Icma.az
close
up
RU
“Üzünə tüpürməliydi?” Xalq artisti Samirənin müdafiəsinə qalxdı

“Üzünə tüpürməliydi?” Xalq artisti Samirənin müdafiəsinə qalxdı

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Bu məsələnin özü də bir siyasətdir. Hazırda barış istiqamətində bir çox addımlar atılır. Onlara da bir siqnal verilib ki, yerinə yetirsinlər. Samirə gedib onu nə öpüb, nə də başqa bir hərəkət edib”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında müğənni, Xalq artisti Mübariz Tağıyev deyib.

O bildirib ki, əgər Ermənistan nümayəndəsi Azərbaycan təmsilçisinə qarşı eyni hərəkəti etsəydi, reaksiyalar tamamilə başqa cür olardı:

“Samirə orada səhv bir şey etməyib. Mənə elə gəlir ki, bu bir ssenaridir. Münsiflər də, iştirakçılar da ona uyğun hərəkət edir. Bu gün guya barışıq haqqında söhbətlər gedir. Sonunun da nə olacağını heç kim bilmir. Eləyib, eləyib. Özü bilər. Nə etməli idi axı? Üzünə tüpürməli idi? Bundan əlavə yarış ərəfəsində münsiflər öz aralarında da iştirakçılar haqqında müzakirələr aparırlar. Yəqin ki, onların da arasında bizim bilmədiyimiz bəzi söhbətlər olub. Eyni rəftarı erməni münsiflər bizə qarşı etsəydi, buna nə reaksiya veriləcəkdi? Deyəcəkdik ki, öz erməniliklərini göstərdilər. Yəqin, yaxşı oxuyub, Samirə də ona xal verib. Samirə artıq-əskik nəsə hərəkət etsəydi, müdafiəsinə qalxmazdım. Görünən odur ki, etdiyi tək şey ifaçıya yüksək xal verməkdir. Bu məsələyə başqa don geyindirməyə ehtiyac yoxdur. Bəzi insanlar boş müzakirələri sevir”.

Xalq artisti söyləyib ki, bu qərarı Samirə özü verməyib:

“Mən özüm şəxsən o millətə nifrət edirəm. Çünki mənim yaxın və əziz bildiyim insanları öldürüblər. Çoxlu itkilərimiz olub. Bir millət olaraq da ağır hadisələr yaşamışıq. Lakin hər şeyə reaksiya vermək lazım deyil. Bu qərarı da Samirə təkbaşına verməyib. Bütün bu məqamları nəzərə almaq vacibdir. Tövsiyyə edirəm ki, bütün məsələləri göz önünə gətirib, sonra müzakirəyə çıxarsınlar”.

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsif qismində müğənni Samirə Əfəndi təmsil edirdi. Onun Ermənistan iştirakçısı Saro Gevorkyana maksimal 12 bal verməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Nəticələr elan olunarkən Samirə Əfəndinin Gevorkyanı səhnədə qucaqlaması isə müzakirələrin daha da qızışmasına gətirib çıxarıb.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Noyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri