Icma.az
close
up
RU
VÜQAR SUSMAMALI, SUSDURULMAMALIDIR Əvəz Zeynallı yazır

VÜQAR SUSMAMALI, SUSDURULMAMALIDIR Əvəz Zeynallı yazır

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elə sarsılmışam ki, Vüqar Tofiqoğlunun həbsindən, içimdə fırtınalar var. Mən bunu bilirdim və neçə aydır tez-tez danışdığımız, görüşdüyümüz Vüqar bəyə bu haqda deyirdim: "Qardaş, qurban olum, Səndən çox narahatam". Vüqar da heç tövrünü pozmadan "qardaş, mənim haqqımda qərar artıq verilib, məni həbs edəcəklər" deyirdi. Heyrət bir şey, biz aylardır bu haqda müzakirə aparırdıq və nəticəni bilir, gözləyirdik.
Vüqar son zamanlar Azərbaycanın səsi olmuşdu. Sərt idi, kəskin idi, barışmaz idi - hər ona baxanda bir az da özümün həbsdən əvvəlki durumumu xatırlayırdım və qorxurdum - onu tutacaqlarından qorxurdum. Qorxduğum bu gün başıma gəldi.
Vüqar sifarişin haradan gəldiyini, konkret kimin ona "Səni həbs etdirəcəyəm" dediyini, mesaj göndərdiyini bilirdi və bu haqda mənə təfərrüatı ilə danışmışdı. Yəni onu demək istəyirəm ki, Vüqarın həbs olunacağı aylar əvvəldən bilinirdi, məlum idi. Ona görə də dəfələrlə dönə-dönə çox ehtiyatlı olmağı, vəzifəli adamlarla telefonda danışmamağı, redaktor dostlarından məsafəli davranmağı, heç bir halda tanımadığı və bəzi tanıdığı adamlardan uzaq dayanmağı xahiş edirdim. Sonra da ikimiz də gülürdük ki, onsuz da istədikləri zaman həbs edəcəklər. Bizim hüquq-mühafizə orqanlarının adamı həbs etməsi üçün heç bir səbəbə ehtiyacları yoxdur. İstənilən şəxsi istənilən yerdən götürə və gülə-gülə 9-10 il, lap istəsələr ömürlük həbs edə bilərlər. Təəssüflər ki, belə ağır və amansız şərtləri olan bir ölkədə yaşayırıq... Nə acı...
2011-ci ildə həbs olunanda Ştrasserə bir məktub yazmışdım. Yazmışdım ki, adamın həbsindən çox-çox əvvəl onun həbsi hər kəs tərəfindən bilinirsə, məlumdursa, hamı ona "Səni həbs edəcəklər" deyirsə, o adam hansı maddə ilə ittiham olunursa olunsun siyasi məhbusdur və bu, siyasi məhbusu müəyyən edən əsas kriteriya, ya da kriteriyalardan biri hesab edilməlidir. Elə bilirdim diqqətə alacaqlar. Almadılar təbii ki...
Dediyim odur ki, Vüqara hansı maddəni yükləyəcəklərindən asılı olmayaraq, Vüqar siyasi, hətta vicdan məhbusudur. Hələ də inanıram ki, bu yanlışdan dönülər və Vüqar azadlığa buraxılar, ancaq bütün hallarda həbs olunarsa Vüqar Tofiqoğlu siyasi-vicdan məhbusudur. Vüqarın günahsız olduğuna inanıram, əminəm.
Sonuncu dəfə bazar günü danışmışdıq. Canlı yayına baxmış, kövrəlmişdi. Zəng etdi, əsəbiləşdi, "səsində titrəklik, kövrəklik hiss etdim, etmə belə" dedi. Söz verdim ki, çalışacam. Məndən çox narahat idi. Tez-tez hal-əhval tuturdu. Mən həbsdə olanda da elə idi. Çox yaxın olmamağımıza baxmayaraq, məni aramsız və ardıcıl müdafiə etdi. Can qoydu mənim yolumda. Məlahət xanıma qardaş oldu, onu zaman-zaman efirə çıxardı və ölkə daxilində tək-tük internet kanallarından biri, hətta birincisi oldu ki, ağır günlərimin qardaşına çevrildi.
Həbsdən sonra da eynən davam etdi. Ölkə daxilində tək internet tv oldu ki, məni canlı yayına dəvət etdi, müalicə üçün ölkə daxilində böyük kampaniya apardı, durmadı, dayanmadı, usanmadı.
Təkcə məni dəstəklədiyinə görə yazmıram bunları. Azərbaycanın səsi olduğu üçün, tənqidçi medianın son nümayəndələrindən biri, hətta demək olar ki, sonuncusu olduğu üçün Vüqar müdafiə olunmalıdır. Vüqar susmamalı, susdurulmamalıdır.
Sən möhkəm adamsan mənim Qardaşım Vüqar bəy! Bu da keçəcək! Möhkəm ol və əmin ol ki, hər şey yaxşı olacaq!
Əziz həmkarlarıma, bütün jurnalistlərə müraciət edirəm: bacardığınız qədər Vüqar Tofiqoğlunu müdafiə edin, edə bilmirsinizsə, əleyhinə olmayın! Lütfən!
Əlim-qolum elə bağlıdır ki...

Əvəz ZEYNALLI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Oktyabr 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri