Icma.az
close
up
RU
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır

Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uşaq danışmağı, yeriməyi öyrəndiyi kimi, qadın və kişinin ailədəki rolunu da ilk dəfə məhz evində gördüklərindən öyrənir.

Ata ilə ana arasında qurulan münasibət, bir-birinə göstərilən hörmət, fikir ayrılıqlarının necə həll edilməsi və evdə qərarların hansı şəkildə verilməsi uşağın gələcək düşüncə tərzinə görünmədən təsir göstərir.

AZXEBER.COM xəbər verir ki, psixoloqların fikrincə, ailədaxili münasibətlər uşağın xarakterinin, ailə modelinə baxışının və gələcəkdə insanlarla ünsiyyət qurma tərzinin formalaşmasında həlledici rol oynayır. Valideynlər bəzən övladlarının yanında yaşanan mübahisələrin və ya bir-birlərinə qarşı nümayiş etdirdikləri davranışların uşağa təsir etmədiyini düşünsələr də, mütəxəssislər bunun əksini deyirlər. Uşaqlar eşitdiklərindən daha çox gördüklərini mənimsəyir və bu davranışları şüuraltı şəkildə normal həyat modeli kimi qəbul edirlər.

Mütəxəssislərin sözlərinə görə, ailədə bütün qərarların yalnız bir valideyn tərəfindən verilməsi, digərinin fikirlərinin davamlı şəkildə nəzərə alınmaması və ya susdurulması uşağın qadın və kişi rolları barədə yanlış təsəvvür formalaşdırmasına səbəb ola bilər. Belə mühitdə böyüyən oğlan uşağı hökmranlığı təbii hesab edə, qız uşağı isə öz fikrini ifadə etməməyi və haqsızlığa dözməyi normal davranış kimi qəbul edə bilər.

Araşdırmalar göstərir ki, uşaqların psixoloji inkişafına təkcə fiziki zorakılıq deyil, davamlı psixoloji təzyiq, alçaldıcı ifadələr, hörmətsiz münasibət və emosional

soyuqluq da ciddi mənfi təsir göstərir. Çünki uşaqlar valideynlərinin dediklərini deyil, bir-birlərinə necə davrandıqlarını yadda saxlayır və gələcək münasibətlərində çox vaxt həmin davranış modelini təkrarlayırlar.

Psixoloqlar vurğulayırlar ki, uşaqlar valideynlərinin qüsursuz olmasını gözləmir. Əsas məsələ fikir ayrılıqları zamanı qarşılıqlı hörmətin qorunması, sağlam ünsiyyətin qurulması və problemlərin aqressiyasız şəkildə həll edilməsidir. Çünki uşaq üçün ailə sadəcə yaşadığı məkan deyil. Ailə onun gələcək həyatının, quracağı münasibətlərin və yaradacağı ailənin ilk nümunəsidir. Bu nümunə isə illər keçsə də, onun seçimlərində, davranışlarında və övladlarına münasibətində öz izini saxlayır.

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Avqust 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri