Icma.az
close
up
RU
Valideynlərə çağırış: Bunu məhdudlaşdırmaq əvəzinə...

Valideynlərə çağırış: Bunu məhdudlaşdırmaq əvəzinə...

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Rəqəmsal zorakılıq çağımızın mühüm probleminə çevrilir. Bu gün bir çox ailələr uşaqlarını sosial medianın mənfi təsirlərindən qorumaq üçün onlara istifadə məhdudiyyətləri qoyur. Lakin bugünkü şəraitdə sosial medianın məhdudlaşdırılması və ya qadağan edilməsi konstruktiv və faydalı həll yolu deyil".

Bunu Milli.Az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.

Onun sözlərinə görə, uşaq və gənclərin sosial mediadan istifadə etməsi haqqında maarifləndirmə aparmaq lazımdır:

"Xüsusilə 2020-ci ildə həyatımıza daxil olan pandemiya şərtləri ilə bütün dünyada sosial mediadan istifadə tezliyi artdı. Sosial mediadan ünsiyyət qurmaqla yanaşı, özünü ifadə etmək, reklam etmək, inandırmaq və təsir etmək vasitəsi kimi də istifadə olunur. Mütləqdir ki, uşaq və gənclərin sosial mediadan istifadəsinə nəzarət etmək və faydalı istifadə haqqında məlumatlar vermək lazımdır. Günümüzdə gənclərin zamanının əhəmiyyətli bir hissəsi sosial şəbəkələrdə və internetdə keçir. Buna görə də, xüsusilə emosional ehtiyaclar baxımından, gənclər burada incidilməyə və ya incinməyə həssasdırlar. Rəqəmsal zorakılıq çağımızın mühüm probleminə çevrilir. Bu gün bir çox ailələr uşaqlarını sosial medianın mənfi təsirlərindən qorumaq üçün onlara istifadə məhdudiyyətləri qoyur. Lakin bugünkü şəraitdə sosial medianın məhdudlaşdırılması və ya qadağan edilməsi konstruktiv və faydalı həll yolu deyil. Bunu məhdudlaşdırmaq əvəzinə onlara  ondan daha sağlam, səmərəli və şüurlu şəkildə istifadə etməyin yolları öyrədilməlidir. Sosial mediadan istifadənin zərərlərindən danışmazdan əvvəl onun səmərəli şəkildə istifadə edildiyi təqdirdə gənclərə verdiyi faydalardan danışsaq görərik ki, tələbələr görüntülü platformalarda dərslərini öyrənə və öz bilik və ideyalarını paylaşa bilər,müəllimləri tərəfindən sosial mediada paylaşılan canlı yayımlara daxil ola bilərlər. Bu yolla gənclər təkcə öz ətraflarından olan insanlarla deyil, həm də dünyanın müxtəlif yerlərindəki insanlarla ünsiyyət yaradırlar. Bu da onlara həm xarici dil öyrənmə baxımından həm də müxtəlif mədəniyyətlərlə tanış olma istiqamətində mühüm imkanlar yaradır. Sosial olmayan və bu səbəbdən ünsiyyət qurmaqda çətinlik çəkən insanlar da bu vasitə ilə sosial və ünsiyyətcil ola bilirlər. Onlar həmçinin öz maraq və ehtiyaclarına uyğun olaraq peşəkarların faydalı videolarını və məzmununu izləyərək faydalı məlumatlar əldə edə bilirlər".

Ekspert sosial medianın həm də bir çox gənc üçün dünya haqqında məlumat mənbəyi olduğunu deyir.

"Başqa sözlə, rəqəmsal mühitdə gənclər dünya ilə eyni vaxtda cari hadisələri, iqtisadiyyatı, siyasəti, elm və texnologiyanı izləyə bilirlər.Bir sözlə sosial media səmərəli istifadə edildiyi müddətdə gənclərimiz üçün daha faydalı bir platforma təşkil edir.Lakin bildiyimiz kimi gənclərimizi düzgün istiqamətləndirməyəcəyimiz təqdirdə sosial medianın yetəri qədər zərərləri də mövcuddur. Sosial mediadan istifadə zamanı fiziki paylaşımların olmaması fərdlərin bir-birlərinə qarşı daha mənfi ifadə və münasibət sərgiləməsinə səbəb ola bilər. İnsanlar sosial media hesablarından güc alaraq real həyatda başqalarına deyə bilmədikləri söyüş, təhdid və ya təhqiredici şərhlər, mesajlar və s. kimi mənfiləri rahatlıqla yaza bilərlər. Bu davranışları nümayiş etdirən insanlar qarşı tərəfin imicinə xələl yetirməklə yanaşı, həm də öz gələcəkləri üçün pis reputasiya yaradırlar. Hətta son zamanlar "TikTok" platformasında bir sıra gənclərin diqqət mərkəzində qalmaq üçün məhrəmiyyətləri ilə bağlı da paylaşımlarının şahidi oluruq. Daha sonra onun şəkil və videoları başqaları tərəfindən oğurlana və saxta hesablar açılaraq gələcəkdə əleyhlərinə də istifadə oluna bilər. Eyni zamanda sosial mediadan istifadə gündəlik həyatda sosial bacarıqların olmamasına səbəb olaraq, onlarda asosiallıq da yaradır", deyə o bildirib. 

Mütəxəssis əlavə edib ki, gənclərin normal ünsiyyətdən qaçması sosial mediada daha çox keçirdiyi zamana görədir. 

"Gənclər normal ünsiyyət qurmaqda da müəyyən qədər çətinlik çəkirlər. Çünki daimi ekranlara məruz qalmaq diqqətin yayınmasına və fiziki yorğunluğa səbəb ola bilir. Araşdırmalar nəticəsində məlum olur ki, gənclərin gün içində ilk və son olaraq baxdıqları onların mobil telefonlarıdır. Bu, əslində çox ciddi bir problemdir. Lakin biz sosial mediadan istifadəni tamamilə qadağan və ya tam sərbəst şəkildə öz başına buraxa bilmərik. Burada ailələrə böyük məsuliyyət düşməkdədir. Ailələr övladlarının sosial mediadan istifadəsini məqsədyönlü, məhdud və nəzarətli istifadəyə diqqət etməlidirlər. Övladlarını daha faydalı istifadə istiqamətində məlumatlandırmalıdırlar. Çünki ailələri tərəfindən nəzarət olunan gənclər daha az aslılıq göstərirlər. Valideynlərin övladlarına sosial şəbəkələrdən düzgün istifadə etməyəcəkləri təqdirdə, onun gələcəyi üçün özünə, özünü inkişaf etdirməsinə və başqalarına zərər verə biləcəyini izah etmələri zəruridir", F.Əliyev öz növbəsində valideynlərə çağırış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see555

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see431

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see337

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see326

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see302

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see295

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see258

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see241

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see206

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see202

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see193

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see191

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see189

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see188

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see186

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see178

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see177

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see176

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see170

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri