri ərəfəsində ziyarətçilərin üzünə açılmışdır. Muzeyin məqsədi dahi sənətkarın həyat və yaradıcılığını, musiqi irsini, eləcə də onun yaşadığı dövrün mədəni mühitini qoruyub gələcək nəsillərə çatdırmaqdır. Çünki Üzeyir bəy həyat və yaradıcılığının əsas hissəsini, ömrünün ən mənalı illərini (1915-1942) burada, bu evdə keçirmişdir, bir sıra ölməz əsərlərini, o cümlədən, özünün şah əsəri olan “Koroğlu” operasını da bu evdə yaratmışdır. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Üzeyir bəyin həyat və yaradıcılığının bütün dövrləri muzeydə öz əksini tapmışdır. Muzeyə gələn ziyarətçilər üçün ekskursiyalar muzey əməkdaşları tərəfindən Üzeyir musiqisinin xoş sədaları altında aparılır.

Muzeydə bəstəkarın şəxsi əşyaları, əlyazmaları, müxtəlif şəxslərə  yazdığı məktubları, notları, fotoları, o cümlədən opera və operettalarının afişa və proqramları, həmçinin sənədləri toplanmışdır. Ziyarətçilər burada bəstəkarın ölməz əsərlərinin yaranma tarixini əks etdirən eksponatlarla da tanış ola bilərlər.

Yarandığı 50 il ərzində muzey təkcə xatirə məkanı deyil, həm də elmi və maarifləndirici məkana çevrilmişdir. Burada hər il Üzeyir bəyin doğum və anım günü münasibətilə, həmçinin, əsərlərinin yubileyləri münasibətilə tədbirlər keçirilir, musiqi axşamları, təqdimat mərasimləri, elmi konfranslar və sərgilər təşkil edilir. Muzey həm yerli, həm də xarici qonaqlar üçün Azərbaycan  musiqisinin mədəni ocaqlarından biri kimi böyük maraq doğurur. Muzey 4 otaq, şüşəbənd, qalereya və yaradıcılıq görüşləri salonundan ibarətdir. 1-ci və 2-ci otaqlar  memorial xarakter daşıyır, yəni bu otaqlarda hər bir eksponat Üzeyir bəyin sağlığında olduğu kimi qorunub saxlanılır, digər otaqların  isə quruluşunda dəyişikliklər edilmişdir.

Bu məkanda qorunan hər bir eksponat, hər bir əlyazma Azərbaycan musiqi tarixinin canlı şahidi kimi dəyərlidir. Yarım əsrlik yubiley muzeyin mili mədəniyyətimizin inkişafında tutduğu mühüm yeri bir daha təsdiqləyir və onun gələcək fəaliyyətində yeni elmi istiqamətlərin açılmasına stimul verir. Çünki fəaliyyət göstərdiyi 50 il ərzində ev-muzeyi Azərbaycan xalqının milli-mədəni yaddaşının qorunmasına, elmi araşdırmaların aparılmasına və böyük bəstəkarın irsinin geniş təbliğində mühüm xidmətlər göstərmişdir. Bu 50 il ərzində muzey əməkdaşları Üzeyir Hacıbəylinin irsinin qorunub gələcək nəsillərə çatdırılması naminə elmi araşdırmalar aparmış, Üzeyir bəyin həyat və yaradıcılığını əhatə edən monoqrafiyalar, kitablar, elmi məqalələr çap etdirmiş, həm muzeydə, həm də muzeydənkənar tədbirlərdə, sərgilərin təşkilində fəal iştirak edirlər.

Muzeyin rəy və təkliflər kitabını vərəqlədikcə bir çox millətlərin nümayəndələrinin imzalarına rast gəlirik. Rəy yazanlar arasında adi vətəndaşlardan tutmuş, görkəmli şəxsiyyətlərədək müxtəlif insanların imzaları var: M.Rostropoviç, Tixon Xrennikov, Bəxtiyar Vahabzadə, Mirzə İbrahimov, Cavad Heyət və b.

Bəli, fiziki yoxluğundan illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı yaşadıqca dahi Üzeyir Hacıbəyli ehtiramla yad ediləcək, xalqın ürəyində əbədi olaraq yaşayacaqdır. Çünki ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən insanlar heç zaman unudula bilməz! Bu ağır, ağır olduğu qədər də şərəfli işi layiqincə yerinə yetirmək isə məhz Üzeyir Hacıbəylinin ev-muzeyinin əməkdaşlarının üzərinə düşür.

Təranə Həsənova,

Üzeyir Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri