Icma.az
close
up
RU
Valideynlər üçün “Bullinq nədir?” mövzusunda interaktiv təlim keçirildi FOTOLAR

Valideynlər üçün “Bullinq nədir?” mövzusunda interaktiv təlim keçirildi FOTOLAR

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Üfüq Xeyriyyə” Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” layihəsini həyata keçirir.

"Cebheinfo.az" xəbər verir ki, layihənin məqsədi bullinqə məruz qalan və məruz qalma təhlükəsi ilə üzləşən, şagird davranış qaydalarına əməl etməyən  uşaqlar arasında maarrifləndirmə işlərinin aparılması, onların psixoloji vəziyyətlərinin qiymətləndirilməsi,  öz hüquqlarını müdafiə etmələrini təmin etmək üçün hüquqi, sosial və psixoloji istiqamətlər üzrə ictimai vəkilliyin aparılmasıdır.

25 oktyabr 2025-ci il tarixində baş tutan təlimdə layihə rəhbəri Nuriyyə Abbasova çıxışında  layihənin əsas məqsədi və bullinq mövzusunun aktuallığından bəhs etmişdir. Təlim Xırdalan şəhərində yerləşən 1 saylı məktəbdə həyata keçirilmiş və 25-dən çox valideyn cəlb edilmişdir. Təlimçi Sara Ağayeva tərəfindən  “Bullinq nədir?” adlı  maarifləndirici və interaktiv təlim keçirilmiş, təlimdə bullinq haqqında ümumi məlumat verilmiş, təlim zamanı valideynlər arasında keçirilən müzakirə və rol oyunları sayəsində “Bullinqin uşaqların psixologiyasına akademik göstəricilərinə, sosial həyatlarına təsiri və valideynlərin rolu”,  “Bullinq edən uşaqların davranışları: Valideynlər üçün siqnallar” kimi mövzulardan bəhs edilmişdir.

Təlimin növbəti sessiyasında psixoloq Aytac Hətəmli bullinqə məruz qalma hallarını aşkara çıxarmaq məqsədilə məktəblilər üçün keçirdiyi “Kaktus” terapiyasında çəkilmiş rəsmlərin izahını və məktəblilərin həyatına təhlükə yarada biləcək məqamlar barədə valideynlərlə müzakirələr aparmışdır. Bu terapiyanın məqsədi uşaqların həm zoralığa, həm də bullinqə məruz qalma hallarını müəyyən etmək və valideynlərə nə etməli olduqlarını çatdırmaq olmuşdur.

Daha sonra sosial işçi Günel Baxışova və hüquqşünas Qəmərcan Xasayzadə tərəfindən 15 valideynin sosial və hüquqi qiymətləndirilməsi aparılmışdır. Eyni zamanda valideynlərlə birgə valideyn komitələrinin yaradılacağından bəhs edilmişdir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see145

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see138

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri