Valideyn üsyan etdi: “Oğlumu məktəbdən qovublar” VİDEO
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ucarda valideyn övladının qanunsuz şəkildə məktəbdən kənarlaşdırıldığını iddia edir.
"Yeni Sabah" xəbər verir ki, Nərmin Xəlilovanın sözlərinə görə, oğlu əvvəllər Ucar şəhər 1 nömrəli məktəbdə təhsil alıb və dərslərə davamiyyəti normal olub.
O bildirib, uşaq üzrlü səbəb olmadan dərslərdən qalmayıb, buna baxmayaraq, məktəbdən kənarlaşdırılıb. pizza sifarişi
Valideynin iddiasına görə, işlə əlaqədar bir müddət İsmayıllı rayonunda yaşamalı olub və buna görə övladını oradakı məktəblərdən birinə yerləşdirib. Lakin kirayə və digər xərclərin çox olması ucbatından yenidən Ucara qayıdıb.
N.Xəlilova deyib ki, sentyabrın 15-də oğlunun əvvəlki məktəbinə müraciət edərək onun təhsilini davam etdirməsini istəyib. Lakin məktəbdən uşağın qəbul edilməyəcəyi bildirilib. Valideyn məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət edib, lakin hələlik nəticə əldə edə bilməyib. O, aidiyyəti qurumlardan övladının təhsil hüququnun təmin olunmasını və məktəbə qaytarılmasını istəyir.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə “Xəzər Xəbər”ə bildirilib ki, səsləndirilən iddialarla bağlı idarə tərəfindən araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 06 Oktyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















