Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: O zaman mənim işimə qiymət verin
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Misli Premyer Liqasının 34-cü turunda səfərdə "Kəpəz"lə qarşılaşan "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov görüşü şərh edib.
Fanat.Az xəbər verir ki, gənc mütəxəssis 0:1 uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında belə danışıb:
"Gərgin və maraqlı oyun alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Hakim hər şeyi etdi ki, "Kəpəz" qalib gəlsin.
Necə olacaqsa, rəhbərliyin qərarına hörmətlə yanaşacağam. Amma elitada qalmışıq. Növbəti mövsümdə də komandada qalsam, o zaman Vaqif Cavadovun işinə qiymət verin. Bu komandanı mən qurmamışam. Mənə şans veriləcəksə, heyətdə dəyişikliklər edəcəyəm. Müasir futbolda qaçmalısan, istəkli olmalısan. Bu yoxdursa, uduzmağa məhkumsan. Mövsümü 9-cu yox, 8-ci yerdə bitirmək ciddi önəm kəsb etmir. Vaqif Cavadov gedəcək, əcnəbi məşqçi gələcəksə və Azərbaycan futbolu bundan qazanacaqsa, gəlsin. Amma Baqa gələcəksə, niyə göndərilirdi? Elə qalıb işləyərdi də. Mənim mesajım rəhbərliyə ünvanlanıb".
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 11 May 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















