Icma.az
close
up
RU
Vahid Qədim bıçaqlanma olayından danışdı: “Bəli, belə hadisə olub...”

Vahid Qədim bıçaqlanma olayından danışdı: “Bəli, belə hadisə olub...”

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir qədər əvvəl adı cinayətdə hallanan Rusiyada yaşayan meyxanaçı Vahid Qədim Globalinfo.az-a müsahibəsində mühüm məqamlara aydınlıq gətirib.

Sözügedən müsahibəni təqdim edirik:

– Vahid bəy, bir müddət əvvəl mediada sevgilinizi bıçaqladığınıza dair xəbər yayıldı. Sonra bu xəbəri təkzib etdiniz, amma sosial şəbəkələrdə hələ də sizi cinayətdə ittiham edənlər var.

– Deyilənlər yalandır. Ağlı başında olan bir adamam, üzərimdə bıçaq, soyuq silah gəzdirmirəm. Bəli, belə bir hadisə baş verib, amma başqa formada. Xanım qısqanclıq zəminində özünə qəsd edib, bıçaqla xəsarət yetirib. İndi ona görə problem yaşayıram, nəzarətdəyəm. Hadisə zamanı polis tərəfindən dindirilmişəm. Amma həmin vaxt başqa şəhərdə olduğum sübut edildi deyə sərbəst buraxıldım. Xəbəri eşidib qayıdan kimi, məni saxlayıb dindirdilər.

– Xanım sizdən şikayətçi olub?

– Xeyr, şikayətçi olmadı. Həm də özünə qəsd edibsə, mənim nə günahım var? Xanım qısqandığı üçün bu addımı atıb. Mən nə edə bilərəm? Hazırda xəstəxanadadır, sağalmağa doğru gedir, onunla əlaqə saxlayıram.

– Yalan xəbər yayan şəxsləri məhkəməyə verməyi düşünürsünüz?

– Şikayət etməklə aram yoxdur. Ona görə də məhkəməyə müraciət etməyi düşünmürəm.

– Vahid Qədimi Rusiyaya getməyə nə vadar etdi?

– Həyatdır… Müvəqqəti gəlmişdim, sonra qalmalı oldum. Sözsüz ki, ürəyimiz Azərbaycanla döyünür, amma həyat belə gətirdi ki, burada yaşadım.

– Sizin axtarışda olduğunuz deyilir.

– Daxili İşlər Nazirliyinin keçmiş mətbuat katibi Ehsan Zahidov bu xəbəri şəxsən təkzib etmişdi. Nədənsə, barəmdə bu cür şişirdilmiş xəbərlər tez-tez yayılır. Bunun nədən irəli gəldiyini də bilmirəm. Məni dələduz kimi qələmə verirdilər. Vallah, bir əlaqə nömrəm var, ona da siz zəng etmisiniz.

– Sizcə, belə xəbərləri kim yayır?

– Bilmirəm…Bir onu deyə bilərəm ki, quru palçıq divara yapışmır. Elə xəbərlərə üzülmürəm, heç reaksiya da vermirəm.

– Neçə ildir Rusiyada yaşayırsınız?

– 10-12 ilə yaxındır artıq.

– Bu müddət ərzində Azərbaycana gəlmisiniz?

– Xeyr, qismət olmayıb. Heç illərin necə keçdiyini də bilmədim.

– Hazırda nə işlə məşğulsunuz?

– Yenə yaradıcılıqla. Mahnılar yazıram, şənliklərə qatılıram. Əlim televiziyaya çatmasa da, internet yayımları vasitəsilə ifalarımı paylaşa bilirəm, müsahibə verirəm və sair. Çörəkpulum meyxanadan çıxır. Rusiyada yaşayan azərbaycanlılar sağ olsunlar, xeyir işlərə dəvət edirlər.

– Azərbaycana gəlməyi düşünürsünüz?

– Vallah, çox istəyirəm ki, gəlim. Qismət… Gəlmək üçün çətinlik də yoxdur. Yəqin ki, gələrəm. İşlərimi qaydasına salıb, gələcəm.

– Vahid bəy, son zamanlar bəzi insanlar meyxananı inkar edirlər, qəbul etmirlər. Buna münasibətiniz necədir?

– Hər kəsin bir zövqü var. Kimi boks, kimi futbol, kimisi meyxana, kimlər isə digər musiqiləri dinləməyi sevir. Kimisə məcbur edə bilmərik ki, meyxananı sevsin. Amma yaxşı söz ustadlarımız var, yeni nəsil arasında da yetişir belələri. Baxıram, əruz üzərində yaxşı meyxana deyənlər var.

– Meyxanaçı kimi tanınanların hamısı yaxşı meyxana deyə bilirlər?

– Düzdür, meyxana deməyə çalışan, lakin deyə bilməyənlər də çoxdur. Bəzən olur ki, kimsə məcbur qalıb meyxana deyir, adam istəyir desin, ay bala, get başqa sənətlə məşğul ol. Nəsə deyəndə xətirlərinə dəyir. İstedadı olmayan, sadəcə, vaxt itirir. Dərindən maraqlansaq, bəlkə də heç kitab oxumayıblar, ədəbiyyatdan xəbərləri yoxdur. Yaxşı olar ki, istedadı olanlar bu işlə məşğul olsunlar. Meyxana ilə onu bacaranlar məşğul olmalıdır.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri