Icma.az
close
up
RU
Valideynlər tibbi müayinədən keçibmi? Psixiatr rəyi alınıbmı?” Ağdam faciəsinin sonsuz sualları

Valideynlər tibbi müayinədən keçibmi? Psixiatr rəyi alınıbmı?” Ağdam faciəsinin sonsuz sualları

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Elə insan var ki, şizofrendir, amma anlaqlı vəziyyətdədir. Bunu yalnız məhkəmə qərarına əsasən təyin edilən ekspertiza müəyyən edə bilər. Araşdırmaq lazımdır ki, Ağdamda məlum hadisə baş verən zaman həmin şəxslər anlaqlı, yoxsa anlaqsız olub”.

Bu sözləri “Yeni Sabah”a həkim-psixiatr Azad İsazadə deyib.

Onun sözlərinə görə, əqli qüsurlu insanların ailə qurması qanunla qadağan deyil: Marqarita pizza

“Aydın məsələdir ki, nikahdan əvvəl verilən analizlər və müayinələr zamanı cütlüklərin əqli problemləri olub-olmadığı üzə çıxır. Amma baxmaq lazımdır ki, Rəhimovlar cütlüyü arasında nikah nə vaxt bağlanıb. Çünki nikahdan öncə tibbi arayışların təqdim olunması yalnız son illərdə qanuniləşib. Əgər cütlük bu qanundan əvvəl ailə qurubsa, vəziyyət fərqli ola bilər.

Ümumiyyətlə, əqli qüsurlu şəxslərin nikah bağlaması qadağan deyil, sadəcə nikahdan əvvəl psixiatr rəyi mütləqdir. Çünki bu insanın gələcəkdə uşağa baxa bilib-bilməyəcəyi qiymətləndirilməlidir.

Ağdamda baş verən hadisədə uşaqlardan biri əvvəlcə dövlət tərəfindən valideynlərdən alınıb, sonra yenidən geri qaytarılıb. Bu məsələnin də araşdırılması vacibdir. Yəni valideynlər həmin proses zamanı tibbi müayinədən keçibmi, psixiatr rəyi alınıbmı, hazırda uşağa baxa biləcək vəziyyətdədirlərmi...”

A. İsazadə vurğulayıb ki, məsələnin çözülməsi yalnız diaqnozdan ibarət deyil:

“Elə insan var ki, şizofrendir, amma anlaqlı vəziyyətdədir. Bunu ancaq məhkəmənin təyin etdiyi ekspertiza müəyyən edə bilər. Əgər hadisə zamanı valideyn anlaqsız vəziyyətdə olubsa, cinayət məsuliyyətindən azad edilərək məcburi müalicəyə göndərilməlidir. Əgər anlaqlı halda olubsa, onda cinayət məsuliyyətinə cəlb olunmalıdır. O zaman cinayətin necə qiymətləndiriləcəyi uşağın aldığı zərərə görə müəyyən ediləcək.

Ekspertiza iki suala aydın cavab verməlidir: birincisi, bu insan ruhi cəhətdən sağlamdır, yoxsa xəstədir; ikincisi, cinayət törədilən zaman valideyn anlaqlı vəziyyətdə olub, yoxsa anlaqsız?

Tibbi ekspertiza həm bu suallara, həm də digər qaranlıq məqamlara aydınlıq gətirməlidir”.

Xatıraladaq ki, Ağdam rayonunun Xındırıstan kənd sakini, 2023-cü il təvəllüdlü Vəli Rəhimov (ad şərti) ağır bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda azyaşlının vəziyyəti ölümcül olaraq qiymətləndirilir. Körpəni döyən atası Sadiq Rəhimov istintaqa təhvil verilib.

2 azyaşlı övladı olan ana Sevinc Rəhimova üçüncü övladına hamilədir.

Hazırda hər iki körpə dövlətin himayəsindədir.

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Avqust 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri