Icma.az
close
up
RU
Valyuta Fondunun nikbin proqnozları Fond 2025 2026 cı illərdə dünya iqtisadiyyatında müsbət gözləntilər vəd edir

Valyuta Fondunun nikbin proqnozları Fond 2025 2026 cı illərdə dünya iqtisadiyyatında müsbət gözləntilər vəd edir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ildə dünya iqtisadiyyatının artım proqnozunu 3 faiz, 2026-cı ildə isə 3,1 faiz səviyyəsinə yüksəldib ki, bu da qurumun 3 ay əvvəlki qlobal qiymətləndirməsindən müvafiq olaraq 0,2 və 0,1 faiz bənd çoxdur. Fondun “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı hesabatında qeyd olunur ki, proqnozun yüksəldilməsi rüsumların artırılması gözləntisi fonunda iqtisadi aktivliyin daha erkən dövrə keçməsi, bir sıra aparıcı iqtisadiyyatlarda baş verən büdcə stimullaşdırılması ilə əlaqədardır. BVF-nin qlobal inflyasiya ilə bağlı proqnozu da aprel hesabatına nisbətən qənaətbəxşdir. Belə ki, 2025-ci ildə istehlak qiymətləri indeksi 4,2 faiz, 2026-cı ildə isə 3,6 faiz ehtimal olunur. Dəyərləndirmələrə görə, ABŞ-d? inflyasiya hədəf səviyyəsindən yüksək olaraq qalacaq, digər böyük iqtisadiyyatlarda isə daha mülayim olacaq.

Qlobal inflyasiya azalacaq

Fondun analitiklərinin qənaətinə görə, 2025-c?  ilin birinci yarımilliyində Rusiya  ilə Ukrayna arasında və Yaxın Şərq regionunda münaqişənin davam etməsi fonunda geosiyasi gərginliklərə və geoiqtisadi fraqmentasiyaya baxmayaraq, qlobal iqtisadiyyatda stabilləşmə müşahidə edilib. Avrozonada və əksər inkişaf etmiş regionlarda iqtisadi artım templəri yavaşısa da inflyasiya təhdidi artmayıb, dünyanın aparıcı ölkələrində qiymət indeksi  gözləniləndən daha aşağı hədlərdə olub.

BVF-nin hesabatına əsasən, qlobal inflyasiya cari ildə 5 faiz səviyyəsində gözlənilir ki, bu DB-nin proqnozundan 2 faizdən də çoxdur. Ancaq növbəti ildə inflyasiyanın 1 faiz azalaraq 4 faizə, 2026-cı ildə isə 3,5-4 faizə enəcəyi proqnozlaşdırılır. Hesabata əsasən, xidmət sektorundakı qiymətlərin sürətli artımı, habelə əmtəə qiymətlərindəki azalma tempinin nisbətən səngiməsi qlobal  inflyasiyanın azalma sürətini zəiflədir.

Sözsüz ki, qlobal miqyasda baş verən proseslərin, ələ?x?sus da mal və əmtəələrin ucuzlaşmasının Azərbaycanda da ciddi təsirləri mümkündür. Ölkəmizdə inflyasiya səbətində qlobal faktor əsas paya malikdir, inflyasiya səviyyəsi daha çox idxaldan formalaşır. Belə ki, ölkəmizdə inflyasiyanın təxminən 30 faizi yerli istehsal və daxili tələbdən, qalan 70 faizi isə idxaldan yaranır. Bu o deməkdir ki, hazırda qeydə alınmış 1,3 faizlik inflyasiyanın təxminən 0,8 faizi idxala bağlıdır. Bunun da əsas başlıca səbəbi müxtəlif əmtəələrin, xüsusilə də ərzaq mallarının, xüsusilə də yerli qida istehsalında tələb olunan xammal komponentlərinin idxalının xaricdən gətirilməsidir.

Azərbaycanda da inflyasiya azalmağa doğru gedəcək

Beləliklə, qlobal bazarlarda əmtəələrin ucuzlaşması dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycana da təsir edəcək və inflyasiyanın azalması gözləniləndir.  Beynəlxalq iqtisadi institutların proqnozlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 3,9 faiz, növbəti illərdə isə 4 faiz olacaq. Dünya Bankının proqnozlarına görə, ölkəmizdə istehlak qiyməti indeksi 2025-ci ildə 3,5 faiz,  2026-cı ildə 4 faiz təşkil edəcək. “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin iyun ayında açıqladığı yeni sənəddə Azərbaycanda 2025-2027-ci illərdə isə orta illik inflyasiya gözləntilərinin 3-4,2 faiz olacağı bildirilir.

Azərbaycan hökumətinin ssenarisinə əsasən, inflyasiya 2025-ci ildə 4,6 faiz, 2026-cı ildə 4 faiz, 2027-ci ildə 3,8 faiz çərçivəsində müəyyənləşib. Bütün bunlara rəğmən, hökumət 2025-ci ildə inflyasiyanı qlobal bazar amilləri ilə yanaşı, yenə də monetar alətlərlə nizamlamaq, mübarizə tədbirlərini gələn ildə də prioritet kimi diqqətdə saxlayacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumları bu prosesə cəlb edəcək.

BVF-nin ölkəmizlə bağlı iqtisadi artım proqnozları da ümidvericidir

Valyuta Fondunun proqnozlarına görə, Azərbaycanda iqtisadi artımın yüksələcəyi gözlənilir. Belə ki, 2025-ci il üzrə iqtisadi artımın 2,5 faiz, 2026-cı ildə isə 2,6 faiz təşkil edəcəyi ehtimal olunur. Artımın əsas mənbəyi kimi qeyri-neft sahələrindən əldə edilən əlavə dəyərlər əsas hesab olunur. Hazırda qeyri-neft sektorundakı artımın 6-7 faiz təşkil etməsi iqtisadi inkişafın hərəkətverici drayverlərinin artıq daha işlək olmasından xəbər verir.

BVF-nin cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin davamlı artaraq ÜDM-də payı 78-80 faizə çatacaq.

Qeyd edək ki, BVF-nin iqtisadi artımla bağlı cari və ortamüddətli dövr üzrə proqnozları Azərbaycan hökumətinin inkişaf ssenariləri ilə təxmini olaraq üst-üstə düşür. Ortamüddətli Xərclər Çərçivəsi sənədinə əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcək. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft ÜDM-in isə 5 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı ehtimal edilir. Bu dinamika sonrakı illər üzrə davamlı şəkildə yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, neft-qaz sektorunun payı isə 22,2 faizə bərabər olacaq.

Ümumilikdə, 2028-ci ildə ÜDM-in 150,8 milyard  manata (təxminən 89 milyard dollar), o cümlədən qeyri-neft ÜDM-in həcminin 117,2 milyard manata qədər artacağı gözlənilir.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Avqust 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri