Icma.az
close
up
RU
Vaqif Cavadov: Bəzi səbəblərə görə uduzduq

Vaqif Cavadov: Bəzi səbəblərə görə uduzduq

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Sumqayıt" Misli Premyer Liqasının 24-cü turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Onlara uğurlar arzulayıram. Oyundan çox danışmaq istəmirəm. Gedişatı özünüz də gördüz. İnanıram ki, düzgün və ədalətli məqalələr yazılacaq. Təhlil etsəz, daha yaxşı olar. Həm hakimlərlə, həm oyunla bağlı... Başqa söz deməyə ehtiyac yoxdur.

- Özünüz nə deyirsiz bəs?

- Gördüyüm var. İndi açıqlasam, ya cəza alacam, ya da intriqaya səbəb olacam. Sizin ədalətli yazılarınızı oxuyuruq. Düzgün analiz edib, oyunumuzla bağlı təhlil edə bilərsiz. Oyundan razıyam və komandama təşəkkür edirəm. Belə oyunla ancaq irəli...Növbəti matça hazırlaşacağıq. Hər şey yaxşı olacaq.

- Hakimlikdən narazısız?

- Təhlili özünüz edin. Mən dediyimi dedim. Son 10 dəqiqəyə nəzər yetirin. Meydanda hansı qərarlar verildi. Özünüz də görəcəksiz, bizim penalti 100 faiz idi, vermədilər. Hakimlər haqda danışmaq istəmirəm. Uduzmuşuq. Sizdən xahiş edirəm, təhlil edin, qiymət verin. Bəlkə də kimlərsə cəzasını alacaq.

- Aydındır ki, hakimlikdən narazısız. 80-ci dəqiqəyə qədər olan futbolunuzu analiz etsək...

- Qol epizodları "Sumqayıt"da daha çox oldu. Yararlana bilmədik. Daha çox çalışacağıq. 80-ci dəqiqəyə qədər olan epizodlar "Sumqayıt"ın xeyrinə idi. 

- Hava şəraiti təsir etdi?

- Hər iki komanda üçün eyni şərait idi. Planlarımızı heç nə pozmadı. Hazır idik. Bugünkü oyun onu göstərdi ki, hər cəhətdən komandam üstün idi. 

- Bundan əvvəlki oyunları götürsək, belə görürük ki, sizin rəhbərliyiniz altında komanda ilk hissədə daha yaxşı çıxış edir. İkinci hissədə isə eniş var. Belədir?

- Razıyam. Digər oyunlarda elədir. Amma sonradan meydana buraxdığımız oyunçular hazır gəlməyib. Bəzilərində 1-2 ay keçib. Amma birdən-birə onları yüksəlsək, yenidən zədələnəcəklər. Ronaldo, Momo Yansane də həmçinin. Bu yöndə çalışırıq. Bugünkü oyunda 90 dəqiqə ərzində pressinq etdik, qol imkanlarımız oldu. Bəzi səbəblərə görə uduzduq. Futboldur. Növbəti matça hazırlaşmaqlıyıq.

- 9 oyundur qol vurmursuz. Ötən dəfə cadu məsələsini dediniz. Bəs, göstərdiyiniz oyunla heç əlaqəsi yoxdur qol vurmamağın?

- Cadu? Bunu dilə gətirməmişəm. Bilirik ki, bu ifadə yarı zarafat, yarı emosiya ilə deyilib. Qol vura bilmiriksə, problem var. VAR-da olan hakimlər bəzi epizodlarda görmürsə...Komandamdan razıyam. Ruhdan düşmürük. Çempionat gərgin keçir. İnanıram ki, vəziyyətdən çıxacağıq. 

- Kubok matçınız da var. İndiki "Sumqayıt" "Sabah"ı keçə bilər?

- Birinci oyun göstərdi ki, biz keçə bilərik. Bu gün də yaxşı mübarizə apardıq. "Sabah"la birinci oyun imkan verir ki, mərhələ adlayaq. Hansı komanda uğurlu, istəkli olacaq, mərhələ adlayacaq. Kubokda qolla bağlı hər şey qaydasında olacaq.

- AFFA İK-nin iclasından sonra dəqiqləşdi ki, sonuncu pilləni tutan komanda liqanı tərk edəcək. "Sumqayıt" addım-addım son pilləyə yuvarlanır. Hazırkı vəziyyət sizi narahat edir?

- Turnir cədvəlinə baxmısız? Neçənci yerdəyik? Narahat etmir. "Səbail"in 17 xalı var. Sonuncu yerə düşmək başqa şeydir. İntriqa yaratmayaq. Riskli zonadayıq. Amma bu məğlubiyyətə görə sonda deyilik. Bizim 22 xalımız var. "Şamaxı" da bizi udub keçə bilər. Bizi düşündürən məsələ hər oyundan-oyuna artırmağımız, qol vurmağımızdır. Çalışacağıq ki, nəticə əldə edək.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Fevral 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see241

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see239

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see219

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see212

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see212

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see210

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see209

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see203

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see188

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see184

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see183

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see182

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see180

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see178

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see176

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see174

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see170

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see168

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see166

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri