Icma.az
close
up
RU
Komitə sədrindən Mirzoyana cavab: Nə qədər hoppasalar da...

Komitə sədrindən Mirzoyana cavab: Nə qədər hoppasalar da...

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin NTV kanalına müsahibə verib. O, müsahibəsində sülh sazişinin imzalanmasından danışıb.

"Ermənistan Azərbaycanla sülh sazişinin həm sərhəddə, həm də üçüncü ölkədə imzalanması ehtimalını nəzərə alır. Biz hesab edirik ki, indi sazişin imzalanması üçün yer, vaxt və dəqiq tarixin müəyyənləşdirilməsi məsələləri üzrə dərhal məsləhətləşmələrə başlamaq olar. Bu, Ermənistan və Azərbaycanın sərhədi ola bilər, həm İrəvan, həm də Bakı üçün məqbul olan hər hansı üçüncü ölkə də ola bilər. Bütün bunlar müzakirə mövzusuna çevrilə bilər", - deyə o qeyd edib.

Mirzoyan 15 dəqiqəyə yaxın davam edən müsahibədə Azərbaycanın şərtləri ilə bağlı fikir bildirməyib. Ancaq rəsmi Bakı sülh üçün iki şərtin yerinə yetirilməli olduğunu bəyan edib. Bunlardan biri Minsk Qrupunun buraxılması, digəri Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.

Modern.az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Ermənistan tərəfi həmişə eyni valı oxudur:

"Onların fikri və mövqeyi aydındır. Sadəcə olaraq istəyirlər ki, müqavilə xatirinə sülh sazişini imzalayıb, real barışıq üçün heç bir addım atmasınlar. Biz mövqeyimizi açıq şəkildə bəyan etmişik. Sülh müqaviləsinin imzalanması iki şərtin yerinə yetirilməsindən - Minsk qrupunun ləğvi, konstitusiyanın dəyişdirilməsindən sonra baş tutacaq. Onlar bundan çəkinirlər. Çəkindikləri halda dünyaya özlərini sülh göyərçini kimi təqdim etmək üçün gündə sərhəddə görüşmək, komitə sədrləri səviyyəsində görüşmək, nəyisə imzalamaq, sülh sazişini imzaladıqdan sonra Minsk qrupunun ləğvi üçün müraciət etmək kimi ağlasığan-ağlasığmaz bəyanatlar verirlər. Bunların hamısı bir məqsədə xidmət edir: müqavilə dayanaqlı və əbədi olmasın, onlar öz dividentlərini  bu parça kağızda əldə etsinlər. Biz bunların içini də, niyyət və davranışlarını da çox yaxşı bilirik. Ona görə də israrlıyıq".

Komitə sədri vurğulayıb ki, Antalya Diplomatiya Forumunda Azərbaycan xarici işlər naziri çox yüksək səviyyədə məsələləri təqdim edib: "Üzr istəyirəm ifadəmə görə, nə qədər hoppanıb düşsələrdə bu şərtləri yerinə yetirməsələr, o sülh müqaviləsini imzalamağın heç bir mənası yoxdur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Aprel 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri