Icma.az
close
up
RU
Menu

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

Xarici diplomlar hansı hallarda tanınır? (VİDEO)

Trampın səfəri zamanı dron uçurdular Həbs edildilər

“Qalatasaray”ın əsas hücumçusu ÇL oyununu buraxacaq

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

Yuventus la Borussiya Çempionlar Liqası tarixində ən məhsuldar ikinci hissəni oynayıblar

Kənanla Afranın serialında o da olacaq Foto

Dünya çempionu klubunu dəyişdi

Sərnişinlərə YENİLİK: Bu terminallar istifadəyə verildi KONKRET

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi Bayramov

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

Gürcüstanın XİN rəhbəri: Ölkəmizə xarici müdaxilələr açıq şəkildə baş verir

Payız aylarında səyahət ediləcək ÖLKƏLƏR SİYAHI

Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca Türk tarixinin izi

Ağdamda “şou” göstərib videolarını “TikTok”da yayan “avtoş” sürücü 90 HT 335 VİDEO

ABŞ da atışma zamanı 3 polis öldürülüb

Üzeyir təntənəsi və ermənilərin yalançı artistliyi, Cavid Zeynallı yazır

Üzeyir təntənəsi və ermənilərin yalançı artistliyi, Cavid Zeynallı yazır

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. Bu gün Azərbaycan Milli Musiqi Günü kimi qeyd olunur.

Kulis.az bu münasibətlə Cavid Zeynallının "Üzeyir təntənəsi və ermənilərin yalançı artistliyi" yazısını təqdim edir.

YAZIYA AZ DƏXLİ OLAN GİRİŞ...

1915-ci ilin fevral-iyun ayları. Üzeyir bəy “Nicat” Xeyriyyə Cəmiyyəti ilə çəkişməkdədir. Mətbuat səhifələrindən bir-birinin ünvanına ittihamlar yağdırırlar. Bu narazılıq, umu-küsülər əvvəllər də olmuşdu. Gənc bəstəkar Peterburqdan Müslüm Maqomayevə yazdığı məktubda “Nicat” cəmiyyətindən gileylənirdi. Ki, tamaşalarımı oynayıb, pulunu vermirlər. 1913-cü ilin 7 avqustunda yenə Müslüm Maqomayevə göndərdiyi məktubda Hüseynqulu Sarabskidən gileyini gizlətmirdi. Səbəb nə idi?! Maddi sıxıntı. Həmin məktubdan bir neçə cümlə oxuyaq: “Əzizim Müslüm! Sarabskiyə məktub yazıb öz 400 manatımı istəmişdim, heç olmasa 200 manat göndəreydi, lakin heç bir cavab almadım. Halbuki pula ehtiyacım vardı, ciddi teleqram vurmağa məcbur oldum. Neçə gündən sonra 100 manat aldım. İndi yenə də pul gözləyirəm. Lakin pul əvəzinə israğa gün Sarabskidən teleqram almışam ki: “İçirik sənin sağlığına”.
1915-ci ilin iyun ayında “İsmailiyyə” binasında “Nicat” cəmiyyətinin ümumi iclası keçirilir. Təftiş komissiyasının iclasında məruzə olunur ki, Üzeyir bəy Hacıbəyov cəmiyyətə 1100 manat verməlidir, vermir. İclasda qərara alınır: bəstəkarı məhkəməyə versinlər. Başqa bir narazılıq isə “Leyli və Məcnun” operasının müəlliflik hüququ məsələsində idi. “Nicat” cəmiyyətinin rəhbərliyi bəstəkarı operanın ixtiyarını 2 min manata cəmiyyətə satdığı halda, onu başqasına verməkdə ittiham edirdi. Üzeyir bəyin cavabı özünü çox gözlətmir. “İqdam” qəzetində etiraz yazısını çap etdirir. Sitat: “Kəşfi-həqiqət üçün məlum edirəm ki, bu operanın ixtiyarı “Nicat” cəmiyyətində deyil, mənim və qardaşımın ixtiyarındadır. Beləliklə, operanın kitabça surətində nəşr edilməsi ilə mənim müəlliflik ixtiyarım xələldar olmuşdur”.
Bütün bu vurhavurun içində Üzeyir Hacıbəyovu sevindirən bircə hadisə baş verir: “Arşın mal alan” operettası erməni dilinə çevrilir. “Yeni iqbal” qəzeti yazırdı ki, operetta Tiflisdə erməni mühərrirlərindən olan Maqalyan tərəfindən tərcümə edilib tamaşaya qoyulmaqdadır. Çox keçmir, “O olmasın, bu olsun” operettası da erməni dilinə tərcümə edilir. Bütün bunlarla bağlı Üzeyir bəy yazılı razılıq versə də, sevinci çox çəkmir. Erməni truppalarının səviyyəsi, tamaşalara verilən quruluş bəstəkarın ürəyincə olmur. Qəzetlər də bu haqda yazırdı. Ki, erməni artistlərinin oynadığı “Arşın mal alan”ın tərcüməsindən və oyunundan xoşhal olmayan Üzeyir bəy sevgili əsəri olan “O olmasın, bu olsun”un tərcüməsi, musiqisi əslində olan kimi düzəlməzsə və rollar layiqincə bölünməzsə, təkrar qoyulmasına razı olmayacaq. Tutalım, “Yeni İqbal” qəzetində Oğuz adlı müəllifin resenziyası çap olunmuşdu. Yazırdı ki: “Gəncəlilər bir dəfə Üzeyir Hacıbəyovun “Arşın mal alan”ını oynayana qədər ermənilər həmin oyunun ermənicəsini üç dəfə oynadılar. Bir-birinin dalınca gedən bu oyunlar erməniləri sevindirib, kluba tərəf axıdır, sabahı günü ağızları sulanaraq tərif və tövsif etmələri diqqəti cəlb edirdi. Əcəba, Üzeyir bəy bu tərcüməni görmüşmü? Bizə elə gəlir ki, tərcümədə çox fəna şeylər artırılmış və kitab bərbad edilmişdir”.
Noyabrın 11-də “Nicat” cəmiyyəti ilə Hacıbəyov arasında “Leyli və Məcnun” operettasının mübahisəsi müzakirə edilir. Və nəticə etibarı ilə əsər “Nicat”ın ixtiyarında qalır.
Növbəti gün isə “Kaspi” qəzetində Qubalı imzası ilə yazı dərc olunur ki, Bakıda Voskanyan truppası tərəfindən “Arşın mal alan” oynanılıb. Pyesa Voskanyan tərəfindən dəyişdirilib və bir neçə erməni mahnısı əlavə edilib: “Bu mahnılar operettaya daha çox gözəllik və musiqi təravəti vermişdir”.
Məqalə müəllifinin “gözəllik” və “təravət” qənaəti Üzeyir bəyi qəzəbləndirir. Qəzetin redaksiyasına dərhal məktub göndərib çap olunmasını xahiş edir. Məktub müəllifin yazdığı kimi tam olaraq çap edilir: “Mənim müəlliflik nüfuzuma toxunan ədalətsizliyə yol verilib. Qəti surətdə qeyd edirəm ki, Voskanyan tərəfindən pyes heç bir dəyişikliyə uğramamış, ümumiyyətlə, mən əsərimin hər hankı bir dəyişikliyinə razı ola bilmərəm. Musiqi nömrələrinin artırılmasına gəlincə, texniki şərait və icraçıların gücü nəzərə alınaraq, mənim icazəmlə türk nəğmələri əlavə edilmişdir”.
“Texniki şərait” və “icraçıların gücü” deyərkən isə müəllif əsərin ilk variantında olan muğamatı erməni artistlərinin oxuya bilməməsini nəzərədə tuturdu.

“ERMƏNİLƏR BƏLA KABUSU ALTINDADIR”
Erməni ziyalıları Azərbaycan operalarının İrəvanda, Tiflisdə və Bakıda səhnəyə qoyulmasını böyük mədəni hadisə kimi qiymətləndirib qəzetlərdə bir-birinin dalınca məqalələr çap etdirirdilər. Amma bu haqda bir qədər sonra. Sən demə, əsrin əvvəllərində Üzeyir Hacıbəyovun əsərlərinin şöhrəti o qədər böyük olubmuş ki, erməni artistləri yalançı truppalar düzəldib müxtəlif yerlərdə adamları aldadaraq yaxşıca pul qazanırmışlar. Bunun üstünü açmaq isə həmişə mümkün olmurdu. Məsələn, “Kaspi” qəzetinə Həştərxandan xəbər verirdilər ki, erməni artistlərindən ibarət yalançı truppa bu günlərdə buraya gəlmişdilər: “Onlar özlərini “Səfa” cəmiyyətinin truppası adlandırıb “Qatili Kərimə” və “O olmasın, bu olsun” operettasını oynamışlar. Yerli müsəlmanlar elanlardan bu artistlərin yalançı olduqlarını bilib tamaşalara getməmişlər”.
Ermənilərin bu tamaşalara axışıb getməsini o dövrün ziyalıları başqa cür də əsaslandırırdılar. Tiflisdə erməni dilində çıxan “Mşaq” qəzeti bunu belə izah edirdi: “Erməni milləti kabusi-bəla altındadır. Xalq bir azacıq da olsun asudə nəfəs almaq üçün “Arşın mal alan”a tamaşa etməyə tökülür”.
Həmin dövrdə erməni truppaları gənc Üzeyir Hacıbəyovun operettaları ilə bərabər, digər əsərlərə də müraciət edirdilər. Məsələn, Raffinin “Xent”, Çalaxçının “Tavatos İvaniç” pyesləri. Bu tamaşalarda zal demək olar boş qalırmış. Erməni dilinə tərcümə edilib oynanmış “Arşın mal alan” Voskanyanın yüzlərlə teatr dolusu tamaşasının mədaxilini vermişdi.
Maraqlı yazılardan biri də Astik Yeremyanın 1959-cu ildə Yerevanda çap etdirdiyi “Ədəbi Ermənistan” kitabının ikinci cildində yazdığı xatirələridir. Müəllifin yazdığını olduğu kimi oxuyaq: “Tiflis. Nəhayət, “Arşın mal alan”ın premyera günü gəlib çatdı. Mən də çıxış edəcək idim. Tamaşa axşamı teatrın qapılarını açıq buraxmağa məcbur oldular, çünki bağlamağın mənası yox idi. Onsuz da qıracaq idilər. Mən səhnəyə çıxaraq tamaşa salonuna nəzər saldıqda dəhşətə gəldim. Adamlar sözün həqiqi mənasında sütunlardan asılmış və elə bil ki, indicə yıxılacaqdılar. Müvəffəqiyyət təsəvvürə gəlməz dərəcədə böyük idi. Bu truppa tamaşanı Tiflisdə Gevork Prumyanın rəhbərliyi altında qoymuşdu. Sonra truppa “Arşın mal alan” və “Məşədi İbad” tamaşaları ilə İrəvana qastrola yollandı”.
1917-ci ilin yanvarında “Sovqat” qəzeti Üzeyir bəyin dəllallardan şikayətini dərc edir. Məlum olur ki, adamlar operettalara bilet tapa bilmir və bunun səbəbkarı bilet dəllallarıdır. Onlar teatrın qapısında biletləri xəlvət əldə edərək camaata birə beş, hətta birə on satıblar.
1900-cü ildə, 15 yaşlı Üzeyirə verilən xasiyyətnamədə göstərilirdi ki, istedadlıdır, yoldaşlarına nisbətən doğruçudur, şəkil çəkməyi, kitab oxumağı sevir, tatar dilindən ruscaya və rus dilindən tatarcaya məqalələr tərcümə edir. Əhval-ruhiyyəcə şəndir və diribaşdır. İllik əxlaq qiyməti 5-dir. Bir il sonra Üzeyir Hacıbəylinin atası dünyasını dəyişir. Bu qəfil itki gənc seminariya tələbəsinin bir müddət əsəbi hal keçirməsinə səbəb olur. Həmin günlərdə seminariya rəhbərliyinin ona verdiyi töhmətdə yazılırdı ki, musiqi dərsindən getdiyinə görə izahat verməkdən boyun qaçırıb, müəllimi ilə söz güləşdirib. 1903-cü ilin iyununda - Qorinin yuxarı sinifində təhsil alarkən isə ona verilən xasiyyətnaməni təbəssümlə oxuyaq: “Üzeyir bəy təcrübə dərslərini orta səviyyədə deyir, danışığında aksent var. Özünün povest və şeirlərini tərifləyir”.
Seminariyanı bitirdikdən sonra Üzeyir bəy Cəbrayıl qəzasının Hadrut kəndinə illik 400 manat maaşla müəllim təyin edilir. Elə həmin il Cəbrayıl uyezdində ermənilərin qətl və qarətləri başlayır. Ona görə də gənc müəllim Hadrutdan Bakıya gəlib ora bir daha qayıtmır. Məktəb müdiri Gəncə quberniyası ikinci rayon xalq məktəbləri inspektoruna yazdığı raportda xəbər verirdi ki, işə gəlmədiyi üçün Üzeyir Hacıbəyov vəzifəsindən azad edilsin. 20 yaşından gənc Üzeyirin Bakı həyatı başlanır. Həmin ilin 23 noyabrında “Həyat” qəzeti belə bir xəbər dərc edir: “Noyabrın 18-də, cümə günü. Müsəlmanların mitinqi olub milli ehtiyaclardan danışıldı. O cümlədən, Üzeyir bəy adlı bir cavan əmələ tətillərindən, saldatların əhaliyə təcavüzlərindən və buna oxşayan bəzi şeylərdən uzun-uzadı bəhs etdi. Nəhayət Üzeyir bəy ikinci dəfə də söyləmək üçün bir daha çıxış etmək istədikdə camaat arasından “Sus, sus, kəs səsini, əvvəl özün oruc tut, namaz qıl, sonra özgəyə nəsihət ver!..” sədaları eşidilincə Üzeyir bəy çəkildi”.
“KÖÇMƏK GƏRƏK BU DARİ-FƏNADAN YAVAŞ-YAVAŞ”
1948-ci ilin noyabrında Bakıya bərk şaxta düşür. Gündüzlər bir az qaranlıqlaşıb, bir az gödəlmişdi. Üzeyir bəyin ömrünün son günlərin yaşayırdı. Səhiyyə naziri Kübra Fərəcova bəstəkarın ömür-gün yoldaşı Məleykə xanıma tez-tez zəng vurur, işdən çıxanda ona baş çəkirdi. Düz bir il əvvəl Mircəfər Bağırova məktub yazmışdı ki, sizin göstərişiniz əsasında akademik Üzeyir Hacıbəyova konsilium təşkil edilib. Xəstə şəkər diabeti, hiportaniya və ürək astmasından əziyyət çəkir. Akademik Hacıbəyov Xüsusi Müalicə Sanitariya İdarəsinin xəstəxanasına yerləşdiriləcək, orada xüsusi müalicə alacaq və nəzarət ediləcək. Xüsusi müalicəni isə kim aparsa yaxşıdır: erməni Osipyan.
Həmin günlərdə Üzeyir bəyə baş çəkənlərdən biri də Səməd Vurğun idi. Şair yataq otağının açıq qapısından içəri boylanır. Üzeyir bəy əlləri sinəsi üstə çarpaz, maddım-maddım ona baxırdı. Üzünün rəngi qaçmışdı. Şair yatağa yaxınlaşanda xəstə qalxıb ona əl vermək istədi, bacarmadı. Səməd Vurğun ustadın soyuq əllərindən öpür.
- Oğul, könlüm səni necə istəyirdi, biləsən. Görürsən də... Deyəsən, vaxtdır. Sən yaxşı bilərsən, oğul, necə deyib o şair? Köçmək gərək bu dari-fənadan yavaş-yavaş...
Səməd Vurğunun ürəyi dözmür. Diz üstə çöküb Üzeyir bəyin yatağını qucaqlayır, uşaq kimi ağlamağa başlayır. Xəstə titrəyən ipək əlləri ilə onun saçlarını oxşayır.
- Köçmək gərək bu dar fənadan yavaş-yavaş...
Vacib əlavə: yazı Qulam Məmmədlinin “Üzeyir Hacıbəyov. Həyat və yaradıcılığının salnaməsi” kitabı əsasında hazırlanıb.

Tanınmış kanadalı aktyor vəfat etdi Özbəkistanın nüfuzlu institutunda Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə auditoriya açıldı "Bu film sadəcə bir kəndin taleyi deyil, həm də..." - Tahir Tahiroviç
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

18 Sentyabr 2025 00:06see470

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 Sentyabr 2025 17:42see384

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

18 Sentyabr 2025 01:23see239

Xarici diplomlar hansı hallarda tanınır? (VİDEO)

16 Sentyabr 2025 22:20see169

Trampın səfəri zamanı dron uçurdular Həbs edildilər

17 Sentyabr 2025 07:44see156

“Qalatasaray”ın əsas hücumçusu ÇL oyununu buraxacaq

17 Sentyabr 2025 19:47see151

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

16 Sentyabr 2025 21:17see147

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

16 Sentyabr 2025 23:35see147

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

16 Sentyabr 2025 19:23see146

Yuventus la Borussiya Çempionlar Liqası tarixində ən məhsuldar ikinci hissəni oynayıblar

17 Sentyabr 2025 04:57see139

Kənanla Afranın serialında o da olacaq Foto

17 Sentyabr 2025 17:38see139

Dünya çempionu klubunu dəyişdi

17 Sentyabr 2025 23:46see136

Sərnişinlərə YENİLİK: Bu terminallar istifadəyə verildi KONKRET

17 Sentyabr 2025 00:09see136

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi Bayramov

16 Sentyabr 2025 18:32see133

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

18 Sentyabr 2025 01:25see131

Gürcüstanın XİN rəhbəri: Ölkəmizə xarici müdaxilələr açıq şəkildə baş verir

16 Sentyabr 2025 23:19see130

Payız aylarında səyahət ediləcək ÖLKƏLƏR SİYAHI

16 Sentyabr 2025 17:32see130

Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca Türk tarixinin izi

17 Sentyabr 2025 02:02see129

Ağdamda “şou” göstərib videolarını “TikTok”da yayan “avtoş” sürücü 90 HT 335 VİDEO

16 Sentyabr 2025 16:14see128

ABŞ da atışma zamanı 3 polis öldürülüb

18 Sentyabr 2025 02:52see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri