Icma.az
close
up
RU
Vaqif Sadıqov: Mövsümün ikinci hissəsində avrokuboklar uğrunda amansız mübarizə gedəcək AZƏRTAC

Vaqif Sadıqov: Mövsümün ikinci hissəsində avrokuboklar uğrunda amansız mübarizə gedəcək AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı,24 dekabr, AZƏRTAC

“Azərbaycan çempionatında qış fasiləsi öncəsi son tur maraqlı hadisələrlə zəngin oldu. Fikrimcə, ikinci dövrə üçün darıxacağıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Misli Premyer Liqasında mövsümün ilk hissəsini şərh edərkən deyib.

O bildirib ki, son turda qeydə alınan bəzi nəticələr gözlənilməz oldu: “Sabah”ın səfərdə “Şamaxı”ya uduzması, “Neftçi”nin Tovuzdan bir xalla dönməsi futbol azarkeşləri üçün sensasiya idi. “Qarabağ” isə hər kəsin gözlədiyi kimi fasiləyə qış çempionu olaraq yollandı”.

Mütəxəssis Neftçi” komandasının mövsümün ilk yarısındakı çıxışının məyusedici olduğunu söyləyib: “Bu klubun azarkeşləri fərqli ssenari gözləyirdilər. Təəssüf ki, işlər istənilən kimi getmədi. Əvəzində isə “Şamaxı” və “Araz-Naxçıvan” kimi kollektivlər öz çıxışı ilə futbol azarkeşlərini sevindirdi. Hər iki komanda çempionatın aşkar favoriti “Qarabağ”a qarşı layiqli mübarizə apardı. Ayxan Abbasov və Elmar Baxşıyev döyüşkən heyət qurub. “Zirə” qış fasiləsinə stabil oyunla yollandı. “Sabah”da qeyri-sabitlik görünür. Komanda bəzən gözlənilməz xal itkiləri ilə üzləşir. Lakin düşünürəm ki, mövsümün ikinci yarısında komandalar arasında avrokuboklara vəsiqə uğrunda amansız mübarizə gedəcək”.

Veteran futbolçunun sözlərinə görə, ”Səbail” və “Kəpəz” komandaları qış fasiləsində heyətlərini gücləndirə bilsələr, uğurlu nəticələr əldə edəcəklər: “Həyata keçiriləcək transferlərdən çox şey asılıdır. Bu iki komanda heyətə güclü oyunçular cəlb etsə, qışdan sonra mübariz oyun nümayiş etdirə bilərlər. Gənc mütəxəssis Vaqif Cavadovun da “Sumqayıt”dakı işini müsbət qiymətləndirirəm. O, oyunçularda hər matçda qələbə qazanmaq hiss yaradıb”.

Qeyd edək ki, mövsümün ilk hissəsindən sonra “Qarabağ” 44 xalla turnir cədvəlinə başçılıq edir. Ölkə çempionatının ikinci yarısına yanvarın 19-da start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see237

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see236

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see234

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see227

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see195

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see188

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see181

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see168

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see166

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see162

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see160

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see159

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see153

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see153

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see152

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see148

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri