Icma.az
close
up
RU
Valyutadəyişmə məntəqəsinin işçisini öldürən şəxsin qərardan şikayətçidir

Valyutadəyişmə məntəqəsinin işçisini öldürən şəxsin qərardan şikayətçidir

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncədə qətl törətməkdə təqsirləndirilən Nicat Dajbanın barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 5-nə təyin edilib.

Qeyd: Hadisə 2019-cu ilin noyabr ayında Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü N.Dajban 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlunu küçədə bıçaqlayaraq öldürüb. Hadisə iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib.


Belə ki, M.Əliyevin idarə etdiyi avtomobillə N.Dajbanın idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində N.Dajban M.Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. D.Nicata qanunsuz silah saxlama və qəsdən adam öldürmə maddələri ilə ittiham verilib. 


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. N.Dajbanın ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsindən CM-nin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif edilib.


Məhkəmənin qərarı ilə onun 16 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 9 il 6 aya endirilib. Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmənin qərarına əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Onun 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası 15 ilə endirilib.
Xatırlatma: M.Əliyev şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işləyib.

Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Dekabr 2024 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see147

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see139

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see138

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see134

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see129

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see125

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see119

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see117

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see109

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see109

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri