Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Faciəli qəzalardan sığortalanmaq üçün taksi şirkətləri nələrə diqqət etməlidirlər?

Faciəli qəzalardan sığortalanmaq üçün taksi şirkətləri nələrə diqqət etməlidirlər?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin sürücüsünün iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi insanlar arasında müzakirəyə səbəb olub.

Sürücünün qəza keçirməsinə səbəb kimi ayağında baş verən qıcolmanın bildirilməsi ilə vətəndaşlar sürücülərin taksi fəaliyyətinə cəlb prosesində güclü nəzarət olmasını tələb edərək, sağlamlıq haqqında məlumatlarının yoxlanması gərəkdiyini söyləyirlər.

Maraqlıdır, bəs görəsən, daha faciəli hadisələrin baş verməməsi üçün taksi şirkətləri hansı amillərə xüsusi diqqət yetirməlidirlər?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, taksi fəaliyyətinə sürücülük təcrübəsi çox olan şəxslər cəlb olunmalıdırlar:

"Taksi xidmətində peşəkar şəxslər, sürücülük təcrübəsi çox olan insanlar işləməlidirlər. Lakin bəzi taksi şirkətləri taksi fəaliyyəti ilə bağlı yeni kriteriyaların müəyyənləşməsinə baxmayaraq, sürücüləri fəaliyyətə cəlb edərkən bəzi məsələlərə diqqət yetirmirlər. Taksi şirkətləri sürücülər ilə əməkdaşlıq məsələsini distant üsuldan əyani görüşə keçirsələr, daha yaxşı olar".

Onun sözlərinə görə, taksi fəaliyyətində yeni mexanizm və tələblərin olmasına baxmayaraq, taksi fəaliyyətində sükanı sağda sola keçirilmiş avtomobillərin taksiyə cəlb edilməsinə də məhdudiyyət qoyulmalıdır:

"Vaxtilə istismar müddətini başa vurmuş taksi avtomobillərinin dövriyyədən çıxarılması rezonans doğurmuşdu. Köhnə taksilər, əyyaş sürücülər artıq görünmür. Bu dəyişiklik öz işləkliyini göstərir. Lakin bəzən sükanı sağdan sola keçirilmiş avtomobillərin taksiyə cəlb olunduğunu görürük, bu isə yolverilməzdir. Burada artıq taksi şirkətləri qarşısında məsələ qaldırılmalıdır ki, taksi sahəsində xidmətə sükanı sağdan sola keçirilmiş avtomobillər buraxılmasın. Gələcəkdə o da problem yarada bilər. Çünki sükanın sağdan sola keçirilməsi bəzən kustar üsulla həyata keçirilir. Heç kim də həmin maşının gələcəkdə qəfil alışmayacağına, yoldan çıxmayacağına zəmanət vermir. Həmçinin, yeni qəbul edilən taksi fəaliyyəti ilə bağlı mexanizmdə taksi fəaliyyətinə cəlb olunan avtomobillərin damında sarı rəngli taksi fənərinin olması gərəkdiyi qeyd olunsa da, xarici taksi şirkətləri buna məhəl qoymur, onlar bilərəkdən Azərbaycan qanunvericiliyini pozurlar".

Ekspert qeyd edib ki, taksi fəaliyyətinin keyfiyyətli və təhlükəsiz olması üçün çalışmaq lazımdır:

"Hazırda yeni qaydalar var, qanun qəbul edilib. Lakin qanunda olan tələblərin hamısını qəti şəkildə icra etsək, taksi qıtlığı ilə üz-üzə qala bilərik. İnsanların bu zaman mənzil başına çatması çətinləşəcək. Proses indiki kimi yavaş-yavaş aparılmalıdır. İctimai nəqliyyatın digər seqmentində keyfiyyət yüksəldikcə, məsələn qatarların, avtobusların sayı artdıqca taksi sahəsini tənzimləmək lazımdır. Birdən-birə edilən zaman balans pozula bilər".

Maraqlıdır, bəs görəsən, taksi şirkətləri fəaliyyətə sürücü cəlb edərkən nələrə diqqət edirlər?

"Yango Group" taksi şirkətindən sorğumuza cavab olaraq bildirilib ki, onlar taksi parkının tərəfdaşları - yerli nəqliyyat şirkətləri ilə əməkdaşlıq edirlər:

"Yango Ride" informasiya xidmətidir, platformanın öz sürücüləri və ya avtomobilləri yoxdur. Bir çox rəqiblərdən fərqli olaraq, xidmət partnyor parklarla - yerli nəqliyyat şirkətləri ilə işləyir ki, onlara öz əməliyyatlarını optimallaşdırmağa və texnologiyadan istifadə edərək bizneslərini inkişaf etdirməyə kömək etsin. Partnyor parklar sürücüləri işə götürür. Xidmətimizlə bağlanmış müqaviləyə əsasən, onlar ölkə qanunvericiliyinə, o cümlədən sürücülərin seçilməsi məsələsində də əməl etməyə borcludurlar. Əgər tərəfdaşlar tərəfindən pozuntular məlum olarsa, biz belə parklarla əməkdaşlığa xitam vermək məsələsinə baxmağa hazırıq.

Əməkdaşlıq etdiyimiz yerli nəqliyyat şirkətləri sürücülərin seçilməsi və işə qəbulu ilə məşğul olurlar. Xidmətimizlə əməkdaşlığa gəlincə, tərəfdaş sürücülərin platformada sifarişin yerinə yetirilməsi rejimini seçmək imkanı var: çevik və ya səmərəli. Qazanma rejimləri xidmətdən istifadə edən səfərlər üçün xüsusi şərtlər toplusudur. Effektiv rejim seçməklə partnyor sürücülər həftə ərzində şəxsi məqsədlərinə nail ola bilərlər və onlara nail olmaq üçün mütəmadi olaraq xidmətdən əlavə bonuslar verilir. Çevik rejim tərəfdaş sürücülərə xəritədə son təyinat yerlərini görməyə imkan verir, onlar müstəqil seçim edə bilərlər: təyinat yerindən və səfər müddətindən asılı olaraq sifarişi qəbul etmək və ya onu keçmək. Bununla belə, xidmətdən əlavə bonuslar bu rejimdə verilmir".

Şirkət sürücü və sərnişin təhlükəsizliyini necə təmin etdiklərinə də aydınlıq gətirib:

"Yango Ride" xətt vaxtı monitorinqi də daxil olmaqla 20-dən çox təhlükəsizlik funksiyasına malikdir. Sistem sürücünün uzun müddət yolda olduğunu aşkar etdikdə ona istirahət vaxtının gəldiyi barədə bildiriş göndərir. Bu, ona yükü daha effektiv şəkildə izləməyə və vaxtında fasilələr verməyə imkan verir. Sürət və sürücülük tərzinə nəzarət texnologiyaları, həmçinin sürücünü səyahət zamanı həddindən artıq sürət və qəfil manevrlər barədə xəbərdar edir. Bir neçə xəbərdarlıqdan sonra alqoritm sürücünün xidmət sifarişlərinə çıxışını məhdudlaşdırır".

Şirkət sifariş əsasında tətbiqdə qeyd ediləndən fərqli avtomobil gəlməsi məsələsinə nəzarəti necə həyata keçirdiklərinə dair də məlumat verib:

"Səyahət başlamazdan əvvəl bütün sərnişinlər sürücünün adını, reytinqini və şəklini, həmçinin avtomobilin nömrəsini, rəngini və modelini görürlər. Bütün tərəfdaş sürücülər sistemdə yoxlamadan keçirlər: şəxsiyyətin, sənədlərin və sifarişlərə giriş üçün lisenziyaların yoxlanılması, həmçinin müntəzəm fotonəzarət. Yoxlama zamanı göstərilən məlumatlarda və nəqliyyat vasitəsinin fotoşəkillərində uyğunsuzluq aşkar edilərsə, sifarişlərə giriş məhdudlaşdırılacaq.

Azərbaycanda isə səfərin sonunda sərnişinlər servisdən aydınlaşdırıcı sual görürlər - maşının sifarişə uyğun gəlib-gəlməməsi. Sərnişin məlumatda uyğunsuzluqla qarşılaşarsa, bir kliklə əlavə sürücü yoxlanışı üçün xidmət dəstəyinə şikayət edə bilər və sürücünün sifarişlərə çıxışı məhdudlaşdırılacaq. Sürücü avtomobilin uyğunluq tələblərini bir neçə dəfə pozarsa, onun profili sistemdə bloklanır. Digər nəzarət tədbiri isə selfilər vasitəsilə sürücünün şəxsiyyətinin mütəmadi olaraq yoxlanılmasıdır. Bu, sürücünün tətbiqi ilə işləyərkən digər insanların hesablarından istifadəni minimuma endirməyə imkan verir.

"Yango Ride" həmçinin sərnişindaşıma imtahanını bitirmək haqqında dövlət sertifikatı üçün sınaqdan keçən sürücülər üçün dəstək tədbirlərini daha da inkişaf etdirməyi planlaşdırır".

"Bolt" taksi şirkətindən isə qeyd edilib ki, xidmət göstərmək üçün sürücü tərəfdaşlar tətbiq vasitəsilə qeydiyyatdan keçirlər:

"Qeydiyyat zamanı sürücüdən dövlət tərəfindən təyin olunan tələblərə əsasən sənədlərin yüklənməsi tələb olunur. Sənədlərin yoxlanılıb, təsdiqindən sonra tərəfdaş sürücüyə hesab açılır və həmin şəxs fəaliyyətə başlayır. Bu proses sahibkarlar tərəfindən qurulan və işlədilən avtoparklarda fəaliyyət göstərən sürücülərin qeydiyyatı üçün də eynidir".

Şirkət qeyd edib ki, avtomobilinin buraxılış kartı ləğv ediləndə avtomobilin "Bolt" platformasında fəaliyyətinin dayandırılması - bloklanma prosesi həyata keçirilir:

"Bolt" şirkəti buraxılış kartlarının səhihliyini və mövcudluğunu müvafiq dövlət qurumunun məlumatları əsasında mütəmadi yoxlayır və buraxılış kartı olmayan avtomobillərin fəaliyyətini ən qısa müddətdə (1 gün ərzində) bloklayır.

"Bolt" üçün əsas prioritet sərnişin və sürücünün təhlükəsizliyidir. Artıq 2023-cü ildən "Bolt" tərifindən sürücünün uyğunluğu funksiyası (Driver verification) işə salınıb və 2024-cü ilin sonundan avtomobilin eyniliyinin yoxlanılması və təsdiqi funksiyası (Car verification) icra edilir. Hər iki funksiya avtomobil və sürücünün uyğunluğunu yoxlayaraq, qaydalara davamlı riayət olunmasına dəstək olur. Sürücünün kimliyinin mütəmadi yoxlanılması və təsdiqi funksiyası, "Bolt" tətbiqinə təhlükəsizliyi artırmaq üçün əlavə olunub. Bu funksiya sürücü saxtakarlığının qarşısını almağa və ümumi təhlükəsizliyi gücləndirməyə yönəlib. Qeydiyyat zamanı sürücüdən selfi çəkməsi tələb olunur və təsdiqlənmədiyi halda tətbiqdən istifadə mümkün olmur. Selfi əvvəlcə süni intellekt tərəfindən yoxlanır, əgər təsdiqlənməzsə, canlı operator tərəfindən qiymətləndirilir".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Aprel 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri