Icma.az
close
up
RU
Uzun müddətdir ki, Neftçinin Nikolas Kanales kimi hücumçusu yoxdur MÜSAHİBƏ

Uzun müddətdir ki, Neftçinin Nikolas Kanales kimi hücumçusu yoxdur MÜSAHİBƏ

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Neftçi"nin yarımmüdafiəçisi Erik Fabian Ramos Sportal.az saytına müsahibə verib.

- "Neftçi"nin Premyer Liqadakı durumunu necə şərh edərdin? Yəqin ki, komandanın hansı pillədə olduğunu görmüsən...

- Yayda Roman Qriqorçukun gəlişindən sonra, yeni transferlərlə yanaşı “Neftçi”dən daha yaxşı nəticə göstərəcəyini gözləyirdim. Turnir cədvəlində üst pillələr gözləyirdim. Amma “Neftçi” hazırda 8-ci pillədədir. Bu isə komanda üçün mövsümün ilk hissəsnin yaxşı keçmədiyini göstərir. 

- "Neftçi"dəki futbolçular komandanı uğurlu nəticələrə apara bilər?

- Yaxşı nəticə yoxdursa, komanda 8-ci pillədə qərarlaşıbsa, demək ki, uğursuzluqdur. “Neftçi” ölkənin ən yaxşı büdcələrindən birinə sahib klubdur. Lakin onlar bir neçə ildir ki, eyni hekayə ilə davam edir. Yeni oyunçular transfer edirlər və mövsümün ilk hissəsində heyətdə, oyunçularda və məşqçilərdə çox qeyri-sabit olan oyunçularla müqavilələri pozmağa başlayırlar. Qeyri-sabit heyət var, nəsə səhv gedir.

- Samir Abasov “Neftçi”ni uğursuzluqdan çıxaraq zirvəyə aparacağına inanırsan? 

- Samir Abasov ilk növbədə heyəti gücləndirməli və hazırlığı yaxşı keçməlidir. Liqaya qayıtmaq üçün vaxtın olub-olmadığını bilmirəm. Amma kubok da var. “Neftçi” üçün əsas məqsəd bu il kuboku qazanmaq olmalıdır.

- “Neftçi”nin hazırkı heyətindən daha çox futbolçu göndərilməlidir? 

- Yeni oyunçulardan çox da xəbərim yoxdur. Amma turnirdə yaxşı səviyyədə oynayan, 3-4 yaxşı oyun yaxşı oynayıb, daha sonra səviyyəsini çox aşağı salır. Stabil oyunçular görmürəm. Bu isə düzgün deyil. “Neftçi” kimi böyük komandanın bombardiri olmalıdır. Uzun müddətdir ki, “Neftçi”nin Nikolas Kanales kimi hücumçusu yoxdur. İldə 20-25 qol komanda üçün əsas oynamış olardı.

- “Neftçi”də Emin Mahmudov və Ramil Şeydayev kimi millinin aparıcı üzvləri də var...

- Uzun illər bir klubda oynayanda, nəticələr yaxşı olmayanda bu, şəxsi təzyiqdir. "Neftçi"də olduğum son 2 ildə də mən eyni vəziyyətlə qarşılaşmışdım. Heyətdə ən yaşlı mən idim, 2 kubok finalında uduzmuşduq. Bu da acı hissdir, tam uğursuzluqdur. Məncə Emin və Ramilin başına da eynisi gəlir. Onlar komandanın liderləridir və nəticələr gözlənilən kimi deyil. Amma əvvəl dediyim kimi, bu il kuboku qazanmaq və çempionatdakı uğursuzluğu unutdurmaq olar. 

- “Neftçi”nin bu mövsüm çempionluq və titul mübarizəsi artıq arxada qalıb. Sizcə, komanda mübarizəyə qoşula biləcək?

- Premyer Liqada nəsə etmək çox çətindir. Qalib gəlmək demək olar ki, mümkünsüzdür. Çox güclü və yaxşı mövqedə olan “Qarabağ”dır. Amma məqsəd turnir cədvəlində yüksəlmək və kuboku qazanmaq olardı.

- Yeri gəlmişkən, yeni mövsümdən Azərbaycan Premyer Liqasında böyük ehtimalla legioner limiti ləğv olunacaq. Bunun Azərbaycan futboluna mənfi və müsbət tərəfləri hansılardır?

- Uzunmüddətli proses olmalıdır. Müsbət və mənfi cəhətləri var, liqanın reqlamenti dəyişdirildikdə normaldır, çempionatın səviyyəsi aşağı düşəcək, amma yerli oyunçulara daha çox imkanlar veriləcək. Burada, Paraqvayda cəmi 3 əcnəbiyə icazə verirlər və çempionat çox çətin keçməyə davam edir. Bu, hörmət edilməli prosesdir və yerli oyunçular da milli komandaya çağırılmaq və xaricə oynamaq üçün imkanlarından istifadə etməlidirlər.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Yanvar 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri