Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Vaqif Bəhmənli İbadət

Vaqif Bəhmənli İbadət

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Təndirdən qalxan od kimi

Söz vururdu yanağıma,

yoncaya cuman at kimi

cumdum yazı otağıma.

Yazı otağıma girdim;

masamın üstünə sərdim

təzə biçilmiş ağ südlü

ağ buğumlu ot misalı

bir qucaq ağ kağızı,

üç dəfə alnıma qaldırıb,

endirib üç dəfə öpdüm

hələ qələm qanatmayan

sinəsi sağ kağızı.

Söz - Allah, kağız ətəkdi,

ağ ağardar ağ niyyəti

məncə, ağ kağız öpməkdi

şairlərin ibadəti.

Bu ibadət gizli qalsın,

düşməsin dilə, ağıza.

Şair odu, sözə dalsın

Heç nə yazmadan kağıza...

Dəqiq təvəllüd

Eeey, Göy üzü,

1955-ci il may ayının

ya 23-ü, ya da 24-ü ilk dəfə

mən səni anamın

bətnindəykən gördüm -

həm də, lap düzü,

görməzə-bilməzə

aşiq oldum sənə, Göy üzü!

Göy üzü, öz gözüm

yumuluydu hələ,

anamın hədəqəsindən çıxan

gözüynən baxdım

sənə ilk dəfə.

İsti, işığı özündən bir yer idi

olduğum yer,

dar divar arasında

işığa qardaş idim,

dar divar hörgüsündə

sanki xırdaca kərpic,

qırmızı bir daş idim.

Kərpic idim, daş idim,

ləng idim,yavaş idim,

bir azca ağıldan kəm,

bir qədər malbaş idim!

...Dar divarlar

sıxdı məni, Göy üzü,

təpiklədim dar divarı;

o dünyada bu dünyanı,

bu dünyada o dünyanı

görüb çıxdım,Göy üzü!

Məni doğmaq

istəmirdi fağır anam,

dar divarı təpiyimlə

yarıb çıxdım...

sənin xatirinə, Göy üzü!

Biz gedən yol

Nə olar, qoy baxım ayrı baxımdan -

daş dələn nəzərlər daşıma batmır.

Allah, ağzımı əy, keç günahımdan;

o dünya söhbəti başıma batmır.

O dünya söhbəti başıma batmır -

bəlkə, mətləb iri, başım xırdadı?

Mənim axirətə qüdrətim çatmır;

Kotanım ilişir...

şum axırdadı!

Hanı süd arxı ki, deyim:

-Buyur iç...

hürküt taleyini,

tut arığından,

cəhənnəm alovu püskürdümü heç

məzar uçuğundan,

gor yarığından?

Cəhənnəm peçinə yarmaça basan

şeytanı, qulu da görən olmayıb.

Hanı əhlət daşı, hanı qır qazan? -

Körpü heç, qılı da görən olmayıb.

Möminlər qaçdımı pisin yanından

behiştdə əl-ayaq yuyan çıxdımı?

Çürümüş sür-sümük, cism yanından

heç denən bircə yol tiyan çıxdımı?

Qoca can

can atmaz boş əmək üçün,

Suyun ortasına od əkim,

olmaz!

Əsl həqiqəti tərpətmək üçün

məzar açmalıyam, oda ki, olmaz!

Yaşasın Peyğəmbər, sağ olsun molla -

insan oğlu, qardaş,

öl oğlu öldü.

İki məntəqə var, biz gedən yolda -

cənnət - içimizdi,

cəhənnəm - çöldü!

Kişi söhbəti

Kim nə çəkib özü bilir -

çünki çəkən düzü bilir;

Mənim çəkdiyimi,

ayrı kəs bilməz!

Nə ata, nə ana,

nə qardaş, nə bacı,

nə dost, nə övlad,

hətta tanrı da bilməz ki,

həyatda nə qədər alçalmış,

nə qədər ucalmışam.

Qəzasız ötüşüb nadinc həyatım,

Allaha şükür ki,

yaşa dolmuşam...

həyatıma nifrət etmirəm,

həyatımın aşiqi də deyiləm.

Qədim çalğı alətləri

Onları... türk mələtdi,

ağlatdı zaman-zaman -

tütək, ney və balaban...

Baldan şirindi tütək...

üçü bir yerdə ürək -

çiçək, arı və pətək!

Qabarlı barmaqdı ney -

gözündə qarğış, giley,

güllə batmayan köynək;

yaxası ufultu, göynək...

Bu da ki, balabandı -

çalınanda bilmirəm

mən handa, balam handa -

can bəladı, bəla candı...

cantək əriyən şamdı

Balaban

belə balabandı!

Sayaq, gəlmişkən həvəs -

Hanı zurnaya əvəz?

Odda yanmaz, suda batmaz...

Zurnanı çalmaq nədi,

Heç onu üfürməyə

Hər millətdə nəfəs çatmaz!

Vaqifdən Vaqifə

Tutub niyyətində ən uca dağı

Nahaq düşünürdü

yol olar Vaqif...

Zaman eşşəkdisə, neylər;

uzağı gərdişin belində belində çul olar Vaqif.

Şeypuru qaldırıb carçı, car salsa,

Yağılar üstünə ordular salsa,

Canını arı yox, ilanlar çalsa

zəhərdən şan bağlar,

bal olar Vaqif!

Çolaq dirsək basıb yeri, söyləsə, boşboğaz

natiqə, kiri, söyləsə, camaat ölüyə diri söyləsə

batar tuti dili, lal olar Vaqif.

Hamı tula sevir -

xalta qaldırıb...

İlahi, xış üzü alta qaldırıb...

Görsə ki, bir cəllad balta qaldırıb

uzanar boğazı, qıl olar Vaqif...

Duyub töhmətini qəbirsizliyin -

qısılar küncünə səbrsizliyin...

Asılıb, Allahla abırsızlığın

açıq arasında tül olar Vaqif.

Düz yola can qurban -

lənət çəpinə...

canı çöp eləyib yığar ipinə,

çəkilər içinin barlı dibinə

çətin, yağtikanlı çöl olar Vaqif.

Heç kimi yatırdıb oyatmaz bir də,

İkinci ürəyi qanatmaz bir də,

Sultan subaylığa can atmaz bir də

Olsa, uzaq başı dul olar Vaqif!

Yetib mətləbinə söz deyə-deyə,

dizini bərkidib, “döz” deyə-deyə,

yeri eşə-eşə kök atıb göyə -

Vaqif - balalardı, balalar - Vaqif!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Avqust 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1445

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see714

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see503

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see488

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see477

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see456

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see419

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see405

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see355

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see327

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see309

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see305

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see304

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see295

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see293

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see280

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see280

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see278

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see255
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri