Icma.az
close
up
RU
“Mineral sazişi”: kim, nə qzanır? “Uzunmüddətli strateji tərəfdaşlığın əsası qoyuldu...”

“Mineral sazişi”: kim, nə qzanır? “Uzunmüddətli strateji tərəfdaşlığın əsası qoyuldu...”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

“ABŞ və Ukrayna arasında imzalanan “Bərpa üzrə İnvestisiya Fondunun yaradılması haqqında saziş” ölkələr arasında iqtisadi və siyasi əlaqələri yeni mərhələyə daşıyır. Bu müqavilə, təkcə Ukraynanın bərpası üçün deyil, həm də ABŞ ilə uzunmüddətli strateji tərəfdaşlığın əsasını qoyur”.

“AzPolitika” xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli ABŞ və Ukrayna arasında imzalanmış “Mineral sazişi” adlanan sazişin əhəmiyyətini izah edərkən bildirib.

Sazişin əsas xüsusiyyətləri haqda danışan ekspert qeyd edir ki, anlaşmaya görə, Ukraynanın yeraltı və yerüstü sərvətləri, o cümlədən ərazi sularındakı ehtiyatlar tamamilə Ukrayna dövlətinin mülkiyyəti olaraq qalır: “Bu, ABŞ-ın Ukraynaya olan borcları və onların qaytarılması ilə bağlı heç bir öhdəlik daşıdığı anlamına gəlmir. Sazişin ən diqqətçəkən hissələrindən biri də ABŞ-ın və Ukraynanın Fondun idarə olunmasında 50/50 bərabər paya sahib olmasıdır.

Ukrayna hökuməti yeni sahələrin və yataqların istismarı üçün verəcəyi lisenziyalardan əldə etdiyi gəlirin 50%-ni bu Fonda köçürəcək. ABŞ isə Fonda maliyyə, hərbi yardım və texnologiya cəlb etməyi öz üzərinə götürür. Önemli bir digər məqam isə Fondun gəlirlərindən nə ABŞ-də, nə də Ukraynada vergi tutulmamasıdır”.

Bəzi ekspertlər və şərhçilər, bu sazişin ABŞ-ın Ukraynadakı iqtisadi və hərbi iştirakını artıracağını qeyd edir. Bununla belə, ABŞ tərəfinin bu razılaşmadan konkret olaraq nə əldə edəcəyinin tam olaraq aydın olmadığı vurğulanır.

Ş.Cəfərli vurğulayır ki, bu məsələnin texniki detalları, daha sonra imzalanacaq sənədlərdə müəyyən edilə bilər.

Təhlilçinin sözlərinə görə, bu anlaşma Trampın daxili auditoriyasına “Bayden dövründə verilən yardımları əvəzində nələr əldə ediləcəyi” mesajını vermək məqsədi güdür: “ABŞ şirkətlərinin müharibədən sonra Ukraynanın bərpasında daha çox pay alacağı ehtimalı da diqqət çəkir. Bu, həmçinin Putinin Rusiyasının maliyyə təzyiqlərinə qarşı ABŞ-nin strateji bir addımı kimi də qiymətləndirilə bilər”.

Şahin Cəfərli, bu sazişi Ukraynanın siyasi və strateji əhəmiyyəti baxımından xüsusi olaraq qiymətləndirir: “ABŞ-nin Ukraynanın gələcəyinə olan inamını və bu gələcəyə yatırım qoyma iradəsini göstərən bu razılaşma, həm də Rus imperiyasının hədəflədiyi Ukraynanın milli dövlətini qorumaq üçün vacib bir addımdır.

Ukraynanın bərpası, inkişafı, təhlükəsizliyi və qlobal iqtisadi strukturlara inteqrasiyasına ABŞ-nin dəstəyi sazişin əsas məqsədidir. ABŞ və Ukraynanın uzunmüddətli strateji tərəfdaşlıq barədə vurğulanan məqamlar da bu razılaşmanın Ukrayna üçün bir növ qələbə olduğunu göstərir”.

Ekspert xatırladır ki, sazişin imzalanmasının ardınca, ABŞ tərəfindən Ukraynaya 50 milyon dollar dəyərində hərbi məhsul ixracı edilməsi gözlənilir: “Bu, Tramp dövründəki ilk hərbi dəstək paketidir. Eyni zamanda, ABŞ Senatında sülhə razı olunmadığı halda, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsinə 72 senator imza atıb. Bu layihə, Rusiyadan enerji resursları alan ölkələrə 500%-lik rüsum tətbiq edilməsini nəzərdə tutur”.

Təhlilçi vurğulayır ki, ABŞ və Ukrayna arasında imzalanan bu “minerallar anlaşması” iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirir. Onun sözlərinə görə, Ukrayna üçün bu sazişin ən böyük mənası, ABŞ-ın Ukraynanın gələcəyinə olan inamıdır. Həmçinin, bu addım, Rusiyaya qarşı geosiyasi mübarizədə ABŞ - nin mövqeyinin gücləndirilməsi üçün mühüm bir strategiyadır.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri