Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Üzməyi bacaranalar belə suda boğulur Əsas səbəbi...

Üzməyi bacaranalar belə suda boğulur Əsas səbəbi...

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Dənizdə təkcə üzməyi bacarmayanlar boğulmur, üzgüçülüyü bilənlərin də boğulması mümükündür.

Məhkəmə-tibbi ekspertiza bürosunda ekspert kimi fəaliyyət göstərmiş Sərdar Cəlaloğlu da bunu təsdiqləyir.

O, “Yeni Sabah”a bildirib: “Suda boğulma hallarının iki forması var. Biri sulu boğulma, digəri isə quru boğulma adlanır. pizza mizza

Birinci halda insanüzməyi bacarmır və suya girib çıxdıqca nəfəs aldığı üçün bədən hava ilə bərabər maye də qəbul edir. Həmin vaxt ağciyərlər və mədə su ilə dolur və həmin adam nəfəs ala bilmir. Bu halda boğulma hadisəsi baş verir. Quru boğulma halı isə qıcolma nəticəsində yaranır. Yəni ürəkdə, yuxarı tənəffüs yollarında və ya ətraflarda baş verən qıcıqlanma nəticəsində qıcolma olur və tənəffüsün ağciyərlərə keçməsində problem yaranır. Ekspertiza zamanı quru boğulma hallarında nə mədədə, nə də ağciyərlərdə su tapılır. Sadəcə olaraq boğulmadan baş verən ölüm faktı qeyd olunur”.

S.Cəlaloğlu qeyd edib ki, qıcolmanın əsas səbəblərindən biri suyun temperaturudur:

“İnsanlar dərinliklərə getdikcə suyun temperaturu azalır və soyuq su axınları ilə qarşılaşırlar. Bədən isti temperaturdan ani olaraq soyuq temperatura düşdüyü üçün qəfil qıcolmalar yaranır. Həmin qıcolma ətraflarda baş verəndə insan suya batıb su uda-uda boğulur. Yuxarı tənəffüs yollarında baş verdikdə isə orqanizmə su daxil olmur və quru boğulma halı baş verir.

Belə adamların rəngi göyərir və qanın tərkibi dəyişir. Bu baxımdan suda boğulmaların əsas iki faktoru bunlardır. Sulu boğulma hallarında vəfat edən şəxsin bədənindən su götürülərək onun hansı su hövzəsində boğulduğunu müəyyən etmək olur. Quru boğulmada isə bunu müəyyənləşdirmək çətindir. Çünki həmin şəxsi kənarda da öldürüb suya atmış ola bilərlər. Meyitdə qıcolmanı aşkar etmək çətin olduğundan digər nüanslara diqqət yetirilərək şəxsin hansı şəraitdə vəfat etdiyi müəyyən olunur”.

Ekspert qeyd edib ki, üzməyi bacaran şəxslərin boğulmasının əsas səbəbi qıcolma və panikadır:

“İnsan dənizdə hər hansı yeraltı axına tuş gələ bilər və belə olan halda xilas olmayacağını düşünüb həyəcanlana bilər. Bu halda əsas məsələ sakit olmaqdır. Bəzən düşünürlər ki, ətrafa əl-qol atdıqları halda boğulmadan xilas olacaqlar. Burada əsasən təkan verib yuxarıya doğru üzməyə çalışmaq lazımdır. Digər boğulma hallarında da əsas faktor panikadır. Çırpınma olmasa, xilas olmaq mümkündür. Bu da insanın yanaşmasından asılıdır. Hər insan fərqli olduğu kimi, ölüm halları da fərqlidir. Duzlu suda batmaqla şirin suda batmaq belə fərqlidir.

Tarixdə borş boşqabında boğulmaq kimi faktlar da var. Epilepsiyası olan adam yemək yediyi vaxt özündən gedib və borşun suyu nəfəs yollarına getdiyi üçün ölüb.

Bir sözlə, boğulmanın növləri çoxdur. Ekspertiza belə olan halda təkcə meyiti yarmaqla rəy vermir. Hadisə yeri, baş vermə anı kimi məsələlər də nəzərə alınır. Hər boğulma halında qanın tərkibi fərqli şəkildə dəyişir. Bunların hamısı araşdırılır və buna uyğun rəy verilir”.

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 İyul 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri