Icma.az
close
up
RU
“Vahid pəncərə” yeniliyi DGK sədri planları açıqladı

“Vahid pəncərə” yeniliyi DGK sədri planları açıqladı

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Şübhəsiz ki, ilk növbədə Türk dövlətləri ilə gömrük sahəsindəki əlaqələrimiz möhkəmlənir və bu proses getdikcə daha da güclənir. Türk dövlətləri arasındakı münasibətlər ölkələrarası ticarət dövriyyəsinin artmasına təkan verir, xüsusilə bu dövlətlərin Orta Dəhliz boyunca yerləşməsi buna əsas səbəb kimi çıxış edir. Burada bizə düşən məsuliyyət məhz fəal iş aparmaqdan ibarətdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov “Report” və İTV-yə birgə müsahibəsində deyib.

“Sadələşdirilmiş gömrük dəhlizinin həyata keçirilməsi üçün tədqiqatlarımız və müvafiq çalışmalarımız mövcuddur. Türkiyə Respublikası ilə bu sahədə birgə iş aparırıq. Özbəkistan, Qazaxıstan və Qırğızıstanla ilkin məlumat mübadiləsi istiqamətində fəaliyyət göstəririk. Əsas hədəfimiz burada “Vahid pəncərə” sisteminin işlənib hazırlanması və onun tətbiqinin təmin olunmasıdır. Bu kontekstdə bir məqamı nəzərinizə çatdırmaq istərdim.

DGK Ümumdünya Gömrük Təşkilatı çərçivəsində olduqca fəal mövqe nümayiş etdirir. Biz ÜGT-nin Siyasi Komissiyasının üzvüyük. Orada bilavasitə gömrüklə əlaqəli olan siyasi idarəetmə məsələləri üzrə də öz mövqeyimizi ortaya qoyuruq. Burada vurğulamaq istəyirəm ki, ölkəmizin nüfuzu və inkişafı nəzərə alınaraq, məhz dövlətimizin tövsiyələri əsasında Gömrük Əməkdaşlıq Fondu yaradılıb və bu imkanlar hesabına gələcəkdə ölkələrdə “Vahid pəncərə” sisteminin formalaşması üçün məlumat mübadiləsinin aparılması, məlumatların keyfiyyətinin yüksəldilməsi, əvvəlcədən məlumatların əldə olunması və nəhayət, “Vahid pəncərə” sisteminin tətbiqi nəzərdə tutulur”, - deyə o əlavə edib.

Şahin Bağırovun sözlərinə görə, bu prosesin nə vaxt tam başa çatacağını hazırda dəqiq söyləmək mümkün deyil:

“Çünki burada həm texniki, həm hüquqi, həm də digər prosedur məsələlərinin həll edilməsi tələb olunur. Biz bunu plan şəklində müəyyənləşdirmişik və özümüzə hədəf qoymuşuq. Türk dövlətlərinin digər üzvləri də bu məsələyə böyük maraq göstərirlər. Biz çalışacağıq ki, bu məsələni həll edək və “Vahid pəncərə” sistemi vasitəsilə Orta Dəhliz və Türk dövlətləri arasında unikal, dünyaya nümunə ola biləcək bir sistem formalaşdıraq. Azərbaycan bu prosesdə çox fəaldır, ən çox təşəbbüslər məhz bizim tərəfimizdən irəli sürülür və biz əminik ki, bu işi uğurla başa çatdıra biləcəyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 İyun 2026 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri