Icma.az
close
up
RU
Valideynlərə XƏBƏRDARLIQ: Uşaqlar arasında şəkər xəstələri artır Bu yanlışları etməyin...

Valideynlərə XƏBƏRDARLIQ: Uşaqlar arasında şəkər xəstələri artır Bu yanlışları etməyin...

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

Uşaqlar arasında şəkərli diabet, artıq çəki və digər sağlamlıq problemlərinin artması müasir dövrün narahatedici tendensiyalarındandır. Bu hallar əsasən qeyri-sağlam qidalanma,  fiziki aktivliyin az olması və genetik meyllərlə əlaqələndirilir. Eyni zamanda, texnologiyanın geniş yayılması uşaqların hərəkətsiz həyat tərzini təşviq edərək bu problemləri daha da dərinləşdirir. Bu məsələlərə diqqət yetirmək sağlam gələcək üçün vacibdir.

Sitat.info -ya açıqlamasında bu problemlərdən danışan dietoloq Lalə Yaqubova bildirib ki, uşaqlarda bu cür sağlamlıq problemlərinin müxtəlif səbəbi var: "Birincisi, bəzilərinin uşaqlıq dönəmi pandemiya dövrünə  düşdü və onların çox hərəkətsiz qaldı, sosiallaşa bilmədi. İkinci məsələ məktəblərdə dərslərin ağırlığı ilə bağlıdır. Uşaqların idman  getməyib, sadəcə hazırlıqlara getməsi  səbəblərə aiddir. Daha bir səbəb oxuduqları məktəblərdə  dietoloji mərkəz, ya da dietoloq nəzarəti altında işləyən yeməkxanaların olmamasıdır. Uşaqlar məktəb bufetlərində sağlam qidalardan deyil, daha çox kabrohidratlı, enerjisi yüksək olan qidalardan istifadə edirlər. Bütün bunlar ən böyük səbəblərdir”.

L. Yaqubova vurğayıb ki, valideynlərdəki yanlış məlumatlar da uşaqlarda şəkərə meylliliyi və artıq çəkini tətikləyir: "Məsələn, hesab edirlər ki, uşaqlar çoxlu yeməlidirlər, çoxlu şirin çay beyni işlədir. Valideynlərin də, nənə-babaların da şəkərli suların beyni inkişaf etdirdiyi, uşağa enerji verdiyi barədə olan məlumatlar yanlışdır. Bəli, qlükoza beyni qidalandırır. Amma əgər uşaq saf şəkər almazsa, beyni işləməyəcək? Bu yanlış məlumatdır. Biz beynin qlükozunu bəsit deyil, kompleks karbohidratlarla qarşılamalıyıq. Yəni bəsit olanlara  qənd, şəkər tozu, mürəbbə, şirniyyat, un məmulatları və digərləri aiddir. Kompleks karbohidratlara quru paxlalılar, quru noxud, lobya, tərəvəzlər, meyvələr(qabıqlı), bulqur, qarabaşaq, yulaf kimi taxıl məhsulları, qatıq- pendir, süd daxildir. Bəsit olanların yerinə biz bol-bol tərəvəz, meyvə(qabıqlı formada) istifadə etməliyik. Uşaqları meyvə suları içməyə deyil, meyvənin özünü yeməyə təşviq etməliyik. Hazır qutuda olan meyvə sularının  tərkibinə yüksək dozada şəkər qatıldığı üçün, bu eyni zamanda həm şirinçay, həm də şirniyyat, şokoladlı qidaların yanında ara öyün kimi sıx-sıx istifadəsi, uşaqların daha tez acmasına səbəb olur".

L.Yaqubova vurğulayıb ki, uşaqlar yüksək enerjili bəsit karbohidrat istifadə elədikləri üçün təkrar acırlar və yenə eyni proses təkrarlandığı üçün günün sonunda yüksək dozalı şəkər qəbul etmiş olurlar: "Bu da onların bədənində piy olaraq depolanır. Həm də bağırsaq mikrobiotalarına təsir etdiyi üçün bu uşaqlarda qəbizlik, iştahsızlıq yaradır. Buna görə onlara sup, ət, toyuq, salatı yedizdirmək olmur. Minrobiota pozğunluğu elə iştah pozğunluğu da yaradır “.

Aytac Baxış,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sitat.info
archiveBu xəbər 09 Dekabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri