Icma.az
close
up
RU
Valideynlərin NƏZƏRİNƏ! Bu idman növü uşaqların diz qapaqlarında problem yaradır

Valideynlərin NƏZƏRİNƏ! Bu idman növü uşaqların diz qapaqlarında problem yaradır

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uşaqların sağlam inkişafında idmanın müstəsna rolu var. Valideynlər övladlarını hərəkətsiz yaşamdan uzaq tutmaq üçün onları müxtəlif idman sahələrinə yönəldirlər. Burada  əsas məsələ isə uşaqları neçə yaşdan və hansı idman növünə istiqamətləndirmək ilə bağlıdır.

Bu barədə idman eksperti Araz Əhmədov Redaktor.az-a açıqlamasında deyib ki, artıq valideynlər övladlarını daha çox kollektiv idman növlərinə aparırlar.

“Valideynlərin azyaşlı qızlarını 3-4 yaşlarından bədii gimnastikaya, oğlan uşaqlarını isə 4-5 yaşlarından etibarən akrobatika gimnastikasına aparmaları tövsiyə olunur. Çünki bütün idmanların təməli məhz gimnastika, akrobatikadır və bununla məşğul olan uşaqlar hazır bir materiala çevrilirlər və onları digər idman növlərinə cəlb etmək də asan olur. Lakin birdən-birə 8-9 yaşlarındakı uşağı futbola və yaxud başqa bir idman növünə qoyanda bədən təməl məşqləri bilmədiyi üçün fiziki çətinlik yaşayır. Bu yaşda olan uşağı idmana adaptasiya etmək də asan deyil".

Ekspert həmçinin uşaqların idmana kiçik yaşlarından qoyulmasının gələcəkdə hər hansısa fəsadlar yarada biləcəyindən də danışıb:

“Gimnastika ilə 1-3 il arası məşğul olub sonradan başqa idman növünə yönələndə bədəndə heç bir problem yaranmır, lakin illərlə gimnastika ilə məşğul olan uşağın belində, dizində, biləklərində müxtəlif oynaq ağrıları yaranır. Bu, adətən gündəlik qrafikdə 8-9 saat məşq edən uşaqlara şamil olunur ki, onlar artıq peşəkar məşğul olurlar. Kiçik yaşlı futbolçular sintetik örtüklü meydançalarda məşq etdiklərinə görə hamısının diz qapaqlarında ağrılar var və onların bir çoxu 14-15 yaşına gəldikdən sonra diz qapaqlarından əməliyyat olunurlar. Bu da onların təbii ot örtüyündə oynamamasından irəli gəlir”.

Sevinc İBRAHİMZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri