Vaqif Cavadov: “Bu yaş qrupunda nəticə çox da önəmli deyil”
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında əsas məqsəd nəticə deyil, futbolçuların inkişafıdır”.
Bunu Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov deyib.
O, turnirin gənc oyunçular üçün böyük təcrübə olduğunu vurğulayıb.
“Bilirsiniz ki, bu yaş qrupunda matçlar çox ölkədə 11-in 11-ə keçirilir. Amma ilk dəfədir ki, 8-in 8-ə formatında dünya çempionatı təşkil olunur. Bəlkə də bu nüans komandamıza müəyyən dərəcədə mane oldu. Digər tərəfdən, müxtəlif millilərlə hər gün oynamaq böyük təcrübədir. Bu, çatışmayan cəhətlərimizi görməyə imkan verir. Belə yarışlar nə qədər çox olsa, futbolçularımızın inkişafı üçün bir o qədər faydalıdır”, - deyə o report.az-a açıqlamasında bildirilib.
V.Cavadov nəticənin vacib olmadığını söyləyib:
“Məncə, bu yaş qrupunda nəticə çox da önəmli deyil. Əsas məsələ futbolçuların potensialını artırmaq, onların inkişafına nail olmaqdır. Çünki yarışda müxtəlif qitələrdən gələn fərqli komandalar var və onların futbolunun hansı səviyyədə olduğunu izləmək maraqlıdır. Önəmli olan bundan sonrakı addımlardır. İnanıram ki, milli komandamız gələcəkdə daha yaxşı işlər görəcək”.
Sabiq hücumçu turnirin digər qarşılaşmalarını izlədiyini də diqqətə çatdırıb:
“Braziliya, Fransa, Türkiyə, Argentina, Rusiya və digər ölkələrin matçlarına baxmışıq. Çox maraqlı oyunlar keçirilir. Bəzi komandalar daha çox inkişaf etmək üçün yarışa qatılıblar. Strategiyalarını da buna uyğun qururlar. Bir neçə il əvvəllə müqayisədə infrastruktur baxımından da böyük inkişaf var. Həmçinin Azərbaycanın hazırkı U-15 komandasını bir neçə il əvvəlki kollektivlərlə müqayisə etsək, inkişaf olduğunu görərik. Bu da gələcəyimiz üçün faydalıdır”.
Qeyd edək ki, C Divizionunun 1/16 final mərhələsində Famil Xəlilovun baş məşqçisi olduğu Azərbaycan millisi oktyabrın 28-də Hövsan Yarış Kompleksində Çili seçməsi ilə üz-üzə gələcək. Saat 11:30-da başlayacaq qarşılaşmanın qalibi növbəti raundda Belarus - Cəbəllütariq duelinin güclüsü ilə qarşılaşacaq.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 27 Oktyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















