Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Vaqif Cavadov: Sonuncu yer haqda düşünmürük

Vaqif Cavadov: Sonuncu yer haqda düşünmürük

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Sumqayıt" Misli Premyer Liqasının 23-cü turunda doğma meydanda "Zirə"yə 0:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Yaxşı komandaya qarşı oynadıq. Rəqib iddialıdır. İlk 15 dəqiqədə öz gücünü və təzyiqini göstərdi. Əfsuslar olsun ki, fərdi səhvlərə görə bəsit qollar buraxdıq. Oyunjn taleyi 30 dəqiqədə həll olundu. Komandamdan razıyam. Yolumuza davam edirik. Ümid edirəm ki, gec-tez bu sindromu qıracağıq. Ruhdan düşmürük. Hər məğlubiyyətdən sonra güclənirik. Qarşıda “Neftçi” ilə oyun var. Bu, bizimçün dönüş ola bilər".

- Enişdən çıxmaq üçün nə planınız var?

- Komandanı götürəndə enişdə idik. Ardıcıl xallarla irəlilədik. Son 5 oyunun 3-də uduzmuşuq, 2 heç-heçə etmişik. Qlobal bir şey yoxdu. Bəzi oyunçulara tam uyğunlaşmaq üçün vaxt lazımdır. Hücumda oyunçular daha fəal olmalıdır. Uyğunlaşma prosesi var və bu, tez olmur. Məcburuq ki, onları əsas heyətdə oynatmaqla uyğunlaşdıraq.

- Komanda artıq təhlükəli zonaya düşür…

- Çempionatda qarşıda 13 tur var, panikaya düşmək lazım deyil. Yolumuzu gedəcəyik. Futbolçular məsuliyyəti hiss edəcək və bu, bizə faydalı olacaq. Ən çətin gündə yanında olanlar əsl dostlarındır. Peşəkarlıq belə məqamda belə şeylər üzə çıxır. Yaxşı gündə dostlar ətrafda olur. Hər şey qabaqdadır, problem yoxdur. İnanıram ki, qarşıdakı oyunlarda yaxşı nəticə əldə edəcəyik.

- Kamran Quliyevin oynamamasının səbəbi nədir?

- Kamran mən gələndən sonra daha çox oynamağa başladı. Ona güvənirik. Lakin yeni hücumçunun gəlişindən sonra sanki istəyi azalıb. Buna görə əsas heyətdə deyil. Hər oyunçu starta layiq olduğunu sübut etməlidir. Rəqabətdə qalib gəlmək lazımdır. Kamran önəmli oyunçudur, inanıram ki, başa düşür və bundan sonra daha çox çalışacaq.

- Niyə qol vura bilmirsiniz?

- Səbirli olmaq lazımdır. Nə zamansa, sindrom qırılacaq. Komandanın bundan sonra daha yaxşı olacağına inanıram.

- Problem yoxdur deyirsiniz. Lakin qol vura bilmirsiniz. Neçə oyun lazımdır ki, komandada problem sayılsın?

- Oyunlara baxın, “Qarabağ”, “Araz-Naxçıvan”, “Sabah”… Bəzi situasiyalar var. Nəzərə alın ki, hansı oyunlarda qol vura bilməmişik. Düzdür, “Səbail”ə, “Şamaxı”ya uduzmuşuq. Bu, məyusedir. Komanda qol vura bilmir və qalib gələ bilmir. Amma liderlər sırasında olanlardan xal almışıq.

- Qol vurmamağınız üçün dua edənlərin olduğunu deyirsiniz. Bunlar kimdir?

- Bilsəm, özüm danışardım. Penalti olur, vura bilmirik, çoxlu hücumlar edirik, alınmır. Deməli, nəsə var da…

- Futbolçularınız deyir ki, sonuncu sıranı düşünmürük, irəki qalxmaq istəyirik. Sanki nisbətən zəif komandalara qarşı istəksiz oynayırsınız…

- Bu gün də pis oynamadıq. Bəsit qollar buraxdıq. Rəqib çox güclüdür, amma biz də sadə qollar buraxırıq. Bunu aradan qaldırmağa çalışacağıq. Sonuncu yer haqda düşünmürük.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://sportal.az
archiveBu xəbər 15 Fevral 2025 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri