Icma.az
close
up
RU
Uzunmüddətli və dərin strateji tərəfdaşlığın əsası

Uzunmüddətli və dərin strateji tərəfdaşlığın əsası

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gündüz Bayramov,

YAP Samux rayon təşkilatının sədr

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən uğurlu istiqamətlərindən biri ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, bütün dünyada Azərbaycanın dostlarının sayının artmasıdır. Müasir dövrümüzün reallıqları dövlətlər qarşısında özünütəcridi deyil , əksinə, fəal əməkdaşlıq, xoş münasibətlər,sıx əlaqələrin qurulması zərurətini aktuallaşdırır.Azərbaycan qlobal dünyamızın reallıqlarına ən adekvat şəkildə davranan dövlətlərdəndir. Respublikamızın uzun illər ərzində beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaş imici, başqa dövlətlərin Azərbaycana və şəxsən ölkəmizin rəhbərinə yüksək inamı xarici əlaqələrdə mövqeyimizi gücləndirir. Ona gərə də  bu gün ölkəmizlə əlaqələri inkişaf etdirmək istəyən dövlətlərin sayı artmaqdadır.

Fevralın 11-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ölkəmizə səfərə gəldi. Bu, münasibətlərimiz tarixində ilk rəsmi səfər olduğundan qarşılıqlı əlaqələrimizin inkişaf etdirilməsi yolunda xüsusi önəmə malikdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu. Belə ki, fevralın 12-də Bakıda Azərbaycan və Somali arasında yalnız siyasi və iqtisadi deyil, həm də təhsil, müdafiə və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək sahələrini əhatə edərək iki ölkənin münasibətlərini daha da möhkəmləndirməyi hədəfləyən sənədlər imzalandı.

Bu kontekstdə Azərbaycan və Somali arasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” yeni imkanlar açaraq, strateji tərəfdaşlıq üçün geniş perspektivlər vəd edir. Azərbaycan və Somali arasında diplomatik münasibətlər son illərdə inkişaf etsə də, təhsil sahəsində əməkdaşlıq geniş miqyas almamışdır. Bunun əsas səbəblərindən biri Somalinin siyasi və iqtisadi vəziyyətinin qeyri-sabit olmasıdır. Lakin Azərbaycan hökuməti təhsil sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyindən, Somali ilə bu sahədə əlaqələrin genişləndirilməsi prioritetlərdən birinə çevrilib. Hazırda bir sıra Somali vətəndaşları Azərbaycanın ali təhsil müəssisələrində təhsil alır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən təhsil proqramları, xüsusilə xarici tələbələr üçün ayrılmış təqaüdlər Somali vətəndaşlarının Azərbaycanda ali təhsil almasına imkan yaradır.

İki ölkə arasında müdafiə sahəsində də əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.Azərbaycan artıq müdafiə sənayesində güclü potensial yaradıb və bu təcrübəsini Somaliyə ötürməyə hazırdır. Bu sahədə birgə təlimlər, müdafiə avadanlıqlarının istehsalı və təchizatı iki ölkə arasındakı strateji tərəfdaşlığın güclənməsinə xidmət edəcək.

Təhsil, iqtisadiyyat, müdafiə və dövlət xidmətləri sahələrində əməkdaşlığın genişləndirilməsi, həm Azərbaycanın, həm də Somalinin inkişafına töhfə verəcək. Bu razılaşmalar yalnız mövcud əlaqələri gücləndirməklə kifayətlənməyəcək, həm də gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacaq. Hər iki ölkənin bir-birinə verdiyi dəstək və ortaq maraqları, bu münasibətlərin uzunmüddətli və davamlı olacağını göstərir. Bu sənədlər, iki ölkə arasında uzunmüddətli və dərin strateji tərəfdaşlığın əsasını təşkil edir.

Prezident İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda qeyd olunduğu kimi, “Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimiz daha yüksək səviyyəyə qalxacaq. Əlbəttə qeyd etmək yerinə düşər ki, hazırda ikitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir”. Azərbaycanın biliyə və elmi inkişafa verdiyi önəm, Somalinin gələcək nəsillərinin daha savadlı və peşəkar yetişməsinə töhfə verə bilər. Bu, həmçinin iki ölkə arasında dostluq və diplomatik əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Fevral 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see610

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see462

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see360

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see246

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see242

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see242

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see240

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see234

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see223

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see217

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see215

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see213

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see208

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see203

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see197

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see185

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see178

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see175

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see173

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri