Icma.az
close
up
RU
Uzunömürlü insanların sirri açıldı: Bu məhsullarla qidalanırlar

Uzunömürlü insanların sirri açıldı: Bu məhsullarla qidalanırlar

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Dünyanın müxtəlif ölkələrində 100 ildən çox yaşamış insanların sıx məskunlaşdığı bölgələrdə aparılan tədqiqatlar maraqlı nəticələr ortaya çıxarıb. Tədqiqatlar nəticəsində məlum olub ki, uzunömürlülüyün sirri təkcə genetika ilə bağlı deyil, daha çox həyat tərzi və qidalanma vərdişləri ilə əlaqəlidir.

Sfera.az bu araşdırmaya istinadən xəbər verir ki, bəzi insanların uzun ömür sürməsində ortaq bir qidalanma modeli var.


Uzunömürlü insanlar gündəlik rasionlarının 90 faizini bitki əsaslı qidalardan alırlar. Menyularında əsas yer tutan məhsullar arasında paxlalılar (xüsusilə lobya, mərcimək, noxud), mövsümi tərəvəzlər, meyvələr, qəhvəyi düyü və yulaf kimi tam taxıllar var.


Uzunömürlülər əti həftədə 1-2 dəfə və çox kiçik miqdarda istehlak edirlər. Əvəzində zülal tələbatı əsasən paxlalılar və qoz-fındıq kimi faydalı yağlı toxumlardan alınır.
Hazır qidalardan, "fast-food"lardan uzaq duran bu insanlar evdə bişirilmiş, az duzlu və az şəkərli yeməklərə üstünlük verirlər. Onların süfrəsində konservləşdirilmiş və işlənmiş məhsullara rast gəlinmir.


Yaponiyada 80% doyunca yemək prinsipi uzunömürlülüyə mühüm təsir göstərir. Bu qayda mədəyə artıq yük düşməsinin qarşısını alır və orqanizmi daha uzun müddət gümrah saxlayır.

Əsas yeməklər günorta saatlarında yeyilir. Axşam yeməyi isə çox yüngül olur. Gündəlik olaraq su və bitki çayları qəbul edilir. Xüsusilə yaşıl çay, dağ bitkiləri çayları və qırmızı şərab (az miqdarda) antioksidant mənbəyi kimi seçilir.

Mütəxəssislər bildirir ki, bu sadə qidalanma prinsiplərini həyatımıza daxil etməklə sağlam yaş almaq və ömrü uzatmaq mümkündür.

Fidan Hacızadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 İyul 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri