Vaqif Heydərli: Yığmaya gələn son 2 3 baş məşqçidən sonra da göründü ki...
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Milli komanda səviyyəsində uğur qazanmaq üçün bünövrə qoyulmalıdır, futbolçu yetişdirilməlidir". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Heydərli deyib.
Tanınmış agent millimizin yoldaşlıq görüşündə Belarusa məğlubiyyəti ilə bağlı fikirlərini bölüşüb:
"Yığmaya gələn son 2-3 baş məşqçidən sonra da göründü ki, potensial yoxdur. Yaxın gələcəkdə də gözlənilmir. Bunun üçün yeni futbolçu nəsli yetişməlidir. Yəni, yeni sistem, yeni akademiyalar... Haitini və Belarusa qalib gəlsəydik və ya məğlub olsaydıq, DÇ-2026-ci ilin seçmə mərhələsində şanslarımız dəyişəcəkdi? Məsələ baş məşqçi Fernandu Santuşdan getmir. Həqiqətən uzun müddətli strategiya və sistem olacaqsa, təbii ki, razı olarıq daha gənc məşqçi gəlsin. Yox, uzun müddətli iş görülməyəcəksə, akademiyalar yaranmayacaqsa, baş məşqçinin kim olmasının fərqi yoxdur".
Qeyd edək ki, milli komadamız yoldaşlıq görüşlərində Haitiyə 0:3, Belarusa isə 0:2 hesabı ilə məğlub olub.

