Icma.az
close
up
RU
Üzümün insan orqanizminə hansı faydaları var?

Üzümün insan orqanizminə hansı faydaları var?

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Gəncə, 21 avqust, AZƏRTAC

Yay mövsümünün sonlarında yetişən və süfrələrimizin ən çox istifadə olunan nemətlərindən biri - üzüm zəngin vitamin, mineral və antioksidant tərkibi ilə sağlam qidalanmada mühüm yer tutur. Müxtəlif sortları ilə seçilən üzüm orqanizmin enerji tələbatının ödənilməsinə, ürək-damar sisteminin fəaliyyətinin dəstəklənməsinə və həzm prosesinin yaxşılaşdırılmasına kömək edən faydalı qida mənbəyidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva üzümün insan sağlamlığı üçün faydalarından danışarkən deyib.

Mütəxəssisin sözlərinə görə, üzümün tərkibində C və K vitaminləri, kalium, mis, müxtəlif mineral maddələr, təbii şəkərlər və pəhriz lifləri ilə yanaşı, orqanizm üçün faydalı bioloji aktiv maddələr də var. Xüsusilə tünd rəngli üzüm sortlarında antioksidant xüsusiyyətə malik polifenolların miqdarı daha yüksəkdir.

“Üzümün tərkibindəki polifenollar və digər antioksidant birləşmələr hüceyrələrin sərbəst radikalların zərərli təsirindən qorunmasına kömək edir. Bu maddələr orqanizmdə oksidləşdirici stressin azalmasında, ürək-damar sisteminin normal fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır. Üzümün tərkibindəki kalium isə ürəyin funksiyalarını tənzimləməyə töhfə verir”, – deyə Sevil Abduləliyeva bildirib.

Dosent qeyd edib ki, üzüm təbii karbohidratlarla zəngin olduğundan orqanizm tərəfindən tez qəbul olunan enerji mənbəyidir. Meyvənin tərkibindəki su və pəhriz lifləri isə həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Lakin üzümün faydalı xüsusiyyətlərindən yararlanmaq üçün onun gündəlik qəbul miqdarına diqqət yetirmək lazımdır. Çünki bu giləmeyvədəki təbii şəkərin miqdarı digər bəzi meyvələrlə müqayisədə daha yüksəkdir.

Mütəxəssis vurğulayıb ki, üzümün faydalarından maksimum yararlanmaq üçün onu mövsümündə və təzə halda istehlak etmək daha məqsədəuyğundur: “Meyvəni qəbul etməzdən əvvəl bol axar su altında yaxşı yumaq, zədələnmiş və xarab olmuş gilələri ayırmaq vacibdir. Üzümün uzun müddət otaq temperaturunda saxlanılması onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Buna görə də meyvənin sərin şəraitdə və saxlama qaydalarına əməl olunmaqla qorunması tövsiyə edilir”.

S.Abduləliyeva əlavə edib ki, üzümdən müxtəlif qida məhsullarının hazırlanmasında, o cümlədən kişmiş, şirə və digər ənənəvi nemətlərin istehsalında geniş istifadə olunur. Bununla belə, üzüm şirəsi və xüsusilə qurudulmuş üzüm təzəyə nisbətən daha konsentrasiyalı şəkər ehtiva etdiyindən onların istehlakında da ölçülü olmaq vacibdir.

Sağlam və balanslı qidalanmada mövsümi meyvə və giləmeyvələrə üstünlük verilməsi orqanizmin müxtəlif qida maddələri ilə təmin olunmasına imkan yaradır. Üzüm də düzgün miqdarda qəbul edildikdə gündəlik rasionun faydalı və dadlı komponentinə çevrilir.

Müxbir - Elcan Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri