Icma.az
close
up
RU
Erməni nazirdən paradoks: Mirzoyan özü də bilmədən etiraf etdi

Erməni nazirdən paradoks: Mirzoyan özü də bilmədən etiraf etdi

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Ermənistan tərəfi Azərbaycan Konstitusiyasında ərazi iddialarının olmasından ciddi narahatdır”. 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “NTV” telekanalına müsahibəsində belə deyib. “Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə hər hansı ərazi iddiası yoxdur. Ermənistan tərəfi isə ərazi iddialarının məhz Azərbaycan Konstitusiyasında olmasından ciddi şəkildə narahatdır. Onlar (Azərbaycan-red.) öz konstitusiyasında Azərbaycan Respublikasının Sovet İttifaqından əvvəl mövcud olmuş Birinci Respublikanın varisi olduğunu bildirən Müstəqillik Bəyannaməsinə istinad edir. 

Beləliklə, Birinci Azərbaycan Respublikası müasir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən qat-qat böyük ərazilər üzərində öz suverenliyini elan edib. Bu ərazilərin 60 faizdən çoxu Ermənistan Respublikasının suveren və beynəlxalq səviyyədə tanınmış ərazisini təşkil edir. Konstitusiyanı daha dərindən öyrənsək, bu, şübhəsiz ki, problemdir”, - deyə Mirzoyan bildirib. 

Bununla belə, nazirin sözlərinə görə, Ermənistanın imzalamağa hazır olduğu və tərəflər arasında təklif olunan sülh sazişində artıq bu məsələnin həlli mexanizmi var. “Birincisi, tərəflər bir-birinin ərazi bütövlüyünü qeyd etdiyim sərhədlər daxilində tanıyır. Məhz bu formula hər iki tərəf üçün məqbuldur. Çünki əks halda mətn üzərində razılaşmaq mümkün olmazdı. Beləliklə, ratifikasiya prosesində bu sənəd imzalandıqdan sonra Konstitusiya Məhkəməmizdən müsbət rəy almalıdır”,-deyə Ermənistan XİN rəhbəri əlavə edib.
Eyni zamanda, Mirzoyanın fikrincə, Konstitusiya Məhkəməsi bu konkret qavrayış və sərhədlərlə təklif olunan sülh müqaviləsinin, o cümlədən tərəflərin ərazi bütövlüyünün tanınmasının konstitusiyaya uyğun olması qənaətinə gəlsə, o zaman məsələnin tam həllini tapdığını söyləmək olar. “Əgər nəzəri cəhətdən Konstitusiya Məhkəməsi razılaşmanı konstitusiyaya zidd hesab etsəydi, o zaman bu, başqa vəziyyət olardı. 

Bu halda, təbii ki, tərəflər gələcək addımları qiymətləndirmək üçün danışıqlar masasına qayıdacaqlar. Amma yenə də deyirəm, bu, sırf nəzəri ssenaridir”,- Mirzoyan belə deyib. Ermənistanın xarici işlər nazirinin açıqlamasını diqqətlə nəzərdən keçirdikdə, kifayət qədər absurd yanaşmalarla və ziddiyyətli fikirlərlə dolu olduğunu görmək olar. İlk növbədə, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı hər hansı ərazi iddiası yer almayıb. 

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da aprelin 12-də Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda keçirilən panel müzakirəsində Ermənistanın Ararat Mirzoyana cavabında demişdi. Lakin Mirzoyanın bu mövzunu yenidən gündəmə gətirməsi Ermənistan hakimiyyətinin konstitusiya dəyişikliyindən yayınmaq üçün Azərbaycanı siyasi cəhətdən şantaj etmək niyyətindən xəbər verir. Ermənistanın konstitusiyasının preambula hissəsində isə Müstəqllik Bəyannaməsinə istinad edilir. Bəyannamənin qəbulu zamanı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsinə dair 1989-cu il dekarın 1-də qəbul edilmiş qanunsuz qərar əsas götürülüb. 

Beləliklə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası əsas götürülüb. Hətta 1995-ci ildə Ermənistanın ozamankı prezidenti Levon Ter-Petrosyan “Dağlıq Qarabağ”ın ilhaqı məsələsinin konstitusiyanın yeni mətninə daxil edilməsinə qarşı çıxıb. Ozamankı Ermənistan rəhbərliyi erməni milli məsələsinin hüquqi normativ yaratmadığını bildirib. 

Ancaq müxalifətin təzyiqindən sonra birgə təşkil olunan komissiya Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad hissəsinin konstitusiyaya daxil edilməsinə nail olub. Bununla da ali hüquqi sənəddə Azərbaycana qarşı ərazi iddiası normativ xarakter alıb. Bir dövlətin konstitusiyasında və qanunvericiliyində digər ölkəyə qarşı ərazi iddiasının yer alması isə hüquqi işğal sayılır. Ona görə də Ararat Mirzoyanın bütün təkziblərinə baxmayaraq, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qalır. 

Ararat Mirzoyanın açıqlamasından aydın olur ki, Ermənistan tərəfi sülh müqaviləsində ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipini Azərbaycan Konstitusiyasının 2-ci maddəsinə dəyişiklik müqabilində razılaşdırmağı təklif edir. Qeyd edək ki, həmin maddəyə görə, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Respublikasının siyasi varisidir. Nikol Paşinyan hökuməti Ermənistan konstitusiyasından preambula hissəsini çıxartmaq üçün Azərbaycan tərəfinə Xalq Cümhuriyyətinin siyasi varisiliyindən imtina etməyi təklif edir. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kv.km.-ə yaxın olub. Bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın 20 min kv.km-dən artıq ərazisi qanunsuz şəkildə Ermənistana pay verilib. Nəticədə, Azərbaycanın ərazisi kiçilərək 86,6 min kv.km. qalıb. 

Ermənistanı narahat edən də Azərbaycan Demokratik Respublikasının siyasi varislik məsələsinin konstitusiyada yer alması ilə bağlıdır. 1918-1920-ci illərdə İrəvan quberniyasında qanunsuz yaradılmış Ermənistan (Ararat) Respublikasının ərazisi 9 min kvadrat kilometr təşkil edib. Ermənistan konstitusiyasına görə, hazırkı Ermənistan dövləti Ararat Respublikasının siyasi varisidir. 

Bu baxımdan, Azərbaycan sərhədlərin delimitasiyası və demarkasiyası prosesində öz tarixi torpaqlarının qaytarılmasını tələb etsə, Ermənistan beynəlxalq hüquqa zidd yolla əldə etdiyi ərazilərin böyük hissəsini itirə bilər. Ararat Mirzoyan Ermənistan ərazisinin 60 faizdən çoxu məsələsini gündəmə gətirməsi də məhz bununla bağlıdır. Mirzoyan özü də bilmədən hazırkı Ermənistan ərazisinin 60 faizinin Azərbaycan torpaqları olduğunu etiraf edir. Bu mənada, nazirin iddiaları onun mövqeyi ilə siyasi paradoks təşkil edir. Halbuki, Ermənistan ərazisinin beynəlxalq səviyyədə tanınmış sərhədləri olmadığına görə suverenlikdən və ərazi bütövlüyündən danışmaq hüquqi və siyasi baxımdan əsassızdır. 

Çünki Ermənistan BMT-yə daxil olanda Azərbaycanla sərhədlərdən imtina etmiş və işğalçılıq müharibəsinə başlamışdı. 1991-ci ildə Almatı Bəyannaməsinin 3-cü bəndini pozan tərəf də Ermənistan olub. Digər tərəfdən, SSRİ dağılanda iki respublika arasında inzibati sərhəd xətti mövcud olub. Eyni zamanda, SSRİ dövrü 70 ildən artıq davam edib. Ona görə də sərhədlər yenidən müəyyənləşən zaman istənilən dövrün xəritəsi əsas götürülə bilər. Ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə Mirzoyanın dediklərinə gəldikdə, bu, yalnız sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatdıqdan sonra mümkündür. 

İndiyə qədər Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün tanınması ilə bağlı yeganə hüquqi sənəd 2022-cil oktyabrın 7-də imzalanmış Praqa Bəyannaməsidir. Lakin Ermənistan Azərbaycanın 4 kəndini işğal altında saxlamaqla və konstitusiyasında Qarabağa ərazi iddiasını daxil etməklə Praqa Bəyannaməsini pozub. Ermənistan Konstitusiya Məhkəməsinin qərarı isə Azərbaycan üçün hüquqi qüvvəyə malik ola bilməz. Ərazi bütövlüyünün tanınması və sülh sazişi yalnız Ermənistanda konstitusiya referendumunun keçirilməsindən sonra mümkün ola bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Mirzoyan erməni nazir Ararat Mirzoyan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri