Icma.az
close
up
RU
Uzunömürlülüyün sirri açıldı: Buna görə uzun yaşayırlar

Uzunömürlülüyün sirri açıldı: Buna görə uzun yaşayırlar

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspan qadın Mariya Branyas keçən il 117 yaşında vəfat edib. 

Onun genomunun təhlili onun bioloji yaşının rəsmi yaşından xeyli kiçik olduğunu üzə çıxarıb.

Mütəxəssislər uzun müddətdir ki, ən azı 110 yaşa qədər yaşamış insanlarla maraqlanırlar, çünki onların uzunömürlülüyünün sirri sağlam qocalmanın açarıdır.

“Cebheinfo.az” “Euronews”-a istinadən xəbər verir ki, 2024-cü ilin avqustunda ölümündən bir müddət əvvəl Mariya Branyas bir qrup ispan alimlərinə bunu başa düşməyə kömək etməyə razılıq verib. Onun 116 yaşı olanda elm adamları onun mikrobiomunu (insan orqanizmində yaşayan mikrobların toplusu) təhlil etmək üçün qan, tüpürcək, sidik və nəcis nümunələri topladılar və nəticələri eyni yaşda olan insanlarla müqayisə ediblər.

Branyasın əhəmiyyətli yaş biomarkerləri, o cümlədən hüceyrə qocalmasının göstəricisi olan qısaldılmış telomerlər, yaşla birlikdə yığılan bir çox B hüceyrəsi də var idi.Alimlər, həmçinin klonal hematopoezi müşahidə ediblər, burada hematopoetik kök hüceyrələrin yaşlı insanlara xas olan eyni mutasiyaya malik qan hüceyrələri əmələ gətirir.

Eyni zamanda, Branyasın bədənində aşağı səviyyədə iltihab, "cavanlaşmış" bağırsaq və təəccüblü dərəcədə gənc epigenom olub.Tədqiqatçılar Branyası "müstəsna fərd" adlandırıblar və onun genetik kodunda onu ürək xəstəlikləri, diabet və neyrodegenerasiya, xüsusən də Alzheimer və Parkinson kimi ümumi sağlamlıq problemlərindən qoruyan qeyri-adi variasiyaların olduğunu qeyd ediblər.

Tədqiqatçıların Cell Reports “Medicine” jurnalında dərc olunmuş məqalələrində vurğuladığı kimi, onların nəticələri sağlam həyat tərzinin biomarkerlərini və ömrün uzadılması üçün potensial strategiyaları müəyyən edən “insan qocalmasının biologiyasına yeni bir perspektiv” təklif edir.

Branyasın genetikası onun uzunömürlülüyündə əhəmiyyətli rol oynasa da, tədqiqatçılar buna baxmayaraq, onun 117 yaşına çatmasına onun hansı vərdişləri və həyat tərzi faktorlarından təsir etdiyini müəyyən etməyə çalışıblar.

O, gündə üç yoqurt yeyib. Alimlərin fikrincə, bu, bağırsaq sağlamlığına və çəkisinin saxlanmasına töhfə verə bilər. Qadın Aralıq dənizi pəhrizinə və sağlam yuxu vərdişlərinə riayət edib, fiziki cəhətdən aktiv qalıb və ümumiyyətlə, yaxşı psixi sağlamlığı olub.

Branyas həm də aktiv ictimai həyat sürüb və mütamadi olaraq oxumaq, pianoda ifa etmək və bağçılıq kimi hobbilərə vaxt tapıb. 

"Nəticələrimiz göstərir ki, qocalma və xəstəlik müəyyən şərtlər altında ayrılmaz şəkildə bağlı deyil", - tədqiqatçılar vurğulayırlar. Bu, geniş yayılmış inanca qarşı çıxmaqdır.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Uzunömürlülük sirr

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri