Icma.az
close
up
RU
Uzunömürlülük üçün daha önəmli olan nədir: Genlər, yoxsa həyat tərzi?

Uzunömürlülük üçün daha önəmli olan nədir: Genlər, yoxsa həyat tərzi?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsanın ömrünün uzunluğu 80 və ya 90 yaşa çatması çox vaxt onun həyat tərzindən asılıdır. Ancaq insan 100 yaş və daha çox yaşadıqda genetik faktorlar daha böyük rol oynamağa başlayır.

Qaynarinfo-nun məlumatına görə, Boston Universitetinin tibb professoru doktor Tomas Perlz "The New York Times" nəşrinə bildirib ki, insanın həyat müddəti təxminən 25% genlərdən, 75% isə ətraf mühit və həyat tərzindən asılıdır. Bununla belə, çox yaşlı insanlar arasında bu nisbət dəyişir.

Tədqiqatlar göstərir ki, insanların 80 və ya 90 yaşa çatması böyük ölçüdə onların həyat tərzindən asılıdır.

"Ümumilikdə əhali üçün sağlam həyat tərzinin ömür müddətini həqiqətən uzatdığına dair çox aydın sübutlar var", deyə Albert Eynşteyn Tibb Kollecinin tibb və genetika professoru Sofiya Milman qeyd edib.

Keçən il dərc edilmiş bir tədqiqat 276 000 kişi və qadının həyat tərzini analiz edərək müəyyən edib ki, 8 sağlam vərdişə riayət etmək insanın ömrünə 24 il əlavə edə bilər. Bu vərdişlərə aşağıdakılar daxildir:

* sağlam qidalanma,

* müntəzəm fiziki fəaliyyət,

* yaxşı yuxu rejimi,

* stressin idarə edilməsi,

* möhkəm münasibətlərin olması,

* siqaret, narkotik və spirtli içkilərdən imtina.

Məqalədə vurğulanır ki, insan yaşlandıqca, xüsusən 100 yaşına yaxınlaşdıqda, genlərin rolu daha da önəmli olur. Araşdırmalara görə, uzunömürlü insanların çoxu orta amerikalıdan daha sağlam həyat tərzinə riayət etməsələr də, daha uzun yaşayır və ürək xəstəlikləri və demensiya kimi yaşla bağlı xəstəliklərdən daha az əziyyət çəkirlər.

Bununla yanaşı, hər hansı bir geni bütün yaşlanma və xəstəliklərdən qoruyan əsas faktor kimi göstərmək mümkün deyil. Daha çox ehtimal olunur ki, bu, yüzlərlə genin birgə təsirindən ibarətdir.

Doktor Perlz bunu "loto udmaq" kimi təsvir edib - düzgün genetik dəstəyə sahib olmaq təsadüfdən asılıdır.

Albert Eynşteyn Tibb Kollecinin Yaşlanma Tədqiqatları İnstitutunun direktoru doktor Nir Barzilai isə uzunömürlülərdən sağlamlıq məsləhətləri almağı tövsiyə etmir. Onun fikrincə, bu insanlar üçün həyat tərzi digər insanlara nisbətən daha az əhəmiyyət kəsb edib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Yanvar 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri