Icma.az
close
up
RU
“Üzr istəmək əvəzinə Rusiya rəsmiləri açıqlama verməkdən yayınırlar” Deputatdan şərh

“Üzr istəmək əvəzinə Rusiya rəsmiləri açıqlama verməkdən yayınırlar” Deputatdan şərh

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Artıq 2024-cü ilin bitməsinə son günlər qalıb.Ancaq təəssüf ki, ölkəmizdə ilin son günləri olduqca faciəli bir hadisə ilə yadda qaldı. Belə ki, 25 dekabr 2024-cü il səhər saatlarında Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı istiqamətində uçan “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Pilotlar Rusiya ərazisində olan digər hava limanlarına enmək istəsə də, enişə icazə verilməyib. Pilotlar daha sonra Xəzər dənizinin üzərindən keçərək Qazaxıstanın Aktau hava limanının 3 kilometr yaxınlığında qəza enişi ediblər.Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Hadisə nəticəsində onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.Eyni zamanda, dövlət başçısı dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.İstintaqın nəticələri hələ elan olunmasa da, şahidlərin ifadələri, təyyarədəki izlər, qəza zamanı salonda çəkilən kadrlar və istintaqın ilkin nəticələri təyyarənin Qroznı üzərində HHM vasitələrilə vurulduğunu və radio-elektron mübarizə vasitəsilə rabitə sisteminin tam iflic edildiyini təsdiqləyir. Bu real faktdır.Bütün bunlara baxmayaraq, Rusiya tərəfindən hadisə ilə bağlı nə etiraf olunub, nə də Azərbaycandan üzr istənilib.Belə hadisələr dünyanın bəzi yerlərində, həmçinin Azərbaycan ərazisində də baş verib. Belə ki, Azərbaycan 44 günlük müharibə zamanı gecə vaxtı heç bir işarə vermədən hərbi zonadakı mövqelərimizə yaxınlaşan Rusiya Federasiyasına məxsus helikopteri vurduqdan sonra bunu etiraf etdi, Prezident İlham Əliyev Vladimir Putinə zəng edib üzrxahlığını çatdırdı, cinayət işi açıldı və kompensasiya ödənildi.

Bəs görəsən, Rusiya Federasiyası tərəfindən bu məsələyə niyə rəsmi reaksiya verilmir? Nəyə görə yanlış iddialar irəli sürülərək hadisənin istiqamətini yayındırmağa cəhd edirlər?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, başa çatmaqda olan il Azərbaycan üçün ən uğurlu illərdən biri olsa da, ili matəm içində yola salırıq.


O bildirib ki, təyyarəmizin Qroznı üzərində vurulması artıq şübhəsizdir.

“Əlbəttə, təyyarənin qəsdən vurulduğunu da iddia edə bilmərik. Amma istənilən halda bu, bütün xalqımız üçün böyük kədər və faciədir.Rusiya rəsmilərinin davranışını qətiyyətlə pisləyən deputat deyib ki, baş vermiş faciənin təfərrüatlarını ən qısa zamanda açıqlayıb üzr istəmək və faciə qurbanlarının yaxınlarına ürək-dirək vermək əvəzinə Rusiya rəsmiləri açıqlama verməkdən yayınırlar.Düzdür, bəhanə edə bilərlər ki, hələlik istintaq başa çatmayıb. Amma bununla belə, Rusiya ən yüksək hakimiyyət səviyyəsində faciə qurbanlarının ailələrinin yanında olduğunu, onların kədərini bölüşdüyünü və təcili surətdə müvafiq tədbirlərin görüləcəyini bəyan etməli idi. Təəssüf ki, bu edilmədi. Xüsusilə zədə almış təyyarənin Xəzər dənizi üzərindən Aktau hava limanına yönləndirilməsi Rusiya dispetçerlərinin ən pis niyyətindən şübhələnməyə əsas verir".

"Bəlkə də təyyarəni yaxınlıqdakı hər hansı hava limanına sağ-salamat endirmək olardı” – C.Feyziyev əlavə edib:

“Lakin mənə elə gəlir ki, burada təyyarənin məhz Çeçenistan üzərində vurulduğunu ört-basdır etmək cəhdləri olub. Ona görə də təyyarə Aktauya yönləndirilib və ola bilər düşünüblər ki, təyyarə dənizə düşərsə, raket zərbələrinin izləri uzun müddət aşkarlanmayacaq. Belə bir niyyət olubsa, bu daha böyük günahdır və bunu planlayanlar ən ciddi şəkildə cəzalandırılmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri