“Vahid geyim şagirdləri daha çox təhsilə yönəldir” Rejissor
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
“Vahid geyim forması zaman-zaman gündəmə gələn məsələdir və bir çox ölkələrdə tətbiq olunub, müsbət nəticələr də verib. Əlbəttə ki, bu, şagirdləri daha çox təhsilə yönəltmək üçün amillərdən biridir. Niyə? Çünki şagirdlər forma və geyim haqqında daha az düşünür, diqqətlərini daha çox təhsilə və elm öyrənməyə yönəldirlər. Bu baxımdan, əlbəttə ki, onun müsbət cəhətləri var”.
Bu sözləri Redaktor.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev bildirdi.
Onun sözlərinə görə, forma şagirdlərin təhsil alması və düzgün formalaşması üçün vacib amillərdən biridir:
“Formanın insanın həyat tərzinə və psixologiyasına təsiri var. Bu baxımdan, məsələyə bir qədər ciddi və düşünülmüş şəkildə yanaşmaq lazımdır. Mən düşünürəm ki, insanın müəyyən yaşda sərbəst qərar vermək və müstəqil düşünmək imkanı yarana bilər və həmin mərhələdə bəzi qərarlar qəbul edə bilər. Amma bütün hallarda, mənə elə gəlir ki, hər bir məkanın, hər bir auditoriyanın özünəməxsus geyim qaydaları və etikası var. Bu qaydalara riayət etmək bir çox məsələlərdə müsbət təsir göstərə bilər. Bu baxımdan, düşünürəm ki, vahid geyim forması şagirdlərə daha çox təhsilə yönəlmək imkanı yaradır”.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 12 Oktyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















