Icma.az
close
up
RU
İki qardaş ölkə vahid strateji baxış ŞƏRH

İki qardaş ölkə vahid strateji baxış ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı inkişaf səviyyəsini, iki ölkə arasında formalaşmış strateji müttəfiqliyin mahiyyətini, Azərbaycan–Mərkəzi Asiya əlaqələrinin perspektivlərini və Türk dünyasının qarşısında duran mühüm vəzifələri əhatə edən mühüm siyasi məzmunlu çıxışdır. Müsahibənin Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri ərəfəsində verilməsi onun siyasi aktuallığını daha da artırır. Dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq qarşılıqlı etimad, strateji maraqlar, ortaq tarix və mədəni dəyərlər əsasında qurulan müttəfiqlik səviyyəsinə yüksəlib.

Son illərdə Azərbaycan–Özbəkistan münasibətləri yüksək siyasi dinamika ilə inkişaf edib. Dövlət başçıları arasında müntəzəm görüşlər, qarşılıqlı səfərlər və aparılan siyasi dialoq əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin yaradılması ilə bağlı imzalanmış mühüm sənədlər iki ölkə arasında siyasi-hüquqi bazanın daha da genişləndirilməsinə imkan verib. Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətləri dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında xarakterizə etməsi də iki ölkə rəhbərləri arasında yüksək səviyyəli siyasi etimadın mövcudluğunu göstərir.

Müsahibədə iqtisadi əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilməsi də mühüm əhəmiyyət daşıyır. Son illərdə qarşılıqlı ticarət dövriyyəsinin artması, Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi və birgə müəssisələrin fəaliyyətə başlaması siyasi münasibətlərin konkret iqtisadi nəticələrlə tamamlandığını göstərir. Füzuli rayonunda Özbəkistanın iştirakı ilə həyata keçirilən layihələr, avtomobil və avtobus istehsalı sahəsində əməkdaşlıq bu tərəfdaşlığın praktik nəticələrindəndir. Füzulidə yaradılmış “Dostluq bağı” isə iki qardaş xalq arasında münasibətlərin simvolik ifadəsi olmaqla yanaşı, Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyin nümunəsidir.

Enerji əməkdaşlığı da Azərbaycan–Özbəkistan münasibətlərinin strateji istiqamətlərindən biridir. Ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, son dövrdə bərpaolunan enerji və “yaşıl enerji” sahəsində yeni layihələrin gündəmə gəlməsi iki ölkənin əməkdaşlıq gündəliyinin müasir çağırışlara uyğun şəkildə genişləndiyini göstərir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında enerji sahəsində yaradılan əməkdaşlıq mexanizmləri Mərkəzi Asiyanın enerji potensialının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması baxımından yeni imkanlar yaradır. Azərbaycanın Xəzər dənizindəki enerji potensialı və Avropa ilə Mərkəzi Asiya arasında yerləşməsi ölkəmizin bu prosesdə strateji rolunu artırır.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da müsahibədə diqqət çəkən mühüm istiqamətlərdəndir. Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən mühüm nəqliyyat qovşağı, Özbəkistan isə Mərkəzi Asiyanın əsas tranzit mərkəzlərindən biri kimi çıxış edir. Bu baxımdan Orta Dəhlizin inkişafı Azərbaycan və Özbəkistan üçün böyük strateji əhəmiyyət daşıyır. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və digər regional nəqliyyat marşrutları ilə əlaqələndirilməsi Asiya ilə Avropa arasında ticarət və tranzit əlaqələrinin genişləndirilməsinə imkan verə bilər.

Müsahibənin mühüm siyasi mesajlarından biri Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yeni mərhələyə keçməsi ilə bağlıdır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirak etməsi ölkəmizin regionda artan siyasi, iqtisadi və diplomatik rolunun göstəricisidir. Bu addım Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud əlaqələrin daha geniş regional əməkdaşlıq formatına keçməsinə şərait yaradır. Xəzər dənizi isə bu münasibətlərdə ayırıcı deyil, əksinə, nəqliyyat, enerji, ticarət və humanitar əlaqələrin inkişafına xidmət edən mühüm birləşdirici məkan kimi çıxış edir.

Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri də Türk dünyasının birliyinin və inteqrasiyasının möhkəmləndirilməsidir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəaliyyətində fəal iştirak edir və təşkilat daxilində siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verir. Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər Azərbaycan və Özbəkistanı bir-birinə yaxınlaşdıran əsas amillərdir. Türk dövlətləri arasında əlaqələrin inkişafı bütövlükdə Türk dünyasının beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsinə xidmət edir.

İki ölkə arasında humanitar və mədəni əlaqələrin inkişafı da dövlətlərarası münasibətlərin möhkəm sosial əsasını təşkil edir. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, təhsil və elm sahəsində əməkdaşlıq, media və vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsi xalqlarımızın bir-birini daha yaxından tanımasına və ortaq dəyərlərin təbliğinə imkan yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri yalnız dövlət və hökumət səviyyəsində deyil, xalqlar arasında da genişlənən və dərinləşən münasibətlərdir.

Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı isə iki ölkə arasındakı həmrəyliyin mühüm nümunəsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi, “Dostluq bağı”nın salınması və digər layihələr qardaş Özbəkistanın Azərbaycanın quruculuq prosesinə verdiyi dəstəyin konkret ifadəsidir. Bu layihələr Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız iqtisadi və siyasi maraqlara deyil, həm də qarşılıqlı mənəvi dəstəyə və qardaşlıq prinsiplərinə əsaslandığını göstərir.

Ümumilikdə, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyini və bu əlaqələrin artıq ikitərəfli çərçivədən kənara çıxaraq Mərkəzi Asiya, Cənubi Qafqaz və Türk dünyasında gedən proseslərə təsir göstərən mühüm amilə çevrildiyini nümayiş etdirir. Müsahibədə siyasi etimad, iqtisadi əməkdaşlıq, investisiya, nəqliyyat və enerji layihələri, humanitar əlaqələr, regional inteqrasiya və Türk dünyasının birliyi kimi əsas istiqamətlər ön plana çəkilir. Bu yanaşma Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya istiqamətinin getdikcə daha mühüm yer tutduğunu və Özbəkistanın bu siyasətdə xüsusi tərəfdaşlardan biri olduğunu göstərir.

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin keçmişin ortaq tarixi və mədəni irsinə əsaslanmaqla yanaşı, müasir dövrün siyasi və iqtisadi reallıqları əsasında yeni məzmun qazandığını göstərir. İki ölkə arasında mövcud yüksək səviyyəli siyasi etimad, artan iqtisadi əlaqələr, nəqliyyat və enerji layihələri, humanitar əməkdaşlıq və Türk dünyasının birliyinə dair ortaq baxış gələcəkdə münasibətlərin daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır. Bu baxımdan Azərbaycan–Özbəkistan müttəfiqliyi yalnız iki dövlətin münasibətlərinin inkişafına deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin genişlənməsinə, regional sabitliyin və iqtisadi əməkdaşlığın güclənməsinə mühüm töhfə verən strateji amil kimi qiymətləndirilə bilər.

Kamran Quliyev

YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə

ərazi partiya təşkilatının sədr müavini.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri