Icma.az
close
up
RU
Üzülməyən 4 bürc: Sınsalar belə yollarına davam edirlər

Üzülməyən 4 bürc: Sınsalar belə yollarına davam edirlər

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Həyatda başlarına nə gəlirsə gəlsin, heç nə olmamış kimi yaşamağa davam edən və dik dayanan insanları tanıyırsınızmı? Bəzilərimizdən fərqli olaraq onlar incikliklərini günlərlə düşünüb eyni söhbətləri beynlərində təkrar-təkrar yaşamırlar. Biz onların heç üzülmədiyini düşünsək də, əslində ağrılarından güc alır və məyusluğun bütün həyatlarını ələ keçirməsinə imkan vermirlər. Bəs hansı bürclər qırılsalar belə yollarına davam edirlər?
Əqrəb
Əqrəb bürcü incinəndə ilk reaksiyası unutmaq deyil, baş verənləri anlamağa çalışmaqdır. Kimin nə etdiyini, niyə etdiyini və özünün harada səhv etdiyini uzun-uzadı düşünə bilər. Lakin müəyyən bir nöqtədə qarşısındakı insanın əsl üzünü gördüyünə inanarsa, artıq həmin şəxsi həyatında saxlamaq üçün səy göstərməyi dayandırır. Onu güclü edən əsas xüsusiyyət də məhz budur: Bir vaxtlar çox dəyər verdiyi insana qarşı belə emosional qapısını tamamilə bağlaya bilər.
Üstəlik, Əqrəbin susqunluğu çox vaxt yanlış başa düşülür. Kənardan baxanda heç nə olmamış kimi görünür və bu, onun üzülmədiyini düşünməyimizə səbəb olur. Halbuki Əqrəb geri qayıtmaq, hesab soruşmaq və ya özünü yenidən qəbul etdirmək əvəzinə enerjisini özünə yönəldir. Beləcə, nə olursa-olsun həyatını dayandırmadan yoluna davam edir!
Oxatan
Oxatan üçün həyat davam edərkən bir kədərin içində ilişib qalmaq olduqca yorucudur. Münasibəti bitmiş, dostluğu pozulmuş və ya gözlədiyi bir şey baş verməmiş ola bilər. Əylənməyə davam etsə də, əlbəttə ki, üzülür. Ancaq bir müddət sonra özünü çölə atmaq, dostları ilə görüşmək, yeni bir plan qurmaq və ya əvvəllər heç sınamadığı bir şeyin ardınca getmək ona daha yaxşı təsir edir. Diqqətini yenidən həyata yönəltməyi yaxşı bacarır!
Onu fərqləndirən isə keçmişə qayıdıb “Harada səhv etdim?” sualına sonsuza qədər ilişib qalmamasıdır. Oxatan yaşananları dəyişə bilməyəcəyini düşündüyü anda qəbul etməyə yönəlir. Məhz buna görə vaxtilə çox sevdiyi biri artıq həyatında olmaya bilər, amma bu vəziyyət onun yeni macəralara yönəlməsinə heç vaxt mane olmur!
Oğlaq
Oğlaq bürcü incinəndə hisslərini hər kəsin qarşısında yaşamağı sevmir! Xüsusilə güclü görünməyə alışdığı üçün yaşadığı məyusluğu çox vaxt öz daxilində həll etməyə çalışır. Bir müddət daha sakit, məsafəli və ya özünə qapalı ola bilər. Lakin həyatındakı nizamı yenidən qurmağa başladıqda, emosional baxımdan nə qədər çətinlik çəksə də, işinə, məqsədlərinə və öz planlarına qayıtmağı bacarır.
Oğlaq üçün ən vacib məqamlardan biri yaşadığı hadisənin gələcəyini müəyyən etməsinə icazə verməməsidir. Kiminsə onu yarı yolda qoyması öz yolundan vaz keçməsi üçün kifayət qədər səbəb deyil. Hətta bəzən ən böyük toparlanmasını heç kimə demədən həyata keçirir. Siz “Heç üzülmədi?” deyə düşünərkən bir gün görürsünüz ki, o, ağrısından güc alaraq çoxdan yeni bir məqsəd müəyyənləşdirib və həyatını yenidən qurmağa başlayıb!
Dolça
Dolça bürcü incinəndə ən diqqətçəkən xüsusiyyəti emosional olaraq özünü tamamilə bir insana həsr etməməsidir. Sevdiyi insanlara dəyər verir, amma eyni zamanda öz dünyasını, dostluqlarını, maraq dairələrini və azadlığını da qoruyur. Buna görə də münasibət və ya dostluq bitəndə həyatının bütün hissələri eyni anda dağılmır. Bir müddət əhvalı pozulsa belə, özünə aid sahələrə qayıdaraq toparlana bilir.
Üstəlik, Dolça eyni məyusluğu ikinci dəfə yaşamamaq üçün sərhədlərini olduqca aydın müəyyənləşdirir! Qarşısındakı insanı bağışlasa belə, əvvəlki yaxınlığı davam etdirmək məcburiyyətində olmadığını düşünür. Onun üçün bəzi ayrılıqlar böyük dramdan çox, həyatındakı tarazlığın yenidən qurulması deməkdir. Küskünlüyünü tamamilə unutmasa belə, xoşbəxt olacağı yerə getməyi çox yaxşı bacarır!
Leyla
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Avqust 2026 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri