Valideynlər bir sıra səhvlərə yol verirlər Təhsil eksperti
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Müasir təhsil sistemində valideyn-məktəb əməkdaşlığı şagirdlərin akademik nailiyyətlərinin, sosial davranışlarının və şəxsiyyət kimi formalaşmasının əsas şərtlərindən biri hesab olunur. Lakin bu əməkdaşlıq düzgün qurulmadıqda, valideynlərin tədris prosesinə əsassız müdaxiləsi müəllimin fəaliyyətinə, məktəbdə intizamın qorunmasına və təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər. Hesab edirəm ki, problemin əsas mahiyyəti valideynin təhsildə iştirakında deyil, bu iştirakın sərhədlərinin və məsuliyyət çərçivəsinin düzgün müəyyən edilməməsindədir. Valideynlər bir sıra səhvlərə yol verirlər. Bunlardan ən ciddisi pedaqoji fəaliyyət haqqında kifayət qədər məlumat toplamadan və lazımi təcrübəyə malik olmadan mühakimə yürütmək, eləcə də uşağın yanında müəllimin nüfuzunu sarsıtmaqdır”.
Təhsil eksperti Rizvan Fikrətoğlu bunu 525.az-a söyləyib. Ekspert vurğulayıb ki, valideynin müəllim haqqında mənfi fikirlər səsləndirməsi, onun qərarlarını əsassız şəkildə tənqid etməsi və ya uşağın bütün problemlərində müəllimi günahlandırması istər-istəməz şagirdin təlim prosesinə münasibətinə mənfi təsir göstərə bilir: «Digər mühüm problem qiymətləndirmə prosesinə müdaxilədir. Bəzi hallarda valideynlər uşağın real bilik və bacarıqlarını deyil, yüksək qiymət almasını əsas məqsəd kimi qəbul edir, müəllimdən qiymətin dəyişdirilməsini və ya övladına xüsusi güzəştlər edilməsini tələb edirlər. Bu cür yanaşma obyektiv qiymətləndirmə prinsipini zəiflədir və şagirdlər arasında ədalətlilik hissinə xələl gətirə bilər”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 24 Noyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















