Icma.az
close
up
RU
Uzun müddət sonra Cabir İmanovun mərasimində göründü, lakin… Sərt sözlər

Uzun müddət sonra Cabir İmanovun mərasimində göründü, lakin… Sərt sözlər

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun uzun müddət sonra ilk dəfə əməkdar artist Cabir İmanovun vida mərasimində görünməsi diqqət çəkib. Onun ictimaiyyət qarşısına nadir hallarda çıxması birmənalı qarşılanmır. Belə ki, B.Səfərov 2009-cu ildən bu vəzifəni icra edir və Şuşanın azad olunmasından sonra onun postunu tərk edəcəyi ilə bağlı xəbərlər yayılsa da, hələ də icra başçısı kimi fəaliyyətini davam etdirir.

Şuşa kimi strateji və mədəni əhəmiyyət daşıyan bir şəhərin icra başçısının bu qədər passiv və görünməz qalması nə ilə izah olunur? Niyə onun işi ictimaiyyətin diqqətindən yayınır?

Globalinfo.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Bayram Səfərovun Şuşaya aidiyyəti yoxdur:

“Biz dəfələrlə Şuşaya səfər etmişik və orada genişmiqyaslı quruculuq işlərinin aparıldığının şahidi olmuşuq. Bu işlərdə Bayram Səfərovun hər hansı xidməti olmayıb. O, ümumiyyətlə, Şuşaya buraxılmır. Bəzən müəyyən şəxslərə arxalanaraq, onların adlarını hallandırır. Bu isə həm yersizdir, həm də ictimaiyyətə xoş gəlmir. Düşünürəm ki, belə şəxslər artıq anlamalıdırlar ki, zaman keçib, dövran dəyişib və artıq səhnədən getməyin vaxtıdır”.

Hafiz Hacıyev

H.Hacıyev qeyd edib ki, Bayram Səfərov könüllü şəkildə vəzifədən ayrılmalıdır:

“İctimai dəstək toplamaq üçün müxtəlif jestlər etsə də, artıq gecdir. Reallıq budur ki, Şuşa ilə bağlı fəaliyyəti yoxdur və ora getmək imkanından məhrum edilib. Deyilənə görə, vəzifədə olduğu dövrdə külli miqdarda vəsait toplanıb, dövlət əmlakı mənimsənilib.

Düşünürəm ki, bu tip şəxslər artıq tarixə qarışmalıdır. Yeni dövrdə köhnə düşüncəli insanlarla davam etmək mümkün deyil. Təkcə Bayram Səfərov deyil, bu dövlətdə hələ də vəzifə tutan bəzi şəxslər cəmiyyətin etimadını itirib və onların hakimiyyətdə təmsil olunması cəmiyyətdə narazılıq yaradır.

Bayram müəllim heç kimdən inciməsin. Sadəcə, artıq gedib istirahət etməlidir. Onsuz da topladıqları bir nəsil boyunca kifayət edəcək qədər çoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri